Horton Smit (ing. Horton Smith; 22 may 1908, Sprinqfild[d], Missuri – 15 oktyabr 1963, Detroyt, Miçiqan) — Peşəkar Amerikalı qolfçu, qolf ustası. Masters turnirində qazandığı bürünc və qızıl medalla yadda qalıb.
Horton Smit | |
---|---|
ing. Horton Smith | |
Şəxsi məlumatlar | |
Tam adı | ing. Horton Smith |
Ləqəbi | Kabus Yoplin[1][2] |
Vətəndaşlığı | ABŞ |
Doğum tarixi | 22 may 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 1963 (55 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | limfoma |
Təhsili | Missuri Dövlət Universiteti[1][3] |
İdman növü | qolf |
Karyera illəri | 1926—1962 |
Qolfçu Missuridə anadan olub. Peşəkar qolf karyerasına 1926-cı ildə başlayıb. 1928-ci ildə Oklama Açıq birinciliyində iştirak etmiş, qalib olmuşdur. Bu qolfçunun iştirak etdiyi ilk turnir idi. 1929-cu ildə qolf üzrə 8-ci titulu qazanıb. 1934-cü ildə təşkil edilən Masters turnirində iştirak edib. Turnirin ilk iştirakçısı və qalibi Horton Smitdir. Horton Smit İkinci Dünya Müharibəsində ABŞ Ordusu Hava Qüvvələrinə xidmət etmiş,[4] orada xüsusi xidmət olan atletika koordinasiyasında iştirak etmiş,[5] və orada kapitan vəzifəsinə yüksəlmişdir.[6] Horton Smit 15 oktyabr 1963-cü ildə, ömrünün 50-ci illərində limfositdən vəfat etmişdir. Məzarı Missuridədir.[7][8][9]