Qətər rialı — 100 dirhəmə bərabər olan Qətər əmirliyinin pul vahididir. Rialın məzənnəsi ABŞ dolları ilə əlaqədədir. 1 ABŞ dolları 3,64 Qətər rialına bərabərdir.
Qətər riyalı | ||||
---|---|---|---|---|
ريال قطري | ||||
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | QAR (634) | |||
Simvol | .ر.ق, QR | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | Qətər | |||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | dirhəm (1⁄100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | 1, 5, 10, 25 və 50 dirhəm | |||
Əsginas | 1, 5, 10, 50, 100 və 500 rial | |||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 19 may 1973 | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Qətər Mərkəzi Bankı | |||
qcb.gov.qa | ||||
Vikianbarda əlaqəli mediafayllar |
28 aprel 1959-cu ilə qədər ölkədə Hindistan rupisi dövriyyədə idi. Daha sonra Fars körfəzinin ölkələri üçün buraxılmış Fars körfəzi rupisi onu əvəz etdi. Fars körfəzi rupisi Hindistan rupisi ilə əlaqədar idi. Hindistan rupisi 1965-ci ildə qiymətdən düşəndə Fars körfəzi rupisi də dəyərdən düşdü və Fars körfəzinin başqa ölkələriylə yanaşı Qətər də öz şəxsi pul vahidini buraxmağa qərar verdi.
Bu hadisədən əvvəl 1966-cı ildə ölkə Səudiyyə rialına keçdi. 1 rial o vaxt ki məzənnəyə görə 1,065 rupiyə bərabər idi. Sentyabrda Qətər və Dubay mübadiləyə ümumi valyutanı daxil etdi və onu Qətər və Dubay rialı adlandırdı. Amma 1973-cü ildə Dubay BƏƏ-nin tərkibinə daxil oldu. Qətər şəxsi valyuta olan Qətər rialını buraxmağa başladı.[1]
2003-cü ilin iyununda Qətər Mərkəzi Bankı 1, 5, 10, 50, 100 və 500 rial nominallı yeni əsginasların mübadiləyə verilməsinə başladı. Əsginaslar 1996-cı il buraxılışlı əsginaslardan öz yüksək dərəcəsiylə və yeni rəngləri ilə fərqlənir.[2].
Rialın məzənnəsi ABŞ dolları ilə əlaqədədir. 1 ABŞ dolları 3,64 Qətər rialına bərabərdir.
Hazırkı QAR mübadilə məzənnəsi | |
---|---|
Google Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
Yahoo! Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
XE.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
OANDA.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
fxtop.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
Currency.wiki əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |