Covanni Verqa (it. Giovanni Verga) (d. 2 sentyabr 1840, Kataniya - v. 27 yanvar 1922, ) – italyan yazıçısı[2]
Covanni Verqa | |
---|---|
Covanni Verqa | |
Doğum tarixi | |
Doğum yeri | İtaliya, Kataniya |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | İtaliya, |
Vəfat səbəbi | insult |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, fotoqraf, ssenarist, siyasətçi, nasir, dramaturq |
Fəaliyyət illəri | 1855–1922 |
Janrlar | povest[d], roman |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Covanni Verqa 1840-cı ildə Siciliyanın Kataniya şəhərində liberal zadəgan ailəsində anadan olmuşdur. Yaradıçılığının ilk illərinə vətənpərvər və sentimental- melodic ruhda qələmə aldlğı “Dağlardaki karbonarilər”, “Laqunalarda”, “Gülnahkar”, “Eros” və “Yeva” kimi romanlarla ədəbiyyata gələn Verqa sonraki dövürlərdə yaxından bələd olduöu Siciliya kəndinin ağır güzəranını təsvir edən məşhur “verist” novellalarını yaratmışdır.
“Verizm” (italiyanca vero- həqiqi deməkdir) bir cərəyan kimi İtalyanın ədəbi mühitinə inqilabi metod, yeni ideologiya kimi daxil olmuşdur.
XX əsrin 80- ci illərində verizm bütün İtaliyada yayaılaraq ölkənin aparıçı əbədi məktəbinə çevrilmişdir. Sicilidiyada bu məktəbin baniləri Covanni Verqa və Luici Kapuana ilə yanaşı, F.De Poberto və bədii yaradıçılığına bu cərəyanla başlayan L.Pirandello, Napolidə M.Serao, S.Di Cakomo və R.Brakko, Sardeniyada Q.Deledda, Abrutsoda C.Campoli və bəzi ilkin novellaları ilə Q.D`Annuntsio, Toskanada isə R.Fiçini kimi tanınmış yazışılar öz əsərlərində doğma əyalətlərinin sosial- psixoloji problemlərini parlaq gerçəkliklə əks etdirirdilər.[2]
1922-ci ildə vəfat etmişdir.
Covanni Verqa “Çöllərin həyatı”, 1880; “Kənd novellaları” 1983, topluları böyük müşahidə qabiliyyəti əsasında və kəskin reallizmlə yazılmışdır. Sadə balıqçı ailsinin uğursuz taleyindən bəhs edən “Malavolyalar ailəsi” romanı italyan bədii nəsrinin klassik nümunəsi sayılır.[2]