Con Smit

Con Smit (ing. John Smith; ən tezi 1579ən geci 6 yanvar 158021 iyun (1 iyul) 1631, London, İngiltərə krallığı) — ingilis əsilli muzdlu döyüşçü, macərapərəst, yazıçı və səyyah. İspaniyaOsmanlı imperiyalarına qarşı döyüşmüşdür. Smit eyni zamanda Şimali Amerikada avropalılar tərəfindən salınmış ilk müstəmləkələrdən biri olan Ceymstaun şəhərinin qurucularından hesab olunur.

Con Smit
ing. John Smith
Doğum tarixi
Doğum yeri Linkolnşir, İngiltərə
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri London, İngiltərə
Milliyyəti ingilis
Fəaliyyəti Muzdlu döyüşçü və səyyah.
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Smit 1580-cı ilin 6 yanvar tarixində İngiltərənin Linkolnşir bölgəsində anadan olmuşdur. Həmin tarixdə bölgə kilsəsində vəftiz edilib. Atası kəndli olan Smit ailəsi torpaq kirayələrindən əldə etdikləri gəlir hesabına dolanırdı. Kəndli olmaqlarına baxmayaraq, təminatlı ailədən olan Con Smit 1592–1595-ci illərdə Kral Edvard adına Qramer Məktəbini bitirmişdir.

16 yaşında olarkən atasını itirən Con Smit yaşadığı əraziləri tərk edərək Avropaya yollanır və burada muzdlu döyüşçü kimi fəaliyyət göstərir. Əvvəlcə donanmada matros kimi xidmət keçir. Sonralar Fransa kralı IV Henrixin, xüsusi ilə Hollandiya ərazilərində İspaniya imperiyasına qarşı aparmış olduğu mübarizədə fəal iştirak etməyə başlamışdır. Hollandların ispaniyalılara qarşı başlatmış olduğu azadlıq mübarizəsinə də qoşulan Con Smit İspaniya imperatoru II Filippə qarşı Hollandiya ordusunun muzdlu əsgəri kimi döyüşmüşdür. Smit daha sonra Aralıq dənizindən keçən ticarət gəmilərinə hücum edərək qənimət əldə edən dəniz quldurlarına qoşulmuşdur.

Macarıstana və Erdal bölgəsinə yollanan Smit burada Avstriya-Macarıstan imperiyası üçün fəaliyyət göstərməyə başlayır. 1593–1606-cı illər ərzində Avstriya-MacarıstanOsmanlı imperiyaları arasında gedən müharibədə Con Smit Avstriya-Macarıstan ordusu tərəfindən muzdlu əsgər kimi döyüşürdü. Macarıstan ərazilərdə aparılan uğurlu döyüşlərdən sonra kapitan rütbəsi alır.

1602-ci ildə Krım xanlığı süvari birliklərinə qarşı baş tutan döyüşdə Con Smit ağır yaralanaraq əsir düşür. Əsir alınaraq İstanbul şəhərinə gətirilir. Smit öz xatirələrində əsir düşməsi və başına gələn sonrakı hadisələrlə bağlı belə deyir:

" Hamımız qul bazarında heyvanlar kimi satıldıq. "

Smit varlı bir türk tərəfindən qul bazarında alındıqdan sonra həmin şəxsin şəxsi hərəmxanasındakı bir rum qadına xidmətçi kimi verilmişdir. Səyyahın bu dövrlərdə başına gələn hadisələri özünün şəxsi gündəliklərindəki qeydlərdən müəyyən etmək olur.

Smit ona xidmət etməsi üçün verilmiş rum qadının ona aşiq olduğunu və onun daha yaxşı bir şəraitdə yaşaması üçün qadın tərəfindən Krıma göndərildiyini yazır. Buradakı yeni sahibi ilə yaxşı yola gedə bilməməsi səbəbindən bir müddət sonra həmin adamı öldürür və türk geyimini geyərək atla Don çayına doğru qaçır. Don çayının yaxınlığında yerləşən Çar Rusiyasına məxsus bir qalada bir müddət gizləndikdən sonra buradan Lexistana və daha sonra isə Şimali Afrikaya qaçmışdır. Səyyah sadəcə 1604-cü ildə vətəni olan İngiltərəyə qayıda bilmişdir.

Həyatının gənclik dövründə başına gəlmiş hadisələri öyrənmək üçün yeganə mənbə şəxsin özü tərəfindən səfərlərində yazmış olduğu gündəlikləridir. Con Smitin başına gəlmiş bu hadisələrin nə qədər real olub-olmaması hər zaman tarixçilər tərəfindən müzakirə olunmuşdur və bununla bağlı formalaşmış əsas fikirlərdən biri səyyahın bəzi məsələlərdə həddindən artıq şişirtməyə yol verməsidir. Con Smit 1608 və 1609-cu illərdə Şimali Amerikaya səfərlər etmiş və burada salınmış ingilis koloniyalarında fəaliyyət göstərmişdir.

Yerli hindu əhali barədə olan fikirləri, hindu qəbilə başçıları ilə bağlı yazmış olduğu məktublar Amerika folklor ədəbiyyatının maraqlı nümunələrindən hesab olunur. Özünü Virciniya ərazisində yaradılmış bir koloniyanın başçısı kimi təqdim edən Smitin tarixdə öz rolunu şişirtmək kimi bir xasiyyətinin olduğu məlumdur. Səyyah 1631-ci ilin 21 iyun tarixində İngiltərənin mərkəzi London şəhərində vəfat etmişdir.

  • Charles Dudley Warner: Captain John Smith, 1881, Captain John Smith, Gutenberg Layihəsi
  • Philip L. Barbour: The Three Worlds of Captain John Smith. Houghton Mifflin, Boston 1964
  • Dorothy Hoobler, Thomas Hoobler: Captain John Smith: Jamestown and the Birth of the American Dream. John Wiley & Sons, Hoboken (New Jersey) 2006