Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Talula Riley
Talula Ceyn Riley-Milbarn (ing. Talulah Jane Riley-Milburn; 26 sentyabr 1985, Hartfordşir) — ingilis aktrisa. Əsasən Talula Riley adı ilə tanınır. == Həyatı == Talula Riley təhlükəsizlik sistemləri şirkəti və PR agenti təsisçisi Una Riley ilə Birləşmiş Krallıq Beynəlxalq Cinayət Depertamentinin keçmiş müdürü Douq Milbarnın tək qızı olaraq dünyaya gəldi. Atası hal-hazırda ssenarist olaraq fəaliyyət göstərir. == Karyerası == === Televiziya === Talula Riley Poirot (2003), Marple (2006) və Doctor Who (2008) seriallarının bəzi bölümlərində yer almışdır. E4 kanalında göstərilən Nearly Famous (2017) serialında Lila Rid rolunu canlandırdı. HBO kanalındakı Westworld (2016) serialında birinci və ikinci mövsümdə Ancela rolunu canlandırdı. === Teatr === Talula Riley ilk dəfə tetar karyerasında The Old Vic-də Filip Berrinin The Philadelphia Story adlı teatr tamaşasında yer aldı. Bundan əlavə Tennessi Uilyamsın Summer and Smoke adlı teatr tamaşasında yer almışdır.
Qərb cəbhəsində bişey-mişey var?
Qərb cəbhəsində yenilik yoxdur (alm. Im Westen nichts Neues‎) - Erix Mariya Remark tərəfindən 1929-ci ildə yazılmış roman. == Haqqında == Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəb­həyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
Didjey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Kibey
Kibey (帰米, hərfi tərcümədə "Amerikaya qayıtmaq") – təhsil üçün Yaponiyaya getmiş və ABŞ-yə qayıtmış yaponəsilli amerikalıları bildirmək üçün istifadə olunan termin. Kibeylər niseylərin altqrupudur, həm Yaponiya, həm ABŞ mədəniyyəti təcrübə etdikləri üçün səciyyəvi şəxsiyyətə malikdirlər. == Xüsusiyyətlər == Kibeylər issey valideynləri tərəfindən Yaponiyaya babaları və ya digər qohumları tərəfindən böyüdülmələri üçün göndərilirdilər. Bunun səbəbi ABŞ yaponları arasındakı uşaq qayğısı problemi idi. Belə ki, ABŞ-də yaşayan yapon qadınların iş saatları uzun olduğu üçün uşaqlarına yapon mədəniyyətini aşılamaq, eləcə də, yapon dilində danışmağı öyrətməyə vaxtları qalmırdı. 1930-cu illərin əvvəllərində kibeylər niseylərin 13%-ini təşkil edirdilər və iki qrupa bölünürdülər: təhsilini ABŞ-də almış, lakin 4-5 il Yaponiyada yaşamış kibeylər və Yaponiyada ilkin təhsil almış kibeylər. Bunlardan əlavə, XX əsrin əvvəllərində Yaponiyaya gedən kibeylər ilə 1930-cu illərdə Yaponiyaya gedən kibeylər ayrı altqrupları formalaşdırırdılar. Kibeylər təhsil, dil və mədəniyyət baxımından yaşadıqları unikal təcrübə, eləcə də, həm ABŞ-də, həm də Yaponiyada diskriminasiya ilə üzləşdikləri üçün nisey icması içərisində səciyyəvi kimlik formalaşdırmışdılar. Kibeylər, xüsusilə, Çinlə müharibə zamanı Yaponiya məktəblərinin hərbi dərslər verdiyi 1930-cu illərdə özlərini yapon təhsili və mədəniyyətindən yadlaşmış hiss edirdilər. Onlar ABŞ-yə qayıtdıqdan sonra yenidən adaptasiya olmaqda çətinlik çəkirdilər.
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Oiley
Oiley, Eley (q.yun. Οἰλεύς və ya Ὀϊλεύς) — qədim yunan mifologiyasında Lokrida padşahı. Hesiod, Stesixor və Likofron əsərlərində onun adı İley kimi qeyd olunur. Leodak və Narikalı Aqrianomun övladı idi; və ya onun valdeyinləri Apollon və Ureya idilər və ya Qodedokun oğlu idi. Arqonavtlar yürüşündə iştirak etmişdir və orada o, Stimfal quşlarının mis lələyi ilə çiynindən yaralanmışdır. Onun həyat yoldaşının adı Eriopa (digər adı Alkimaxa) idi. Bundan başqa, o, Eant (Kiçik Ayaks) və Medontun atasıdır.
Pifey
Pifey (yunanca Πυθέας. təq. e.ə. 359 – təq. e.ə. 289) — qədim yunan taciri, səyyahı və coğrafiyaşünası. Əslən Massaliya (müasir Marsel şəhəri) koloniyasından idi. == Pifeyin səyahətinin əhəmiyyəti == Pifey 60 dərəcə şimal enliyindən yuxarı qalxmış və adı bizə məlum olan yeganə qədim səyyahdır. Pifey öz səyahətini “Okean haqqında” kitabında təsvir etmişdir. Bu kitab dövrümüzədək gəlib çatmasa da, Strabon, Ptolomey, Siciliyalı Diodor, Böyük Plini, Tasit və başqa qədim müəlliflər ona istinad etmişlər.
Pirey
Pirey (yun. Πειραιάς Pireás, q.yun. Πειραιεύς Peiraieus) Yunanıstanda Attika coğrafi regionuna bağlı bir liman kəndidir. Pirey Afina şəhərinin mərkəzindən 12 km məsafədə, dəniz sahilində yerləşir. 2001 əhali statistikalarına görə Pireyin əhalisi 175.697 nəfərdir. Pirey Yunanistanın üçüncü böyük və Afinadan sonra Attika ərazisinin ikinci böyük bələdiyyəsinə sahibdir.
Raley
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Ribes
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. == Terminalogiya == Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Rivea
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Rivea bernoulliana (Peter) Hallier f.
Rivəş
Rivəş — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanının Kuhsorx bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4610 nəfər insana və 1277 ailədən ibarət idi.
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
İriney
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. == Bioqrafiyası == İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
Dicey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Riteyl
Pərakəndə ticarət, pərakəndə, riteyl və ya reteyl — şəxsi və ya ailə istifadəsi üçün nəzərdə tutulmuş mal və xidmətlərin (yəni iş fəaliyyəti ilə əlaqəli olmayan) birbaşa son istehlakçıya satılması. == Xüsusiyyətləri == Pərakəndə satışların pərakəndə satış sahəsinin saxlanılmasını tələb edən pərakəndə satıcılar vasitəsi ilə həyata keçirilməsinə əsaslanaraq, geniş işçi heyəti, salonda və anbardakı çoxlu mallar, malların qiymətini artırır. Xərcləri ödəmək və mənfəət əldə etmək üçün ticarət marjası (marja) tətbiq olunur. Marjın miqdarı bazarın ümumi vəziyyəti və ya qiymətlərin dövlət tənzimlənməsi (bəzi mal və xidmətlər kateqoriyası üçün) ilə tənzimlənir. Dövlət tərəfindən tənzimlənməyən mallar (xidmətlər) üçün marj 30% -dən 200% -ə və ya daha çox ola bilər. Çox vaxt kassa aparatı, 2 qəbz çap edən pərakəndə satış məntəqələrində alış-veriş faktını təsdiq etmək üçün istifadə olunur (kassadan istifadə mümkün olmadıqda və ya avtomat vasitəsi ilə satılarkən). Biri alıcıya verilir, ikincisi isə satıcıda saxlanılır. Kassa qəbzlərində aşağıdakılar olmalıdır: ticarət adı malların (xidmətlərin) dəyəri vergi dərəcəsini göstərən əlavə dəyər vergisinin məbləği satış tarixi və vaxtı Bundan əlavə, satış qəbzində satın alınan malların siyahısı ola bilər. Çekdə heç bir alış siyahısı yoxdursa, satın alınan malları göstərən faktura müşayiət oluna bilər. == Tarixi == Pərakəndə satış tarixi uzaq keçmişə gedib çıxır.
Anjey Vayda
Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru. == Həyatı == Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi. O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır.
Bijən Pakzad
Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner. == Həyatı == Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub. Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Kiləy (Bakalı)
Kiləy (başq. Киләй, rus. Килеево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kiləy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 12 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 87 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (87 %) üstünlük təşkil edir.
Kross River
Kross River ştatı (ing. Cross River State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. Şimaldan Benue, qərbdən Ebonyi və Abia ştatları, şərqdən isə Kamerun Respublikası həmsərhəddir. Cənubda Akva İbom ştatı ilə həmsərhəddir və Atlantik Okeanı tərəfindən yuyunur. == Adı == Ştatın adı onun ərazisində axan Kross çayıdan gəlir.
Lionlu İriney
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. == Bioqrafiyası == İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.