Səadət Abdullayeva

Səadət Abutalıb qızı Abdullayeva (18 yanvar 1940, Bakı12 mart 2017, Bakı) — Azərbaycan musiqişünas-alim, etnoorqanoloq və pedaqoq, sənətşünaslıq doktoru, professor.

Səadət Abdullayeva
Səadət Abutalıb qızı Abdullayeva
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Abutalıb Abdullayev
Elm sahələri Azərbaycan xalq musiqisi, milli çalğı alətləri
Elmi dərəcəsi Sənətşünaslıq doktoru (2006)
Elmi adı Professor (1992)
İş yeri Bakı Musiqi Akademiyası
Alma-mater Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Təhsili Azərbaycan Dövlət Konservatoriyası

1940-cı il yanvarın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Abutalıb Abdullayevin qızı idi.

1947–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Onillik Musiqi Məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsil alıb.

1957-ci ildə   Azərbaycan Dövlət Konservatoriyasına (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) daxil olub.

1962-ci ildə konservatoriyanı “Azərbaycan xalq musiqisi” ixtisası üzrə bitirib.

19621971-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının) Memarlıq və İncəsənət İnstitutunun "Musiqi" şöbəsində kiçik elmi işçi vəzifəsində işləyilib.

19651967-çi illərdə institutun nəzdində fəaliyyət göstərən aspiranturada oxuyub.

1968-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi verilib.

19711979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının  “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, baş müəllimi, 19791992-ci illərdə dosenti olub.

19922017-ci illərdə həmin kafedrada professor vəzifəsində işləyib.

1978-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvü seçilib.

2004-cü ildə professor elmi adını, 2006-cı ildə isə sənətşünaslıq doktoru alimlik dərəcəsinə layiq görülüb.

2017-ci il martın 12-də Bakı şəhərində  vəfat edib.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tədqiqatları əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslənmə və istifadə xüsusiyyətlərinin araşdırılması, onların türk məkanında oxşar alətlərlə müqayisəsi və eləcə də gələcək inkişaf yolları ilə əlaqədar olmuşdur. Müasir Azərbaycan alətşünaslığının əsasını qoyanlardan biri idi; əsərlərində Azərbaycan ərazisində geniş istifadə olunan, sonralar isə sıradan çıxan çalğı alətlərinin bərpa edilməsi problemini qaldırmışdır[2].

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Səadət Abdullayeva 19712017-ci illərdə Üzeyir Haçbəyli adına Bakı Musiqi Akademiyasında “Azərbaycan xalq musiqi yaradıcılığı”,  “Qrkestrləşdirmə” ixtisas fənləri və “Azərbaycan xalq musiqisinin əsasları” ümumi kurs üzrə mühazirələr oxumuş, orkestrləşdirmə üzrə fərdi və tələbələrlə  fakültativ məşğələlər aparmışdır[3]. Tələbələrin müxtəlif mövzulu elmi məruzələrinə, diplom və buraxılış  işlərinə rəhbərlik etmişdir.  Azərbaycan xalq çalğı alətləri üçün orklestrləşdirmənin metodik əsaslarını işləmişdir. Onun rəhbərliyilə 15 nəfər, o cümlədən 3 türk mütəxəssisi, dissertasiya işini yerinə yetirərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2000-ci ildə yüksək ixtisaslı musiqişünas kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

2013, 2015, 2016-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqı üzvləri üçün nəzərdə tutulan  “Prezident təqaüdü”nə  layiq görülmüşdür.

  • Союз композиторов Азербайджана. Справочник (декабрь 1973  – июнь 1979 гг.). Баку, Ишыг, 1979, с. 123.
  • Союз композиторов СССР. Справочник. Москва, Сов. комп., 1981, с. 260.
  • Союз композиторов Азербайджана. Справочник (сентябрь 1979  г. – июль 1984 г.). Баку, Ишыг, 1985, с. 242.
  • Əfəndiyeva İ. “Ədəbiyyat və incəsənət” qəzeti, 1990, № 48, 7 dekabr.
  • Azərbaycan Bəstəkarlar İttifaqı. Məlumat kitabçası (1990-2001). Bakı: 2002, s. 13-14.
  • Rzayev N. “Həqiqət bürcü” qəzeti, 2003, № 1, 11-18 yanvar; “Mədəniyyət” qəzeti, 2003, № 05, 01 fevral;
  • Seyidova S., Əfəndiyeva İ. “Musiqi dünyası”, 2005, № 1-2, s. 123-125;
  • Əfəndiyeva İ. “Mədəni-Maarif” jurnalı, 2005, № 7, s. 33-34;
  • Muğam ensiklopediyası. Heydər Əliyev Fondu. Bakı, 2008, s. 11.
  • Azərbaycan milli ensiklopediyası, c. 1. Bakı, 2009, s. 39.    
  • Энциклопедия азербайджанского мугама. Баку, 2012, c. 34.
  • Azərbaycan Bəstəkarlar İttifaqı. Məlumat  kitabçası.  Bakı, 2012, s. 17-20
  • Кафаров С. Газета «Зеркало», 2013, № 126, 26 января.
  • Qafarov S. Səadət  Abdullayeva. Bakı, Şərq-Qərb, 2014, 32 s.
  • Şamaxı ensiklopediyası. Bakı, 2015, s. 19-20.
  • Hidayətqızı S. Muğam qəsri. Bakı, Apostol, 2016, s. 555.
  • Azərbaycan bəstəkarları və musiqişünasları.  http://abm.musigi-dunya.az
  • Həsənova C. “Musiqi dünyası”,  2017, 1/70, s. 74-75.
  • Hüseynova L. “Konservatoriya”. Elmi jurnal, 2017, № 1 (35), s. 4.
  • Багирова C. Газета «Каспий», 2018, 14 марта, с. 10.
  • Rəhmanov R. Çalğı alətlərilə bağlı yaradıcılıq ömrü (Səadət Abdullayevanın xatirəsinə). Bakı, Nurlar, 2018, 328 s.
  • Ozan-aşıq ensziklopediyası, I cild, Bakı, Gənclik, 2019, s. 43
  • Nəcəfzadə A. Ud çalğı aləti Azərbaycan qaynaqlarında. Bakı, “Xəzər Univertsitəsi” nəşr., 2019, s. 5-7.
  • Zöhrabova L.. Unudulmaz musiqişünas Səadət Abdullayevanın monoqrafiyası haqqında qeydlər. "Mədəniyyət" qəz. 2021, 27 oktyabr

Seçilmiş məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Çalğı alətlərimizin sorağı ilə // “Qobustan” sənət toplusu, 1971. – № 1 (9). – S. 69-70.
  • Rübabın izi ilə /Azərbaycan musiqisi: tarix və müasir dövr. –  Bakı: 1994. –  S. 82-88.
  • Rud, bərbət və ud çalğı alətləri haqqında mühakimələr / Ekologiya, fəlsəfə, mədəniyyət. Elmi məqalələr məcmuəsi, 7-ci buraxılış. –  Bakı: Təbib, 1995. –  S. 67-70.
  • Musiqişünaslığımızda əks olunmayan xalq çalğı alətlərimiz / Azərbaycan şifahi xalq və peşəkar musiqinin problemləri. Elmi məqalələr toplusu. –  Bakı: 2002. –  S. 5-13.
  • “Глашатай” радостей и побед народа  // İrs-Наследие. –  2002. – № 4. – C. 52-53.
  • Мелодия из глубины веков // İrs-Наследие. – 2003. – № 5. – C. 40-41;
  • Чарующие звуки балабана  // İrs-Наследие.  – 2003. – № 8. – С. 48-49.
  • Роль композиторского творчества в становлении и развитии оркестра азербайджанских народных музыкальных инструментов / Bəstəkar və zaman (Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş konfrans materialları və elmi məqalələr toplusu). – Bakı: Adiloğlu, 2003. – S. 42-50.
  • Türk məkanında xalq çalğı alətlərinin müqayisəli öyrənilməsinin ilkin nəticələri / “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə”. II Uluslararası folklor konfransının materialları”. – Bakı: 2004. – S. 333-338.
  • Azərbaycan şifahi xalq ədəbiyyatında çalğı alətləri // Musiqi dünyası. – 2004. –  3-4/21. – S. 170-177.
  • “Koroğlu” dastanında aşıq sənəti, çalğı alətləri, eyniadlı hava və instrumental silsilələri // Musiqi dünyası. – 2006. –  3-4/29. – S. 91-96.
  • Mövsüm və məişət mərasim şənliklərində çalğı alətlərimiz / Bəstəkar və zaman, III buraxılış. – Bakı: Adiloğlu, 2008. – S. 254-270.
  • Dədə Qorqud və qopuz // Folklor və etnoqrafiya. –2008. – № 3-4. –  S. 61-69.
  • Azərbaycan musiqi ifaçılığı təsviri sənətdə // Konservatoriya. – 2009. – № 1.  – S. 127-136.
  • Muğam və təsviri sənət / “Muğam aləmi” Beynəlxalq elmi simpoziumun materialları, 18-20 mart 2009-cu il. – Bakı: Şərq-Qərb, 2009. – S. 26-39;
  • Азербайджанское инструментоведение: достижение и перспективы / Международный симпозиум “Музыкальные инструменты тюркских народов”. – Баку: 2010.  www.musicmuseum.az/turksoy2010/tstez01.doc
  • Музыкальный инструмент мирового значения // İrs-Наследие. – 2011. –  № 1(49). –  C. 44-49.
  • Самый певучий среди инструментов // İrs-Наследие. – 2011. –   № 2 (50). –  C. 54-58;
  • Саз – неотъемлемый инструмент азербайджанских ашугов // İrs-Наследие. –   2011. –  № 3 (51). –  C. 58-63;
  • Азербайджанский канун // İrs-Наследие. –   2011. –  № 4 (52). –   C. 56-59;
  • Чарующий слух музыкальный инструмент // İrs-Наследие. – 2011. –   № 5 (53). –   C. 28-33.
  • Çalğı alətlərimizin yayılma hüdudları / Tarixi yaşadan unudulmuş musiqi alətləri. Milli musiqinin tədqiqi. Elmi məqalələr toplusu. –   Bakı: Mütərcim, 2011. –   S. 27-45.
  • Пастушья свирель звучит в оркестрах // İrs-Наследие. – 2012. –  № 1 (55). – C. 40-45.
  • Под ритмы нагары, гавала и гоша-нагары // İrs-Наследие. –  2012. –  № 5 (59). – C. 28-34.
  • Azərbaycan instrumental muğam ifaçılığı – ənənələrinin varisliyi kontekstində / “Muğam aləmi”. III Beynəlxalq elmi simpoziumunun materialları, Bakı, 12-15 mart, 2013. – Bakı:  2013. –  S. 3-9.
  • Древние азербайджанские музыкальные инструменты. // İrs-Наследие. –  2013. – № 2 (62). – C. 34-40.
  • Nizami Gəncəvinin etik və estetik görüşləri “musiqili” misralarda // Konservatoriya. – 2016. – № 3 (33). – S. 21-27.
  • Dahi bəstəkar və korifey musiqişünas / Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində. I cild. Müəllif və tərtibçi  Səadət Təhmirazqızı. –  Bakı, 2016, – S. 90-99.
  • Nizami Gəncəvinin əsərlərində musiqili səhnələr // Konservatoriya. – 2017. – № 1 (35). – S. 5-13.
  • Azərbaycan çalğı alətləri haqqında qaynaqları araşdırarkən... // Musiqi dünyası. – 2016. – 4 (69). – S. 11- 16.
  • Nizami Gəncəvinin əsərlərində musiqi və rəqs ifaçıları / Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri. XVI Beynəlxalq elmi-praktiki konfransın materialları. – Bakı: 2017.  – S. 13-18.
  • Nizami Gəncəvinin əsərləri orta əsr çalğı alətləri haqqında əsas mənbə kimi // Konservatoriya. – 2018. –  № 1 (39). – S. 69-78.
  1. Qafarov S. Səadət Abdullayeva Arxivləşdirilib 2021-05-07 at the Wayback Machine. Bakı: Şərq-Qərb, 2015.
  2. Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tədqiqat). Arxivləşdirilib 2019-07-30 at the Wayback Machine – Bakı: Adiloğlu, 2002.
  3. Seyidova S. Əfəndiyeva İ. “Musiqi dünyası”, 2005, 1-2/ 23, s. 123-125 Arxivləşdirilib 2022-01-24 at the Wayback Machine.
  4. Rəy: Əfəndiyev V. “Qobustan”, 1974, № 1, s. 77.
  5. Rəy : Rafiq İmranı. “Bakı” qəzeti, 1984, № 223, 26 sentyabr.
  6. Rəy: Həsənova-İsmayılova C. “Azərbaycan” qəzeti, 2001, № 143, 28 iyun
  7. Təqdimat: AzərTAC. “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” qəzetləri, 2002, № 295, 24 dekabr; газета «Бакинский рабочий», № 246, 25 декабря; “Respublika” qəzeti, 2003, № 9, 12 yanvar; газета “Эхо”, 2003, № 73, 19 апреля; Rəy: Rzayev N. “Ədalət” qəzeti, 2002, № 230, 10 dekabr; Nəbiyev A. “Min bir mahnı” qəzeti, 2002, № 12, 22 oktyabr; Cavadlı C. “Azərbaycan müəllimi” qəzeti, 2002, № 52, 27 dekabr; Yaqubqızı R. “Mədəniyyət” qəzeti, 2002, № 45, 28 dekabr; Dadaşzadə Z. “Musiqi dünyası”, 2003, №1-2; Abbasxanlı-Aliyeva T. “Tasvir”, Ankaranın gazetesi, 2004, 10 nisan; “Türsoy”, 2004, № 11, s. 64.
  8. Rəy:   Həsənova C.“Musiqi dünyası”,  2007, 3-4/ 33, s. 192-193.
  9. Rəy: Həsənova C. “Musiqi dünyası” № 1-2 / 43, 2010 , s. 203; Qurbanov B. “Sərbəst düşüncə” qəzeti, 2010, № 389, 22 iyul-03 avqust.
  10. Rəy: Abduləliyev A. “Musiqi dünyası”, 2016,  4/69, s. 76-77.