Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Volter Vilyam Skit
Volter Vilyam Skit (21 noyabr 1835[…], London – 6 oktyabr 1912[…], Kembric) — İngilis filoloqu və Anqlikan diakonu. Dövrünün görkəmli ingilis filoloqu, İngiltərədə ingilis dilinin ali təhsil fənni kimi inkişafında mühüm rol oynamışdır.
Abigeyl Smit
Ebiqeyl Smit Adams (ing. Abigail Smith Adams; 22 noyabr 1744, Ueymut[d], Massaçusets – 28 oktyabr 1818[…], Kuinsi[d], Massaçusets) — ABŞ-nin 2-ci Prezidenti Con Adamsın həyat yoldaşı, ABŞ-nin 6-cı prezidenti Con Kuinsi Adamsın anası.
Adam Smit
Adam Smit (ing. Adam Smith; ən geci 16 iyun 1723, Kerkoldi[d], Fayf[d] – 17 iyul 1790[…], Edinburq) — şotland əsilli Böyük Britaniyalı filosof və iqtisadçı. Müasir kapitalizmin banisi hesab olunan Adam Smit əxlaq fəlsəfəsi professoru olması səbəbindən iqtisadi yanaşmalarında bu elmin təsirləri hiss olunur. İqtisadiyyatda və təbiət hadisələrində nizam olduğunu və bunun müşahidə və əxlaq hissi ilə müəyyən oluna biləcəyini qeyd etmişdir. == Həyatı == Adam Smit Şotlandiyanın Kirkkaldi şəhərində çalışan gömrük nəzarətçisinin oğlu olaraq dünyaya gəlmişdir. Dəqiq doğum tarixi bilinməsə də, 16 iyun 1723-cü ildə, atasının ölümündən 6 ay sonra xaç suyuna salındığı məlumdur. Təxminən 4 yaşı olarkən qaraçılar tərəfindən qaçırılan Smit, qısa zamanda əmisinin köməyi ilə tapılmışdır. On dörd yaşı olarkən Qlazqo Universitetində əxlaq fəlsəfəsi mövzusunda Frensis Hatçisonun yanında təhsil almağa başlamışdır. Azadlıq, hüquq, ifadə azadlığı mövzularına bağlılığı da burada yaranmışdır. Qlazqo Universitetindən məzun olduqdan sonra 1740-cı ildə Oksforddakı Balliyol Kollecində oxumağa başlamış, lakin 1746-cı ildə məktəbi tərk edərək Oksfordun imtiyaz nəzarəti mövzusunda tənqidçilik etməyə başlamışdır.
Aleni Smit
Aleni Smit (5 dekabr 1982) — Samoalı cüdoçu. Aleni Smit Samoanı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleni Smit birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Çexiyanın nümayəndəsi Yaromir Yezek ilə üz-üzə gəldi. Həmin görüşdə Aleni Smit rəqibinə 0:100 hesabı ilə uduzdu.
Ali Smit
Ali Smit (ing. Ali Smith; 24 avqust 1962-ci il, İnverness) — Britaniya (şotland) yazıçısı və jurnalisti. == Həyatı == Aberdin Universiteti və Kembric Universitetinin Nyunham qadın kollecində təhsil almışdır. Stratklayd Universitetində dərs deyirdi, xroniki yorğunluq sindromu səbəbiylə işindən çıxmaq məcburiyyətində qaldı. O vaxtdan bəri yalnız ədəbiyyatla məşğul olur. The Guardian, The Scotsman və The Times Literary Supplement jurnalları ilə əməkdaşlıq edir. Həmçinin, The Trash Can Sinatras şotland qrupu üçün yazır. Sevgilisi rejissor Sara Vud ilə birlikdə Kembricdə yaşayır. == Əsərləri == === Novellaları === Free Love and Other Stories (1995, Saltire First Book of the Year award) Other Stories and Other Stories (1999) The Whole Story and Other Stories (2003) The First Person and Other Stories (2008) === Romanları === Like (1997) Hotel World (2001, Encore Award; Scottish Arts Council Book Award; Scottish Arts Council Book of the Year Award, Oranj və Buker mükafatlarının şort-listinə daxil olmuşdur, Qrinviç Teatrı və Edinburgh Festival Fringe 2007-də roman üzrə səhnələşdirmə edilmişdi; The Accidental (2005, Oranj və Buker mükafatlarının şort-listinə daxil olmuşdur, ən yaxşı romana görə Uitbred mükafatı qazanmışdır Girl Meets Boy (2007, Diva jurnalının oxuyucuları tərəfindən ilin kitabı seçilmişdir, Şotlandiya İncəsənət Şurasının mükafatı) There But For The (2011, The Guardian tərəfindən ilin kitabı seçilmişdi, Hotornden mükafatı) How To Be Both (2014) Autumn (2016, Buker mükafatlarının şort-listinə daxil olmuşdur) Winter (2017) === Pyesləri === The Seer (2001) Just (2005) === Esseləri === Laws of the bandit queens: words to live by from 35 of today's most revolutionary women (2002, mətn və şəkillər) Artful (2013, Müqəddəs Anna Oksfor Kollecində Avropa ədəbiyyatı mövzusunda mühazirələrə əsaslanaraq) == Nüfuzu == Kral Ədəbi Cəmiyyətinin üzvü (2007) == Ədəbiyyat == *Kostkowska J.Ecocriticism and women writers: environmentalist poetics of Virginia Woolf, Jeanette Winterson, and Ali Smith. New York: Palgrave Macmillan, 2013 *Ali Smith: Contemporary Critical Perspectives/ Monica Germanà, Emily Horton, eds.
Aslı Iskıt
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aslı İskit
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Brayan Smit
Brayan Ceykob Smit (ing. Brian Jacob Smith; 12 oktyabr 1981, Dallas) — Amerikalı aktyor. 2005-ci ildə Cinayətə nifrət filmində Trey, hərbi elmi fantastika serialı olan Ulduz qapıları dünyası-da Metyu Skott və Səkkizinci hiss serialında Uill Qorski rolu ilə tanınır. == Həyatı və təhsili == Smit əslən Texasın Allen şəhərindəndir. O ştatın Plana şəhərində yerləşən Collin County Community Kollecində teatr proqramı üzrə təhsil alıb. Kolumbiyada Stephens Kollecində bir il təhsil aldıqdan sonra o, Nyu York şəhərinə gedərək orada Juilliard Məktəbində dörd illik drama dərslərinə qatıldı və burada Nikol Behari ilə sinif yoldaşı oldu (Group 36: 2003–2007). Smit oranı incəsənətlər üzrə bakelavr dərəcəsi ilə bitirdi.
Con Smit
Con Smit (ing. John Smith; ən tezi 1579 və ən geci 6 yanvar 1580 – 21 iyun (1 iyul) 1631, London, İngiltərə krallığı) — ingilis əsilli muzdlu döyüşçü, macərapərəst, yazıçı və səyyah. İspaniya və Osmanlı imperiyalarına qarşı döyüşmüşdür. Smit eyni zamanda Şimali Amerikada avropalılar tərəfindən salınmış ilk müstəmləkələrdən biri olan Ceymstaun şəhərinin qurucularından hesab olunur. == Həyatı == Con Smit 1580-cı ilin 6 yanvar tarixində İngiltərənin Linkolnşir bölgəsində anadan olmuşdur. Həmin tarixdə bölgə kilsəsində vəftiz edilib. Atası kəndli olan Smit ailəsi torpaq kirayələrindən əldə etdikləri gəlir hesabına dolanırdı. Kəndli olmaqlarına baxmayaraq, təminatlı ailədən olan Con Smit 1592–1595-ci illərdə Kral Edvard adına Qramer Məktəbini bitirmişdir. 16 yaşında olarkən atasını itirən Con Smit yaşadığı əraziləri tərk edərək Avropaya yollanır və burada muzdlu döyüşçü kimi fəaliyyət göstərir. Əvvəlcə donanmada matros kimi xidmət keçir.
Corc Smit
Corc Smit (ing. George Smith; 26 mart 1840[…], Çelsi, Böyük London – 19 avqust 1876[…], Hələb, Suriya) — Britaniyalı arxeoloq. "Gilqameş dastanı"nı mixi yazılı gil lövhədən tərcümə etməyi ilə məşhurlaşıb. Britaniya Muzeyi işçisi idi. == Həyatı == 26 mart 1840-cı ildə doğulub. 19 avqust 1876-cı ildə vəfat edib.
Cozef Smit
Cozef Smit (ing. Joseph Smith, Jr.; 23 dekabr 1805-27 iyun 1844) — Amerikalı dini lider, Mormonizmin banisi, 1844-cü ildə prezidentliyə namizəd. == Həyatı == Cozef Smit 1805-ci ildə Vermont ştatının Jarone şəhərində anadan olmuşdur. O, sistemli təlim-təhsil almasa da özünü yetişdirmişdir. Smitin iddiasına görə Moroni adlı mələk onun gözünə görünərək, vaxtilə torpağa basdırılmış hindu peyğəmbərin qızıl vərəqlərdən ibarət kitabının yerini göstərmiş və Tanrının ona iş tapşırdığı xəbərini çatdırmışdır. Bu vaqedən sonra Smit kilsə təsis etmiş, ətrafına tərəfdarlar toplayaraq, ətraf ştatlarda aktiv dini fəaliyyətə başlamışdır. Onların az müddətdə uğur qazanmasının əsas səbəbi cərəyan mənsublarının təmənnasız dindarlara məsuliyyətlə yanaşmaları idi. Lakin protestanların güclü təqibləri ilə üzləşdikdən sonra əvvəlcə Missuri, ardınca isə əsasını qoyduqları Nauvu şəhərinin yerləşdiyi İllinoys ştatına köçmüşlər. 1843-cü ildə icmanın ilk missioner yığıncağı keçirilmişdi. Yığıncaqda "çoxarvadlılıq" ideyasını irəli sürsələr də, ABŞ hökumətinin güclü təzyiqi nəticəsində 1890-cı ildə bunun qarşısı alınmışdır.
Dred Skot
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Edvard Smit
Edvard Smit (ing. Edward John Smith, 27 yanvar 1850 – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin kapitanı. == Həyatı == Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır. == Karyerası == Edvard Smit 1880-cı ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü zabiti olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. SS Resbulika adlanan gəmidə bir müddət işləmişdir.
Elliott Smit
Stiven Pol «Elliott» Smit(d. 6 avqust 1969 Omaha, Nebraska, ABŞ - ö. 21 oktyabr 2003 Los-Anceles, ABŞ), Amerikalı müğənni. Omaha, Nebraskada dünyaya gəldi, Texasda böyüdü və həyatının önəmli bir qismini ilk dəfə popularlıq əldə etdiyi Portland,Oregonda keçirdi. Əsas çalğı aləti qismində gitara olmaqla yanaşı piano, klarnet, bas-gitara, baraban və harmonika da çala bilirdi. Özünəməxsus “fısıltıya bənzəyən, hörümçək toru incəliyində danışırmış kimi” bir vokal tərzi vardı. İllərlə rok qrubu Heatmisterdə fəaliyyət göstərdikdən sonra 1994cü ildə müstəqil şirkətlər olan Cavity Search və Kill Rock Stars ilə işləyərək solo karyerasına ilk addımını atdı. 1997-ci ildə Dream Works Records ilə razılığa gəldi və iki albomunu bu şirkətdən çıxartdı. Smit “Miss Misery” adlı mahnısının Can dostum filminin musiqiləri arasında yer alması və 1997-ci ildə ən yaxşı mahnı kategoriyasında Oskara namizəd olması ilə geniş kütlələr tərəfindən tanınmağa başladı. Smit illərlə depressiya, alkoqolizm, narkomaniya ilə mübarizə etdi və bu mövzular tez-tez mahnılarındakı sözlərdə yer alırdı.34 yaşında Los-Ancelesdə sinəsinə aldığı iki bıçaq zərbəsi ilə öldü.
Emerson Smit
Emerson Smit (13 fevral 1997) — ABŞ-lı fristaylçı. Emerson Smit ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Emerson Smit birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Smit ümumilikdə 72.59 xal toplayaraq öz cığırında 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Geomorfoloji Skil
Geotektonik skil
Horton Smit
Horton Smit (ing. Horton Smith; 22 may 1908, Sprinqfild[d], Missuri – 15 oktyabr 1963, Detroyt, Miçiqan) — Peşəkar Amerikalı qolfçu, qolf ustası. Masters turnirində qazandığı bürünc və qızıl medalla yadda qalıb. == Karyerası == Qolfçu Missuridə anadan olub. Peşəkar qolf karyerasına 1926-cı ildə başlayıb. 1928-ci ildə Oklama Açıq birinciliyində iştirak etmiş, qalib olmuşdur. Bu qolfçunun iştirak etdiyi ilk turnir idi. 1929-cu ildə qolf üzrə 8-ci titulu qazanıb. 1934-cü ildə təşkil edilən Masters turnirində iştirak edib. Turnirin ilk iştirakçısı və qalibi Horton Smitdir.
Kertvud Smit
Kertvud Smit (ing. Kurtwood Larson Smith; d. 3 iyul 1943) — ABŞ aktyoru.
Larri Skot
Larri Skot (ing. Larry Scott; 12 oktyabr 1938, Blekfut[d], Aydaho – 8 mart 2014, Solt-Leyk-Siti) — amerikalı bodibilder, Mister Olimpiya müsabiqəsinin ilk və ikiqat qalibi (1965, 1966). İdman karyerasını bitirdikdən sonra Yuta ştatına köçmüşdür. == Bioqrafiyası == Aydaho ştatının Blekfut şəhərində anadan olmuşdur. Uşaqlıq illərində Larri yetərincə zəif bədən quruluşuna malik idi. 16 yaşında Larri təsadüfən bodibildinqlə bağlı jurnal oxumuş və bu idmanla məşğul olmağa qərar vermişdir. Məşqlərə başladığı illərdə onun bisepsinin ölçüsü 28 sm idi. Qısa zaman ərzində Larri gözə çarpacaq əzələ ölçüsü əldə etməyə nail olmuşdur. Kaliforniyada kollecə qəbul olunduqdan sonra gənc Larri «Mister Los-Anceles» yarışında 3-cü yerə layiq görüldü. Qısa zaman sonra «Mister Kaliforniya» müsabiqəsinin qalibi oldu.
Meggi Smit
Dama Marqaret Natali (Meggi) Smit (ing. Margaret Natalie «Maggie» Smith, 28 dekabr 1934[…], İlford[d]) — britaniyalı aktrisa. Yeddi dəfə "BAFTA" mükafatının, iki dəfə isə "Oskar" mükafatının (1970, 1979) qalibi. 4 dəfə "Emmi" mükafatını qazanıb (2003, 2011, 2012, 2016). Harri Potter filmlər seriyasında Minerva Makqonaqall rolununa görə dünyada daha çox tanınır.
Mett Smit
Mettyu Robert «Mett» Smit (ing. Matthew Robert "Matt" Smith; 28 oktyabr 1982, Norsempton) — İngilis aktyor və rejissor. Ən çox 2010 və 2013-cü illər arasında «Doktor Kim» serialında on birinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Mikoyan Skat
Mikoyan Skat (rus. Микоян Скат) — MiG şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır. == Dizayn və inkişaf == Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı. Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.