Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Rıbak
Aleksandr İqoreviç Rıbak (belar. Аляксандр Ігаравіч Рыбак; d. 13 may 1986, Minsk, Belorusiya SSR) — Belarus-Norveç müğənnisi, bəstəkarı, skripkaçısı və aktyoru. O, "Fairytale" mahnısı ilə Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və nəticədə 387 xalla ölkəyə müsabiqədə üçüncü qalibiyyətini qazandırmışdır. Avroviziyanın keçmiş səsvermə metodu ilə Rıbakın topladığı səs müsabiqədə rekord göstərici olmuşdur. Onun Fairytales adlı debüt albomu doqquz Avropa ölkəsində Top 20-yə daxil ola bilmiş, Rusiya və Norveçdə isə birincilikdə qərarlaşmışdır. Rıbak 2012 və 2016-cı illərdə Avroviziyada interval aktlarında yer almışdır. O, "That's How You Write a Song" mahnısı ilə Norveçi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Aleksandr Rıbak 13 may 1986-cı ildə Belarusun paytaxtı Minskdə anadan olmuşdur. Onun anası Nataliya Valentinovna Rıbak klassik pianoçu və atası İqor Aleksandroviç Rıbak isə klassik skripkaçıdır.
Dieqo Ribas
Dieqo Ribas (28 fevral 1985, Braziliya) hücumameyilli yarımmüdafiəçi. Hal-hazırda Fənərbaxça PFK-da forma geyinir.
Pyer Rişar
Pyer Rişar (fr. Pierre Richard, tam adı Moris Şarl Leopold Defey Pyer Rişar, (fransızca Pierre Richard Maurice Charles Léopold Defays); 16 avqust 1934, Valansyen, Nor) — fransız kinoaktyor, komik, rejissor. == Həyatı == Valansyen, Nor-da anadan olmuşdur.
Rişar Berri
Rişar Berri (fr. Richard Berry; 31 iyul 1951, Paris, Fransa) — fransız aktyoru, rejissoru və ssenaristi. == Həyatı == Rişar Berri 31 iyul 1950-ci ildə Parisdə anadan olmuşdur. Onun Əlcəzair əsilli fransız valideynləri ticarətlə məşğul olurdular. O, 10-cu Paris dairəsində, sonra isə Bulon-Biyankurda böyümüşdür. 1966-cı ildə Rişarın 16 yaşı olanda teatrla maraqlanır. O, həvəskar aktyor truppasına yazılır və Jan Rasin, Pyer Kornel, Molyer, Bomarşenin yaradıcılığı ilə tanış olur. 1969-cu ildə o, dram üzrə Milli Konservatoriyanın müsabiqəsini keçə bilir. 1973-cü ildə ilk mükafatını alır. 1974-cü ildə o, Klod Pinotonun "Şillə" filmində çəkilməklə kinoya gəlir.
Rişar Marten
Rişar Marten (30 oktyabr 1943, Nitsa – 16 oktyabr 2023[…]) — Fransa dramaturqu. Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri. == Həyatı == == Yaradıcılığı == Ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyov olan "Kabusun gözüylə" filmində baş rolun ifaçısı Rişar Marten olmuşdur.
Rişar Vaqner
Rişar Vaqner (ing. Richard Wagner; fr. Richard Wagner; 2 aprel 1957, Monreal) — Kanadanın hazırkı Baş hakimi və Baş inzibatçısı vəzifələrini icra edən kanadalı hüquqşünas. == Həyatı == Vaqner Kvebekin Monreal şəhərində anadan olub, Jizel və keçmiş Parlament üzvü və senator Klod Vaqnerin oğludur. Monrealda yerləşən Jan-de-Brebof Kollecindən 1978-ci ildə məzun oldu, daha sonra Ottava Universitetində siyasi elmlər üzrə təhsil aldı. Vaqner Roma katolikidir. Vaqnerin atası Klod hüquqşünas idi. Babası əslən Bavariyadan olan alman-yəhudi mühacir idi. Vaqnerin iki vəkil övladı var. == Fəaliyyəti == 1980-ci ildə Vaqner Kvebek Hüquq Evinə dəvət aldı və "Montreal Lavery, de Billy" hüquq şirkətinə fəaliyyətə başladı.
İnessa Rebar
İnessa Vasilyevna Rebar (ukr. Інеса Василівна Ребар; 4 yanvar 1978, Novodevitsa[d], Primorsk diyarı) — Ukrayna idmançısı, sərbəst güləş ilə məşğul olur. Avropa çempionatların qalibi və mükafatçısı olub. == İstinadlar == == Xarici keçidlər == İnessa Rebar — International Wrestling Database (ing.) saytında profili.
İbar qayaları
İbar qayaları — Cənubi Şetland adalarında, Bonert qayasından 0,4 km şərqdə, Qrinviç adasından Kanto nöqtəsindən isə 1 km cənub-şərqdə yerləşən iki qaya. "Islote Ibar" və "Islote Teniente Ibar" ifadələri 1950-ci illərdə Çili hidroqrafik cədvəllərində görünmüşdü və daha böyük və qərbdə yerləşən qayanı bildirmək üçün istifadə olunmuşdu. Leytenant Mario İbar P. 1947-ci ildə Qrinviç adasında Çili Kapitan Arturo Prat Bazasının açılışının rəsmi aktını imzalayan şəxsdir. == Xəritələr == L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009.
Lui Klod Rişar
Lui Klod Rişar və ya Lui Klod Mari Rişar (fr. Louis Claude Richard və ya fr. Louis Claude Marie Richard, 19 sentyabr 1754 — 6 iyun 1821) — fransız botaniki. == Elmi əsərləri == Flora Borealis Americana, 1803. Analyse du Fruit, 1808. Demonstrations botaniques, Париж, 1808. De Orchideis Europaeis Annotationes, Париж, 1817. Observations on the Structure of Fruits and Seeds; en colab. con Lindley, John. 1819.
Lui Klod Mari Rişar
Lui Klod Rişar və ya Lui Klod Mari Rişar (fr. Louis Claude Richard və ya fr. Louis Claude Marie Richard, 19 sentyabr 1754 — 6 iyun 1821) — fransız botaniki. == Elmi əsərləri == Flora Borealis Americana, 1803. Analyse du Fruit, 1808. Demonstrations botaniques, Париж, 1808. De Orchideis Europaeis Annotationes, Париж, 1817. Observations on the Structure of Fruits and Seeds; en colab. con Lindley, John. 1819.
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.
Ambar
Ambar — Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari. Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir. Ehtimal ki, Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır. Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər. Bəzi tədqiqatçılara görə türk dillərində ambar, ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Arılar
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Bibai
Bibai (yap. 美唄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Bicar
Bicar şəhəri (az-əbcəd. بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cibir
Cibir — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Cibir oyk, sadə. Qusar r-nunun Piral i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Dağıstanın Axtı r-nundakı Çeper kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin sakinləri yeni yaşıyış məntəqəsinə öz köhnə adlarını vermişlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır.
Dibac
Dibac — İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,504 nəfər və 680 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.
Dinar
Dinar — bir çox ərəb ölkələrində pul vahidi. Qədim çəki ölçü vahidi. == Çəki vahidi == Dinar cəki vahidi kimi cox az istifadə edilmişdir. Ərəb xilafəti dovrundə zərb edilən qızıl pulun adı da dinar olmuşdur. Dinarın cəkisi 4,235 q idi. == Pul vahidi == === Öz valyutası kimi dinardan istifadə edən ölkələr === Əlcəzair: Əlcəzair dinarı Bəhreyn: Bəhreyn dinarı İran: İran rialı 100 dinardan ibarətdir İraq: İraq dinarı İordaniya: İordaniya dinarı Küveyt: Küveyt dinarı Liviya: Liviya dinarı Serbiya: Serb dinarı Sudan: Sudan dinarı Makedoniya Respublikası: Makedoniya dinarı Tunis: Tunis dinarı === Əvvəllər öz valyutası kimi dinardan istifadə etmiş ölkələr === Əbu-Dabi əmirliyi: Əbu-Dabi dinarı Bosniya və Herseqovina: Bosniya və Herseqovina dinarı Xorvatiya: Xorvat dinarı Bosniya və Herseqovina: Serb dinarı Serb Krainası respublikası: Krain dinarı Cənubi Ərəbistan federasiyası: Cənubi Ərəbistan dinarı Cənubi Yəmən: Cənubi Yəmən dinarı Yuqoslaviya: Yuqoslaviya dinarı == Yer adı == Dinar — Türkiyədə şəhər adı.
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir. == Sözün mənşəyi == "Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir. == Çexiyada == Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür: Karlovı Varı diyarı Kraloveqradetsk diyarı Liberets diyarı Moraviya-Sileziya diyarı Olomoutsk diyarı Pardubitsk diyarı Plzen diyarı Praqa (diyar statuslu şəhər) Stredoçesk diyarı Ustetsk diyarı Vısoçina diyarı Yihoçesk diyarı Yihomoravsk diyarı Zlin diyarı == Gürcüstanda == Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir: İmereti diyarı Kaxeti diyarı Aşağı Kartli diyarı Quriya diyarı Msxeta-Mtianeti diyarı Raça-Leçxumi və Aşağı Svaneti diyarı Sameqrelo-Yuxarı Svaneti diyarı Samtsxe-Cavaxeti diyarı Daxili Kartli diyarı == Rusiyada == Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.