Rişar Vaqner (ing. Richard Wagner; fr. Richard Wagner; 2 aprel 1957, Monreal, Kvebek) — Kanadanın hazırkı Baş hakimi və Baş inzibatçısı vəzifələrini icra edən kanadalı hüquqşünas.[1]
Rişar Vaqner | |
---|---|
Kanada hökumətinin inzibatçısı | |
23 yanvar 2021 – h.h | |
Əvvəlki | Jyüli Peyett (general-qubernator kimi) |
Kanadanın Baş hakimi | |
18 dekabr 2017 – h.h | |
Əvvəlki | Beverli Maklaklin |
Kanada Ali Məhkəməsinin kiçik hakimi | |
5 oktyabr 2012 – 18 dekabr 2017 | |
Əvvəlki | Mari Deşan |
Sonrakı | Şeyla Martin |
Kvebek Apellyasiya Məhkəməsinin kiçik hakimi | |
3 fevral 2011 – 5 oktyabr 2012 | |
Əvvəlki | Liz Kote |
Sonrakı | Dominik Belanje |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Monreal, Kvebek, Kanada |
Fəaliyyəti | hakim, vəkil |
Atası | Klod Vaqner |
Həyat yoldaşı | Yekaterina Mandevil |
Uşağı | 2 |
Vaqner Kvebekin Monreal şəhərində anadan olub, Jizel və keçmiş Parlament üzvü və senator Klod Vaqnerin oğludur. Monrealda yerləşən Jan-de-Brebof Kollecindən 1978-ci ildə məzun oldu, daha sonra Ottava Universitetində siyasi elmlər üzrə təhsil aldı.[2]
Vaqner Roma katolikidir. Vaqnerin atası Klod hüquqşünas idi. Babası əslən Bavariyadan olan alman-yəhudi mühacir idi. Vaqnerin iki vəkil övladı var.[3]
1980-ci ildə Vaqner Kvebek Hüquq Evinə dəvət aldı və "Montreal Lavery, de Billy" hüquq şirkətinə fəaliyyətə başladı. Fəaliyyəti əmlak, ticarət məhkəməsi və peşə məsuliyyəti sığortası üzərində qurulmuşdu.[2]
24 sentyabr 2004-cü ildə Monreal bölgəsindən Kvebek Ali Məhkəməsinə təyin edildi. 3 fevral 2011-ci ildə Kvebek Apellyasiya Məhkəməsinə dəvət aldı.
2 oktyabr 2012-ci ildə Baş nazir Stiven Harper onu təqaüdə çıxan Mari Deşanın yerinə Kanada Ali Məhkəməsinə namizəd göstərdi. Onun təyinatı 5 oktyabr 2012-ci ildə təsdiqləndi.[4]
3 dekabr 2012-ci ildə Kanada Ali Məhkəməsinin məhkəmə salonlarının birində Vaqnerin təyinatı ilə bağlı mərasim təşkil edildi. Tədbirdə təqaüdə çıxan Baş hakim Beverli Maklaklin, Federal Ədliyyə Naziri və Baş prokuror Rob Nikolson və Kvebek Ədliyyə Nazirinin müavini Natali Druin iştirak etdi.[5]
12 dekabr 2017-ci ildə Baş nazir Castin Trüdo Vaqneri Kanada Ali Məhkəməsinə namizəd göstərdi.[6]
23 yanvar 2021-ci ildə Vaqner general-qubernator Jyuli Peyettin istefasından sonra Kanada hökumətinin inzibatçısı təyin edildi. Kanada hökumətinin inzibatçısı Kanadanın general-qubernatorunun müavinidir və əgər general-qubernator ofisi boşdursa, bu zaman inzibatçı onun səlahiyyətlərini icra edir.[7]