Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şpatel
Şpatel yemək, dərman, gips və boya daxil olmaqla materialı qarışdırmaq, yaymaq və qaldırmaq üçün istifadə olunan enli, yastı, əyiləbilən bir bıçaqdır.
Sabiha Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Səbihə Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Pyer-Şatel
Pyer-Şatel (fr. Pierre-Châtel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38304. Kommunanın 1999-cu il üçün əhalisi 1202 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 888 ilə 1424 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km cənubda yerləşir.
Şatel-Montan
Şatel-Montan (fr. Châtel-Montagne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 419 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfərin (15-64 yaş arasında) 152 nəfəri iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 59.8%). Fəal olan 152 nəfərdən 137 nəfəri (81 kişi və 56 qadın), 15 nəfəri işsiz (10 kişi və 5 qadın) idi. Aktiv olmayan 11 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şətəl qalası
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Baje-le-Şatel
Baje-le-Şatel (fr. Bâgé-le-Châtel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01026. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 796 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Baje-le-Şatel ilə əlaqəli mediafayllar var.
Şatel-de-Nyovr
Şatel-de-Növr (fr. Châtel-de-Neuvre) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03065. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 328 nəfər arasında (15-64 yaş arasında) 249 nəfər iqtisadi cəhətdən fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 74.3%). Fəal olan 249 nəfərdən 219 nəfər (121 nəfər və 98 qadın), 30 nəfəri işsiz (19 kişi və 11 qadın) idi.
Şatel-de-Növr
Şatel-de-Növr (fr. Châtel-de-Neuvre) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03065. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 328 nəfər arasında (15-64 yaş arasında) 249 nəfər iqtisadi cəhətdən fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 74.3%). Fəal olan 249 nəfərdən 219 nəfər (121 nəfər və 98 qadın), 30 nəfəri işsiz (19 kişi və 11 qadın) idi.
Baje-le-Şatel (kanton)
Baje-le-Şatel (fr. Bâgé-le-Châtel) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Burk-an-Bres dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 14 672 nəfər təşkil edirdi. Kodu — 0102. Baje-le-Şatel kantonuna 10 kommun daxildir və bunlardan əsas Baje-le-Şatel kommunası hesab edilir. == Kantonun kommunları == Vezin — əhalisi 93 nəf. Sen-Loran-sür-Son — əhalisi 1718 nəf. Sent-Andre-de-Baje — əhalisi 547 nəf.
Sen-Marten-le-Şatel
Sen-Marten-le-Şatel (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Septem
Septem (fr. Septème) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38480. Kommunanın 2012-ci il üçün əhalisi 1844 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 27 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Sintel
Sintel - 2010-cu ildə istehsal olunmuş qısametrajlı Niderland animasiyasıdır. Cizgi filmin ditribüteri Niderlandın Blender Foundation adlı təşkilatıdır. == Film haqqında == Bir gün filmin qəhrəmanı olan Skalesin qarşısına yaralı əjdaha balası çıxır,o bu əjdaha balasının götürüb bəsləyir və yarasını sağaldır.Beləliklə bu bədheybət balasına öyrəşən Skales onun adını "Sintel" qoyur. Bir gün çarşıda oynayan Sintel və Skarles quşların səmada ötdüyünü görüb dama çıxırlar,bu zaman daha böyük bədheybət Sinteli caynağına alıb aparır.Əlacsız qalan Skarles onun dalınca getməyə məcbur olur,uzun müddət yol qət edən qarlı aşırımlar keçən Skarlas bir şamanın komasına gəlir və ona başına gələn hadisə barədə məlumat verir.Şaman onun Sinteli tapacağına yol göstərəcəyinə söz verir və ona böyük qılınc verərək yolu tərif edir.Nəhayət təhrif edilən əjdaha mağarasına gələn Skarles əjdahanın qidalandığını görür və ondan bir az aralıda yuvada balaca əjdahanın yatdığını görür və onun Sintel olacağını təxmin edib ona yaxınlaşır,lakin balaca bədheybət çığıraraq qaçır və bunu görən böyük əjdaha Skarlesə hücum edir.Əlindəki qılıncla əjdahanı ölümcül yaralayan qəhrəman qız kənara çəkilir yerə yıxılan əjdaha ona Sintelin gözləri ilə baxır bu baxışlar Skarlesə tanış gəlir və əjdahanın qanadına baxanda onun qanadında yara olduğunu görür və bu yara Sinteli tapandada onun qanadında var idi,bu yaranı Skarles özü sağaltmışdı.Artıq hər şey gec idi Skarlesin öldürdüyü körpəlikdən öz balası kimi sevdiyi,hər qayğısını çəkdiyi Sintel idi. == Film == == Xarici keçidlər == Rəsmi sayt Arxivləşdirilib 2011-02-25 at the Wayback Machine Sintel — Internet Movie Database saytında.
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. == Təsnifatı == 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Vestel
Vestel - 1975-ci ilde Asil Nadir tərəfindən Türkiyə'də yaradılmış Türk texnologiya şirkətidir.
Səadət
Səadət — qadın adı. Səadət Əliyeva — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. Səadət Təhmirazqızı — sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Yusifova — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Sahel
Sahel (ərəb. ساحل)‎, sahel - sahil, sahilkənarı) — Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Şatal
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir.
Annika Seibel
Annika Seibel (30 noyabr 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Annika Seibel Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Bertel Torvaldsen
Bertel Torvaldsen (dan. Bertel Thorvaldsen; 19 noyabr 1770[…], Kopenhagen – 24 mart 1844[…], Kopenhagen) — Danimarka rəssam və heykəltaraşı, son klassizmin ən parlaq nümayəndəsi. Romadakı müqəddəs Luka Akademiyasının (1833-cü ildən) prezidenti olmuşdur. Əsərləri əsasən mərmərdəndir. == Həyatı == Bertel Torvaldsen, İslandiyalı taxta istehsalçısı Danimarkada məskunlaşan Qottskalk Torvaldsonun (Gottskálk Þorvaldsson) Skagafjord (Skagafirði) sahillərində doğulan oğludur. Ata adının danimarkalaşmış formasından oğul adını almışdır. Bertel Kopenhagen İncəsənət Akademiyasını bitirib. 1797-ci ildə Romaya yola düşdü və qırx ildən çox İtaliyada oldu. Qədim sənət dünyasının kəşfi onun həyatını dəyişdi və Romaya gəlişini doğum günü kimi qeyd etdi. Kanova özü Torvaldseni Yasonun heykəlinə görə təriflədi (1803) və sonradan danimarkalı heykəltaraş böyük Venesiya varisi olaraq ictimaiyyət tərəfindən qəbul edilməyə başladı.
Seyfəl Həsənov
Seyfəl Həsənov (tam adı: Həsənov Seyfəl Həsən oğlu; 16 may 1955, Qusar, Azərbaycan SSR) — Azərbaycanda rusca-azərbaycanca və azərbaycan-rusca olan ilk sinxron tərcüməçilərdən biri kimi tanınır. == Həyatı == 1955-ci il mayın 16-da Qusar rayonunda anadan olmuşdur. 1972-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri namizədi, dosentdir. Əvvəllər Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, dosenti olmuş, Tərcümə şöbəsinin müdiri vəzifəsini tutmuşdur. 2000 - 2004-cü illərdə yeni yaradılmış Regionşünaslıq və Tərcümə fakültəsinin, 2004-2013-cü illərdə Tərcümə fakültəsinin dekanı olmuşdur. 2002-2005-ci illərdə Moskva Dövlət Bexnəlxalq Münasibətlər İnstitutu (Universiteti) nəzdində fəaliyyət göstərən Regionşünaslıq ixtisası üzrə Rusiya Ali məktəbləri Tədris-metodiki Şurasında Bakı Slavyan Universitetinin təmsilçisi olmuşdur. 2013-cü ildə elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosentidir.
Spartel burnu
Spartel burnu (isp. Espartel, ərəb. رأس سبارتيل‎) — Mərakeşin Cəbəllütariq boğazı sahillərində yerləşən burun. Tanjer şəhərindən 10 km aralıdadır. Burundan bir qədər aralıda 12 min il öncə batnış Spartel adası yerləşirdi. Bəzi tətqiqatçılar bu adanın Altantida olması fikirini irəli sürürlər. burundan cənuba doğru dünyanın ən uzun çimərliklərindən (47 km) biri yerləşir. Herkules mağaraları buradadır. Atlantik okean və aralıq dənizi arasında bir ərazidə yerləşməsi onun əhəmiyyətini artırır. 1782-ci ilin oktyabrında ABŞ İstiqlal müharibəsinə aid britaniyalılarla ispanlar arasında Spartel burnu döyüşü baş vermişdir.
Swire Seabed
Səadət Abdullayeva
Səadət Abutalıb qızı Abdullayeva (18 yanvar 1940, Bakı – 12 mart 2017, Bakı) — Azərbaycan musiqişünas-alim, etnoorqanoloq və pedaqoq, sənətşünaslıq doktoru, professor. == Həyat yolu == 1940-cı il yanvarın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Abutalıb Abdullayevin qızı idi. 1947–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Onillik Musiqi Məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) daxil olub. 1962-ci ildə konservatoriyanı “Azərbaycan xalq musiqisi” ixtisası üzrə bitirib. 1962–1971-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının) Memarlıq və İncəsənət İnstitutunun "Musiqi" şöbəsində kiçik elmi işçi vəzifəsində işləyilib. 1965–1967-çi illərdə institutun nəzdində fəaliyyət göstərən aspiranturada oxuyub. 1968-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi verilib. 1971–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, baş müəllimi, 1979–1992-ci illərdə dosenti olub.