Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner.
Bijən Pakzad | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Kaliforniya, ABŞ |
Vəfat səbəbi | insult |
Fəaliyyəti | dizayner, dəb dizayneri |
bijan.com |
Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub.[1]
Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.[1]
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |