Stiven Pol «Elliott» Smit(d. 6 avqust 1969 Omaha, Nebraska, ABŞ - ö. 21 oktyabr 2003 Los-Anceles, ABŞ), Amerikalı müğənni. Omaha, Nebraskada dünyaya gəldi, Texasda böyüdü və həyatının önəmli bir qismini ilk dəfə popularlıq əldə etdiyi Portland,Oregonda keçirdi. Əsas çalğı aləti qismində gitara olmaqla yanaşı piano, klarnet, bas-gitara, baraban və harmonika da çala bilirdi. Özünəməxsus “fısıltıya bənzəyən, hörümçək toru incəliyində danışırmış kimi”[1] bir vokal tərzi vardı.
Elliott Smit | |
---|---|
Steven Paul Smith | |
Ümumi məlumatlar | |
Doğum adı | Steven Paul Smith |
Ləqəbi | Elliott Smith |
Doğum tarixi | |
Doğum yeri | Omaha, Nebraska,ABŞ |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Echo Park, Los-Anceles, Kaliforniya, ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, müğənni, bəstəkar, yazıçı, gitaraçı, musiqiçi |
Fəaliyyət illəri | 1991-2003 |
Janr | |
Musiqi alətləri | gitara, klarnet, piano, baraban, bas-gitara |
Səs tembri | tenor |
Albom şirkətləri | Virgin Records, Domino Recording Company |
Təhsili |
|
sweetadeline.net | |
Vikianbarda əlaqəli mediafayllar |
İllərlə rok qrubu Heatmisterdə fəaliyyət göstərdikdən sonra 1994cü ildə müstəqil şirkətlər olan Cavity Search və Kill Rock Stars ilə işləyərək solo karyerasına ilk addımını atdı. 1997-ci ildə Dream Works Records ilə razılığa gəldi və iki albomunu bu şirkətdən çıxartdı. Smit “Miss Misery” adlı mahnısının Can dostum filminin musiqiləri arasında yer alması və 1997-ci ildə ən yaxşı mahnı kategoriyasında Oskara namizəd olması ilə geniş kütlələr tərəfindən tanınmağa başladı.
Smit illərlə depressiya, alkoqolizm, narkomaniya ilə mübarizə etdi və bu mövzular tez-tez mahnılarındakı sözlərdə yer alırdı.34 yaşında Los-Ancelesdə sinəsinə aldığı iki bıçaq zərbəsi ilə öldü[2]. Bu bıçaq zərbələrinin bir cinayətinmi yoxsa bir intiharınmı nıticəsi olduğu açıqlana bilmədi[3]. Smitin bədəni yandırıldı və cəmiyyətə açıq bir xatirə yeri müəyyən edilmədi. Ölümündən öncə altıncı studio albomu From a Basement on the Hill üzərində işləyirdi. Bu albom ölümündən sonra, 19 oktyabr 2004cü ildə yayımlandı.