Ribekit Na2 Fe32+Fe23+ [(OH, F) | Si4 O11]2; Maqnezioribekit – Na2Mg3Fe23+[(OH,F)|Si4 O11]2. — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Ribekit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
☐Na₂(Fe²⁺₃Fe³⁺₂)Si₂O₂₂(OH)₂[1] |
Strunz təsnifatı | VIII/D.05d |
Vikianbarda əlaqəli mediafayllar |
Krokidolit (yaxud mavi asbest) və rodusit – uyğun olaraq ribekit və maqnezioribekitin asbestəbənzər növ müxtəliflikləri.
Rəng – açıq- və tünd-göydən qöyümtül-qarayadək; krokidolitin – mavi, göyümtül-yaşıl, sarımtıl, bozumtul, yaşılımtıl, qızılı-qəhvəyi; Mineralın cizgisinin rəngi – göyümtül-qara, tünd-göydən açıq-göyədək, bəzən rəngsiz; krokidolitin–poladı-boz, qızılı-qəhvəyidən sarıyadək; Parıltı – şüşə, asbestəbənzər əmələgəlmələrdə – ipəyi; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,0-3,4; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; krokidolitdə – yoxdur; Bölünmə – qeyri-hamar, asbestəbənzər növ müxtəlifliklərində – tikanlı; Morfologiya – kristallar: iynəvari, üzlərin uzunu istiqamətdə cizgilənmiş prizmatik; Mineral aqreqatları: püruzlar, lifli kütlələr.
Maqmatik ribekitə natriumla zəngin intruziv və effuziv süxurlarda – qranit, siyenit, riolit, traxit, komenditlərdə və b. rast gəlinir. Habelə qranit peqmatitlərində qeyd edilir. Bu mineralların metamorfik əmələgəlmələri dəmirli kvarsitlərdə, maqnezioribekitinkilər isə həmçinin qlaukofan şistlərində tez-tez müşahidə olunur. Kvars və kalsit damarlarında bəzən hidrotermal mənşəli ribekitə rast gəlinir. Asbestəbənzər ribekit və maqnezioribekitin (sonuncunun liflərinin uzunluğu 20 sm-ə çatır) nadir çökmə - diagenetik əmələgəlmələri qumdaşlarında və alevrolitlərdə qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: qlaukofan, kumminqtonit, qryunerit, amozit, kvars, kalsit, opal və b. Mineralın tapıldığı yerlər: Langezundfyord (Norveç); Tuva, Krasnoyarsk diyarı (Rusiya); Miçikopoten rayonu (Kanada); Franklin rayonu (ABŞ); Xamersli silsiləsi (Qərbi Avstraliya); Transvaal, Qrikvataun (CAR); Lusaki rayonu (Zambiya). Azərbaycanda Laçın rayonunda krokidolit – mavi asbest qeyd edilir.
Asbestəbənzər əmələgəlmələr odadavamlı material kimi kimya, elektrotexnika, toxuculuq, kağız, tikinti və b. sənaye sahələrində geniş istifadə edilir. «Pələng gözü» (kvarsla əvəzlənmiş krokidolit) dekorativ daşdır.