Səbihə Sərtəl

Səbihə Dərviş Sərtəl (1895[1], Saloniki, Osmanlı imperiyası[3]2 sentyabr 1968[2], Bakı, SSRİ[1]) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır.

Səbihə Sərtəl
Doğum tarixi 1895[1]
Doğum yeri
Vəfat tarixi 2 sentyabr 1968(1968-09-02)[2]
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı Mehmet Zəkəriyyə Sərtəl
Təhsili
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi.[4]. Səbihə Sərtəlin həm feministliyi həm də solçu baxışları bir neçə səbəb üzündən mübahisə mövzusu olmuşdur.[5]

Jurnalistikaya həyat yoldaşı ilə birgə "Böyük Məcmua" adlı həftəlik dərgini nəşr edərək başladı. Xalidə Ədibin baş redaktor olduğu və Falih Rıfkı, Mehmet Fuad Köprülü, Rəşad Nuri Güntəkin, Faruq Nafiz, Ömər Seyfəddin kimi aydınların yazılar yayımladığı "Böyük Məcmua" dərgisində qadın problemlərinə diqqəti cəlb edən yazılar yazdı. 1917-ci ildə ilk övladı olan Sevim dünyaya gəldi.

1919-cu ildə Xalidə Ədibin məsləhəti ilə təqaüd imkanından yararlanaraq ali təhsil almaq məqsədi ilə həyat yoldaşı ilə birgə ABŞ-a getdi. Kolumbiya Universitetində sosial xidmət sahəsi üzrə təhsil aldı. ABŞ-da yaşadığı müddət ərzində burada yaşayan türkləri təşkilatlandıraraq Himayə-i Etfal Cəmiyyətinə (Uşaq Əsirgəmə Qurumu) yüksək miqdarda ianə toplanmasını təşkil etdi. İkinci övladı olan Ulduz isə 1922-ci ildə dünyaya gəldi. 1923-cü ildə yoldaşı ilə birgə təhsillərini tamamladıqdan sonra Türkiyəyə geri qayıtdılar.

1924–1931-cü illər arasında yoldaşı ilə birgə "Rəsimli Ay" dərgisini nəşr etdilər. Məqalələrində işçi sinifinin haqqlarını müdafiə etdi, sosial və siyasi durumu tənqid edən yazılar yazdı. Cavad Şakirin dərgidə yayımlanan bir yazısı səbəbindən yoldaşı Sinopda bir qalada məhkum həyatı sürərkən dərgini 3 il tək başına idarə etdi. 1929-cu ildə dərgidə yayımladığı "Müdafiə olunun Gəlirəm" başlıqlı yazısı üzündən məhkəməyə çıxarıldı və "nəşriyyat üzündən məhkəməyə göndərilən ilk türk qadını" oldu.[6]

1927–1928-ci illər arasında yoldaşı Mehmet Zəkəriyyə Bəy ve Faiq Sabri Duran ilə birlikdə "Uşaq Ensiklopediyası" hazırladı. 1932-ci ildə Cümhuriyyət Qəzetinin çıxardığı "Həyat Ensiklopediyası"nda çalışdı.

1931-ci ildə "Rəsimli Ay" dərgisi bağlanarkən məqalə dərc etmə, yayımlama imkanından məhrum oldu və 1936-cı ilə qədər bir neçə sosialist yayımları tərcümə edib yayımlamaqla məşğul oldu. 1935-ci ildə "Rəsimli Hər Şey" adlı bir həftəlik dərgi çıxardı. İlk nömrəsi 28 sentyabr 1935-də çıxan dərginin heyəti Nazim Hikmət və dostlarından ibarət idi. Bu dərginin bağladılmasının ardından 1936-cı ilin mart ayında "Projektor" adlı aylıq fikir dərgisi çıxardı. Dərgi, ilk nömrəsində qapadıldı.

1936-cı ildə həyat yoldaşı ilə birlikdə "Tan Qəzeti"ni qurdu. Qəzet, xüsusilə ikinci dünya müharibəsi illərində faşizm əleyhinə olması ilə maraq gördü. Səbihə Sərtəl, 3 sentyabr 1945-ci ildə "Tan Qəzeti"ndə yayımlanan İznin Fəryadı başlıqlı yazısı səbəbi ilə həbs edildi.

İkinci dünya müharibəsindən sonra Demokrat Partinin tanınmış simalarının qurmağa çalışdığı "İrəli Demokratiya Cəbhəsi" adlı siyasi cəhdin tərkibində yer aldı. Bu cəhdin nəşr orqanı olan "Görüşlər" adlı dərgini çıxardı. 1 Dekabr 1945-ci ildə oxucuya təqdim edilən dərgidə iki yazısı yer aldı.

"Görüşlər"in oxucu ilə görüşməsindən 3 gün sonra, 4 dekabr 1945 tarixində gerçəkləşən Tan Hadisəsi, Tan Mətbəəsinin yerlə bir edilməsi; Sərtəllərin döyülmə cəhdinə məruz qalması ilə nəticələndi. Bu hadisədən məsul tutularaq yoldaşı ilə birlikdə 3 ay həbs həyatı yaşadıqdan sonra bəraət aldılar. Sərtəl ailəsi, Tan Hadisəsi və bir çox mübahisələr səbəbindən 1950-ci ildə ölkəni tərk etdi.

Səbihə Sərtəlin Bakıda məzarı

Sürgün illəri və vəfatı

[redaktə | mənbəni redaktə et]

Səbihə Sərtəl, sürgün illərini Paris, Budapeşt, Moskva ve Bakıda keçirdi. Türkiyə Kommunist Partiyasının işlərinə qatıldı. Budapeşt Radiosunun Türkcə nəşrlər servisində çalışdı. Son illərində Türkiyəyə dönmə müraciətinə baxmayaraq istəyi rədd edildi.[7]

2 sentyabr 1968 tarixində Bakıda vəfat etdi. Məzarı, Bakıda, Fəxri Xiyabanda yerləşir. Ölümündən sonra xatirələrini yazdığı "Roman Kimi" adlı kitabı 1969-cu ildə nəşr olundu. 1998-ci ildə Nilgün Əroğlu Maktav tərəfindən, "Bir Roman Kimi" adlı Səbihə Sərtəlin həyatından bəhs edən sənəli film hazırlandı.[8]

  • Tevfik Fikrət — Mehmet Akif Davası (1940)
  • Tevfik Fikrət ideologiyası və Fəlsəfəsi (1946)
  • Roman Kimi (1969)
  1. 1 2 3 4 https://1000kitap.com/kitap/roman-gibi--49542.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 https://www.fembio.org/english/biography.php/woman/biography/sabiha-sertel/.
  4. Zekeriya Sertel, Hatırladıklarım, Remzi Kitabevi
  5. Biyografya 9 — Sabiha Sertel, Bağlam Yayınları.
  6. Mehmet Ergün, ‘’’Resimli Ay Sonrasında Sabiha Sertel’’’, Evrensel Kültür, Sayı 127 [ölü keçid]
  7. "Boğaziçi Üniversitesi Atatürk İlkeleri ve İnkılap Tarihi Enstitüsü, Kim Kimdir, Sabiha Sertel sayfası". 2009-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.
  8. "Kameraarkasi.org". 2009-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.