Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serb
Serblər — Avropada xalq.
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sers
Sers - İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sərv
Sərv (lat. Cupressus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. Sərv cinsinə daxil olan bitkilər piramidaşəkilli və ya şaxlı-budaqlı çətirə malik həmişəyaşıl ağac və ya kollardır. == Təbabətdə == Sərv qədimdən bəri Azərbaycanda becərdilir. Məhəmməd Hüseyn Xan (XVIII əsr) yazır: 9 q sərv ağacının iynəyarpağı 2,25 q ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xeyirlidir, sidik durğunluğunda kömək edir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl meyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Çillər, dəmrov, ayaqda ağ ləkələri yox etmək üçün tərkibində aşağıdakı dərmanlar olan kompresslərdən istifadə edirlər: sirkədə bişmiş sərv iynəyarpağı və peyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə etdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə kompresi qanazlığında və yanıqlarda kömək edir.
Terp
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Tərp
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Şərf
Şərf — geyim növü və aksessuarı == Tarixçə == Şərfin yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şərfdən ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ildə Çində böyük bir qəbiristanlıq aşkar edilmişdir. Bura - hərbçi qəbiristanlığı imiş. Burada dəfn olunanların qəbirlərindən 7.000-dən çox boynuna şarf dolanmış hərbçi fiqurları tapılmışdır. Bu səbəbdən də tarixçilər hesab edirlər ki, şərfın vətəni - Çindir. Neçə əsrlər bundan əvvəl Çin imperatoru Çen döyüşçülərin hansı səviyyəyə aid olduğunu ayırd etmək üçün döyüşçülərin boynuna şərflar bağlatdırırdı. İmperator Çenin yüksək səviyyəyə məxsus döyüşçüləri boyunlarına – ipək şarf, adi döyüşçülər isə boyunlarına – pambıq şərflar dolayırdılar. == Müxtəlif mədəniyyətlərdə == Qədim Misirdə ipək şarflar - sosial status və avtoritet əlaməti hesab edilirdi. Qədim şəkillərdən məlum olur ki, çariça Nefertitinin şarfları ipəkdən hazırlanırmış.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
Serj
Serj (fr. Serge Fransızca tələffüz: [sɛʁʒ]) — fransız kişi adı. Serj Gensbur — müğənni. Serj Klarsfeld — vəkil. Serj Lifar — balet rəqqas və ustası. Serj Sarkisyan — siyasətçi. Serj Tankyan — müğənni.
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. == Ümumi məlumat == İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Adi sərv
Antal Serb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur. 1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir.
Cənub-şərq
Cənub-şərq - Cənub tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Esra Sərt
Esra Sərt Köseoğlu(14 fevral 1976, Adapazarı[d]) — türkiyəli jurnalist, server. 1994-cü ildə Sakarya Atatürk Liseyindən məzun oldu. İstanbul Universiteti Ünsiyyət Fakültəsini bitirdi. 1999-cu ildə girdiyi NTV kanalında əvvəllər xəbər spikerliyi etmiş, daha sonra Yaxın Plan, Günün İçindən adlı gündüz qurşağı xəbər proqramlarını təqdim etmişdir. 2010-cu ildə NTV səhər xəbər qurşağı proqramı Günə Cihazın işə salınması aparıcılığını boynuna götürdü. Aprel 2011-də bu proqramdakı vəzifəsini təhvil edərək NTV-də nəşr olunan Seçkiyə Doğru proqramının aparıcılığını etmişdir. 2011-ci ilin son dövrlərində CNBC-də kamera arxasında başqa bir vəzifəyə təyin edilmişdir. Esra Sərt 2008-ci ildə evlənmiş, Ladin Köseoğlu adlı bir qız uşağı sahibidir. NTV-dən öz istəyiylə istefa edərək ayrılmış; Haber Türk qəzetində 2013-dən bu yana Ht Hayat adlı hissədə məqalələr dərc edir.
Həmişəyaşıl sərv
Həmişəyaşıl sərv (lat. Cupressus sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü. Yabanı halda Kiçik Asiya, İran, Kipr, Krit və Rodos adalarında yayılmşdır. Hündürlüyü 30 m olan düzqamətli gövdəyə malik, üfüqi formalı, enli-piramidal çətirli ağacdır. İynəyarpaqları xırda, uzunsov-rombşəkillidir, xaçşəkilli yerləşir və zoğlara sıx bitişmişdir. Boz-qonur, yumru qozaların diametri 3 sm-ə çatır, qısa budaqlardan sallanır. Toxumları qırmızı-qonur, ensiz qanadlıdır, hər qabıq altında 20 ədədə qədərdir. Xüsusilə cavan bitkilər tez böyüyür, 100 yaşında maksimum hündürlüyə çatır. Kölgəyə davamlıdır. Şəhərin əlverişsiz şəraitinə, uzunmüddətli quraqlığa dözür.
Jül Şere
Jül Şere (fr. Jules Chéret; 31 may 1836[…] – 23 sentyabr 1932[…], Nitsa) — fransız rəssamı və qrafikçi. Müasir poster qurucularından biri. == Həyat və fəaliyyəti == Jül Şere mətbuatçı ailəsində anadan olmuşdur. Ailəyə pul lazım idi və Jül 13 yaşındaykən məktəbdən ayrıldı və üç ildir litoqrafistə yazıldı. Sonra Parisdəki Milli Dizayn Məktəbinə qatılıb. Heç bir sistematik təhsil almadan özünü göstərən bir sənətkar idi. Gənc illərində Şere tez-tez Paris muzeylərində olub; Ona ən böyük təsiri, əsasən, Vatto və Fraqonar olan rokoko rəssamları tərəfindən təmin edilmişdir. 1866-cı ildə sənətçi Parisə qayıdıb, burada çap işi və qrafika açıb. İngiltərədə böyük formatlı plakatlar və posterlər çap etmək üçün maşın alıb J. Şere eyni zamanda rəngli litoqrafiyanın texnoloji prosesini sadələşdirdi və bir "daş" dan iki fərqli rəng ilə təzyiqlər etmək imkanı verdi.
Kafi şərt
Kafi şərt - Verilmiş hökmün alındığı hər hansı şərt. Kafi şərt zəruri olmaya da bilər. Kafi şərt zəruri şərtlə yanaşı riyaziyyatın çox mühüm anlayışlarından biridir. Riyaziyyatın çox teoremləri "zəruri" və "kafi" dir terminləri ilə ifadə olunur. Müəyyən bir hökmün doğruluğu üçün bir və ya bir - neçə kafi şərt söyləmək olar. Məsələn, qabarıq dördbucaqlının paraleloqram olması üçün aşağıdakı şərtlərin hər biri kafidir. 1) İstənilən iki tərəfin bir-birinə bərabər və paralel olması; 2) Qarşı tərəflərin cüt-cüt bərabər olması; 3) Dördbucaqlının simmetriya mərkəzinin olması və s. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Sera Kadıgil
Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sera Kadıgil 29 noyabr 1984-cü ildə İstanbul şəhərində anadan olub. Orta təhsilini Vəfa liseyində alıb. 2007-ci ildə İstanbul Universitetinin Hüquq bölməsindən məzun olub. 2010-cu ildə həmin universitetdə özəl hüquq üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası London Kraliça Meri Universitetində film əsərləri haqqında apardığı tədqiqatlar nəticəsində hazırlanıb. Hazırda İstanbul Universitetində PhD dərəcəsi üzrə təhsilini davam edir. İstanbul Vəkillər Kollegiyasının Heyvan hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. İngiliscə bilir. Evlidir.
Sera Kutlubey
Sera Kutlubey (24 oktyabr 1997, Ankara) — Türkiyə aktrisası. == Həyatı == Sera Kutlubey 24 oktyabr 1997-ci ildə Ankara anadan olmuşdur. Haliç Universitetinin Teatr fakültəsini bitirmişdir.
Serj Gensbur
Serj Gensbur(fr. Serge Gainsbourg [sɛʁʒ ɡɛ̃zbuʁ], əsl adı — Lüsyen Ginsburq (fr. Lucien Ginsburg); 2 aprel 1928[…], ‎IV arondisman (Paris) – 2 mart 1991[…], VII arondisman (Paris)) — Fransa şairi, bəstəkarı, müğənnisi, aktyoru, ssenaristi və kinorejissoru. == Həyatı == Serj Gensbur əslən Feodosiya yəhudilərindəndir. Valideynləri Oktyabr inqilabından sonra Fransaya mühacirət etmişdilər. O, 2 aprel 1928-ci ildə Paris şəhərində anadan olmuşdu. Əvvəlcə rəssam olmaq istəyirdi. Musiqinin müxtəlif janrlarında özünü müğənni, bəstəkar kimi sınayandan sonra yolunu seçdi. Kino və ədəbiyyata da bağlandı. Xarici görünüşünə görə aktyor kimi həmin dönəmdə uğur qazana bilməsə də rejissor kimi tez tanındı.
Sero Manutsyan
Sero Bərxudaroviç Manutsyan (1890, Şuşa – 1961, Stepanakert) — Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci Katibi (07.07.1923–17.11.1923) == Həyatı == Sero Manutsyan 1890-cı ildə Şuşada doğulub. 1928-1932-ci illərdə Azərbaycan SSR Dövlət Muzeyinin direktoru işləmişdir. 1961-ci ildə Xankəndidə vəfat etmişdir.
Serr-Nerpol
Serr-Nerpol (fr. Serre-Nerpol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38275. Kommunanın 2012-ci il üçün əhalisi 299 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).