Rişar Berri (fr. Richard Berry; 31 iyul 1951, Paris, Fransa) — fransız aktyoru, rejissoru və ssenaristi.
Rişar Berri | |
---|---|
fr. Richard Berry | |
Doğum adı | Richard Élie Benguigui[1] |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vətəndaşlığı | Fransa |
Həyat yoldaşı |
|
Uşaqları | |
Fəaliyyəti | aktyor, rejissor, ssenarist |
Fəaliyyət illəri | 1972-bu gün |
Mükafatları | "Monreal Kinofestivalı"nın mükafatı |
IMDb | ID0006939 |
RichardBerryLeSite.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rişar Berri 31 iyul 1950-ci ildə Parisdə anadan olmuşdur. Onun Əlcəzair əsilli fransız[2] valideynləri ticarətlə məşğul olurdular. O, 10-cu Paris dairəsində, sonra isə Bulon-Biyankurda böyümüşdür.
1966-cı ildə Rişarın 16 yaşı olanda teatrla maraqlanır. O, həvəskar aktyor truppasına yazılır və Jan Rasin, Pyer Kornel, Molyer, Bomarşenin yaradıcılığı ilə tanış olur.
1969-cu ildə o, dram üzrə Milli Konservatoriyanın müsabiqəsini keçə bilir. 1973-cü ildə ilk mükafatını alır.
1974-cü ildə o, Klod Pinotonun "Şillə" filmində çəkilməklə kinoya gəlir. Bu filmdə onunla bərabər Lino Ventura və Anni Jirardo kimi aktyorlar da çəkilirdilər.
Bundan 4 il sonra 1978-ci ildə Eli Şuraki ona "Mənim ilk məhəbbətim" filmində ilk böyük rolunu oynamağı təklif edir.
Rişar Berri rejissor Aleksandr Arkadinin filmlərində çox çəkilmişdir: "Hesablaşma günü", "Hesablaşma günü-2", "Böyük karnaval", "Müqəddəs ittifaq", "Saşa üçün", "Sonuncu şəfəq". O, eləcə də fransız rejissoru Kristina Paskalın 3 işində: "Fahişə", "Ər-arvad xəyanətinin texnikası" və "Balaca şahzadə demişdir" filmlərində çəkilmişdir.
2001-ci ildə Rişar Berri rejissor kimi Patrik Timsitlə birlikdə "Yoldan çıxarmaq məharəti" adlı ilk filmini çəkir[2]. Və Sesil De Fransa kinoda ilk böyük rolunu verir. 2 il sonra – 2003-cü ildə onu "Mən Sezaram" filminə də dəvət edir. Rişar Berri komediya janrında çəkdiyi bu iki filmdən sonra kinoda öz mövzusunu dəyişir. O, "Qara qutu" adlı psixoloji triller çəkir.
Həmin ildə o, Fransis Veberin "Uğursuzlar" filmində komissar Vernet roluna çəkilir. Burada onun tərəf-müqabilləri Jerar Depardye və Jan Reno idi. Rişar Berri Fransis Veberin 4 filmində çəkilmişdir.
2010-cu ildə Frans-Oliver Gisberin romanı əsasında Rişar Berrinin dördüncü rejissor işi olan "Ölməz" (qeyri-rəsmi adı "22 güllə") filmi ekranlara çıxır. Burada baş rolları Jan Reno, Kad Merad və Jan-Pyer Darrussen ifa edirdi. Film real hadisələrə əsaslanmışdır.
Rişar Berri saat kolleksiyası yığır və şahmat oyununa böyük maraq göstərir[2].
O, əvvəl ingilis aktrisası Cessika Ford, sonra aktrisa Jozefin Berri, sonra isə müğənni Jan Mansonla ailə qurmuşdur. Cessika Fordla evliliyindən bir qızı dünyaya gəlmişdir. Onun həm də 1976-cı ildə aktrisa Katrin İqeldən olan Kolin adlı qızı da var.
Rişar Berri Monmartrda yaşayır.