Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[2]
Sera Kadıgil | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — İstanbul (1.) 2023 — İstanbul (1.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 noyabr 1984 (40 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Sera Kadıgil 29 noyabr 1984-cü ildə İstanbul şəhərində anadan olub. Orta təhsilini Vəfa liseyində alıb. 2007-ci ildə İstanbul Universitetinin Hüquq bölməsindən məzun olub. 2010-cu ildə həmin universitetdə özəl hüquq üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası London Kraliça Meri Universitetində film əsərləri haqqında apardığı tədqiqatlar nəticəsində hazırlanıb.[2] Hazırda İstanbul Universitetində PhD dərəcəsi üzrə təhsilini davam edir.
İstanbul Vəkillər Kollegiyasının Heyvan hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.[2]
2011-2012-ci illərdə Cümhuriyyət Xalq Partiyası Qadın qolları İdarə Heyətinin üzvü olub. 2014, 2016 və 2018-ci illərdə CHP Məclisinin üzvü seçilib.[2]
2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışının deputatı seçilib. TBMM Qadın və Kişilər üçün Bərabər Cəmiyyət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[2]
25 iyun 2021-ci ildə Cümhuriyyət Xalq Partiyasından istefa verib və Türkiyə İşi Partiyasına üzvü olub. TİP sözçüsü və İdarə Heyətinin üzvüdür.[2]
2023-cü il mayın 14-də Türkiyə İşi Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[2]