Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Serhat Akpınar
Serhat Akpınar (1 fevral 1964) — Kipr türk sahibkar və pedaqoq. Kiriniya Amerikan Universiteti və Kipr Amerika Universitetinin qurucu rektoru və İdarə Heyətinin sədridir. == İlk illəri == Serhat Akpınar 1 fevral 1964-cü il tarixində Kiprdə, Nikosiya şəhərinin Ərəbəhməd rayonunda anadan olmuşdur. O, ibtidai və orta təhsilini Kiprdə başa vurmuşdur. Akpınar Birləşmiş Krallıqda biznesin idarə edilməsi üzrə bakalavr və magistr dərəcələrini tamamlamış, beynəlxalq marketinq üzrə ixtisaslaşmışdır. O, London Şəhər Universitetini bitirmişdir. Akpınar Harvard Universiteti və Qaliley Kollecinin birlikdə idarə etdiyi Ali Təhsil Qurumlarının İdarəetmə Proqramı ilə təhsilini davam etdirmişdir.​ == Karyera == === Təhsil === Serhat Akpınar 1985-ci ildə Şimali Kipr Türk Respublikası ilk özəl universiteti olan Kiriniya Amerikan Universiteti təsis etmişdir. Bu gün universitet ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Moldova, Şri-Lanka və Honkonqda müstəqil və birgə yaradılmış ümumi kampuslara malikdir. Akpınar Nyu-Hempşir Kolleci və Cənub-Şərqi Universiteti ilə əməkdaşlıq edərək bu universitetlərin ilk beynəlxalq kampuslarını qurmuşdur. 1988-ci ildə Cənub-Şərqi Universitetinin regional direktoru olmuş və 1998-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Serhat Akın
Niyazi Serhat Akın (türk. Niyazi Serhat Akın; 5 iyun 1981, Bretten) — türk futbolçu. Almaniyanın 4-cü liqası olan Regionalligada çıxış edən Berliner AK 07 klubunun heyətində peşəkar futbolçu karyerasını bitirmişdir. == Həyatı == == Karyera == === Milli komandadıkı çıxışı === Qeyd: Türkiyə milli futbol komandasının heyətində oynadığı oyunlar.
Serhat Taşdemir
Serhat Doğuxan Taşdemir (21 iyul 2000, Blekbörn) — EFL Birinci liqasında (EFL League One) "Piterboro Yunayted" və Azərbaycanın 19 yaşadək komandasında hücuma meyilli yarımmüdafiəçi kimi oynayan peşəkar bir futbolçudur. İngiltərədə anadan olub, Azərbaycanı (U-19 Milli komandasını) gənclər səviyyəsində beynəlxalq səviyyədə təmsil edir. == Klub karyerası == === A. F. C. Fyldi === Taşdemir A. F. C Fyldi ilə15 yaşında müqavilə imzaladı, hansı ki Blekbörn Roverslə müqaviləsi başa çatdıqdan sonra. Lancashire FA Challenge Trophy turnurundə A. F. C Fyldi-də yalnız 16-cı turda ilk komandada debüt etdi. Bunun ardınca Taşdemir, 17 yaşında, 2017-ci il sentyabr ayında Bromliə qarşı Milli Liqada debüt etdi. O, skamyadan çıxdıqdan cəmi 14 dəqiqə sonra qol vurdu. O, bu qolu ilə liqadakı ən gənc qol vuruşuna imza atdı. O, "parlaq" mövsümdən sonra EFL League One-da 2017/18-ci illərdə ilin gənc oyunçusu seçildi. === Piterboro Yunayted === 1 iyul 2019 tarixində EFL Birinci Liqa (EFL League One) təmsilçisi Piterboro Yunayted Taşdemir ilə 3 illik müqavilə imzaladı. Tasdemir, 13 avqust 2019-cu ildə Oksford Yunaytedə qarşı EFL Kuboku matçında (start heyətdə), dörd gün sonra İpsviç Tauna qarşı liqada debüt etdi.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Serhat Eren
Serhat Eren (1979, Diyarbəkir ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Serhat Eren 1979-cu ildə Diyarbəkir ilinin Kulp ilçəsində anadan olub. 1998-ci ildə Dicle Universiteti Hüquq Bölməsindən məzun olub. Diyarbəkirdə hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin Diyarbəkir şöbəsinin üzvüdür. Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İdarə Heyətinin üzvü, həmçinin Diyarbəkir Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. HDP Məclis üzvü, İdarə Heyəti üzvü və həmsədrin müavini olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 2 uşaq atasıdır.
Covanni Verqa
Covanni Verqa (it. Giovanni Verga) (d. 2 sentyabr 1840, Kataniya - v. 27 yanvar 1922, ) – italyan yazıçısı == Həyatı == Covanni Verqa 1840-cı ildə Siciliyanın Kataniya şəhərində liberal zadəgan ailəsində anadan olmuşdur. Yaradıçılığının ilk illərinə vətənpərvər və sentimental- melodic ruhda qələmə aldlğı “Dağlardaki karbonarilər”, “Laqunalarda”, “Gülnahkar”, “Eros” və “Yeva” kimi romanlarla ədəbiyyata gələn Verqa sonraki dövürlərdə yaxından bələd olduöu Siciliya kəndinin ağır güzəranını təsvir edən məşhur “verist” novellalarını yaratmışdır. “Verizm” (italiyanca vero- həqiqi deməkdir) bir cərəyan kimi İtalyanın ədəbi mühitinə inqilabi metod, yeni ideologiya kimi daxil olmuşdur. XX əsrin 80- ci illərində verizm bütün İtaliyada yayaılaraq ölkənin aparıçı əbədi məktəbinə çevrilmişdir. Sicilidiyada bu məktəbin baniləri Covanni Verqa və Luici Kapuana ilə yanaşı, F.De Poberto və bədii yaradıçılığına bu cərəyanla başlayan L.Pirandello, Napolidə M.Serao, S.Di Cakomo və R.Brakko, Sardeniyada Q.Deledda, Abrutsoda C.Campoli və bəzi ilkin novellaları ilə Q.D`Annuntsio, Toskanada isə R.Fiçini kimi tanınmış yazışılar öz əsərlərində doğma əyalətlərinin sosial- psixoloji problemlərini parlaq gerçəkliklə əks etdirirdilər. 1922-ci ildə vəfat etmişdir. == Yaradıçılığı == Covanni Verqa “Çöllərin həyatı”, 1880; “Kənd novellaları” 1983, topluları böyük müşahidə qabiliyyəti əsasında və kəskin reallizmlə yazılmışdır.
Vərqa və Gülşa
Vərqa və Gülşa (az-əbcəd. ورقا و گولشا‎) - XVII əsr Azərbaycan şairi Məsihi tərəfindən yazılmış liro-epik poemadır (məsnəvi). Poema 1628-1629-cu illərdə Azərbaycan dilində yazılmışdır. Əsər Yaxın Şərq xalqları arasında məşhur olan qədim əfsanənin süjeti əsasında yazılmışdır. Əsər Səfəvi şahı I Abbasın ölüm ilində tamamlanmışdır. Şah Abbasın mədhi ilə başlayan poema, Şah I Səfiyə həsr edilmiş qəsidələr və şairin oğluna vəsiyyəti ilə tamamlanır. "Vərqa və Gülşa" poeması orta əsrlərdə azərbaycandilli ədəbiyyatın ən yaxşı romantik poema nümunələrindən biri hesab edilir. == Məzmunu == Poemada Vərqa və Gülşa adlı baş qəhrəmanların sevgisindən və onların birlikdə keçməli olduqları ağır sınaqlardan bəhs edilir. Əsərdə çoxlu döyüş səhnələri, döyüşçüləri, onların quldurlarla toqquşmalarını təsvir edən hissələr mövcuddur. Vərqa şairin ideal insan obrazının təcəssümü olmaqla ədalət uğrunda mübarizə aparır.
Vərqa Və Gülşa (Yusif Məddah)
Vərqa və Gülşa — XIV əsrdə yaşamış Azərbaycan şairi Yusif Məddah tərəfindən qələmə alınmış əsər. Ərəb əfsanəsi olan, buna baxmayaraq ilk dəfə İran ədəbiyyatında məsnəvi kimi görünən Vərqa və Gülşa hekayəsi Qəznəvilər dövründə Əyyuqi adlı bir şair tərəfindən qələmə alınıb. Bu mövzu İran ədəbiyyatının digər məsnəvi mövzuları kimi geniş yayılmayıb. Vərqa və Gülşa mövzusu türk ədəbiyyatında ilk dəfə 1368–1369-cu ildə Yusif Məddah tərəfindən işlənilib. == Müəllif == Yusif Məddahın həyatı haqqında çox məlumat yoxdur. XIV əsrdə yaşadığı məlumdur. Lakin onun doğum və ölüm tarixi məlum deyil. Onun adı sadəcə Şeyxoğlunun "Kənzül Kübəra və Məhəkkül-Uləma" adlı əsərində çəkilir. Müəllif həmçinin əsərinə Vərqa və Gülşa məsnəvisindən aşağıdakı beyti daxil edib: "Sənligün gedər hicab olmuş sənəSən onun üzünə onsuz baxsana" İ. Hikmət şairi daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərviş hesab edir. Bu mülahizəni söyləyərkən о, əsasən, Yusif Məddahın fars dilində yazdığı ''Xamuşnamə'' məsnəvisindəki fikirlərə əsaslanır.