Tərp

Tərp, Terp, Saravanİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.[2]

Kənd
Tərp
39°43′08″ şm. e. 45°38′54″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.720 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 245 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Tərp xəritədə
Tərp
Tərp

«Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir»[3].

Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi.

Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü[4] əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir[5].

Orotoponimdir. Quruluşca sadə toponimdir.

Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 67 nəfər, 1926-cı ildə 86 nəfər, 1931-ci ildə 191 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].

SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri - azərbaycanlılar 1947-ci ildə zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

[[Tərp, Saravan kəndində görüş: 23.08.2019. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Saravan kəndinin 30-40 il əvvəl buraya köçürülmüş erməni sakinləri ilə görüşü. [1]

Kənd əhalisinin böyük əksəriyyətinin köçürüldüyü ərazi Salyan rayonunun Qarabağlı kəndi'dir. Hal-hazırda Qarabağlı kəndində onların sayı 1300-1500 nəfər arasında olduğu təxmin edilir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.93
  4. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.130
  5. Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимию Ирана, М., «Наука», 1971. s.69
  6. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159