Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-cu yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Selkit
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Seolit
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. == Kimyəvi tərkibi == Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Slint
Slint - Brian McMahan (gitara və vokal) David Pajo (gitara) Britt Walford (baraban və vokal) Todd Brashear (Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Split
Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitskо-Dаlmаtinskаya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir. Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir. == Tarixi == Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur.
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3-dür. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
İllit
Hidromikalar - minerallar, H3O, OH, H2O ilə zənginləşmiş mikalar: hidrobiotit, hidromuskovit, hidrofloqopit, illit. Hidromikalar tərkib və xassələrinə görə biotit, muskovit və vermikulitin arasında aralıq mövqe tutur. Vermikulitə nisbətən daha yaxşı köpürlər. Gillərin adi komponentləri, dəniz və kontinental çöküntülərin terrigen və autigen minerallarıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Alois
Alois — ad. Alois Hitler — Avstriyalı bir məmur Alois Andritski Alois Musil — çex kəşfçisi, şərqşünası, bibliya alimi, səyyahı, etnoqrafı, yazıçısı və katolik keşişi. Alois Altsheymer Alois Leksa von Erental — Avstriya-Macarıstan siyasi xadimi və diplomatı.
Aleksandar Solic
Aleksandar Şoliç (29 yanvar 1983 və ya 9 yanvar 1983, Riyeka) — peşəkar karyerasını bitirmiş Xorvatiya futbolçusu, son olaraq "Opatiya" klubunda çıxış etmişdir. == Karyerası == 2007-ci ilin may ayında Bosniya və Herseqovina millisinə dəvət alsa da heç biri oyunda iştirak etmədi. 2009-2010 mövsümündə Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilmişdir.
Alois Altsheymer
Aloysis Altsheymer (həmçinin Alois Altsheymer kimi tanınır;/ˈɑːltshaɪmər, ˈælts-, ˈɔːlts-/ alman: [ˈaːlɔɪs ˈaltshaɪmɐ]; 14 iyun 1864[…], Marktbrayt[d], Bavariya Krallığı – 19 dekabr 1915[…], Vrotslav, Prussiya) — Alman psixiatr və nevropatoloqu, Emil Krepelinin həmkarı. Altsheymer ilk olaraq nəşr olunan, Emil Krepelinin sonradan Altsheymer xəstəliyi olduğu təyin etdiyi"birincili demensiya"(beyin xəstəliyi və ya zədə nəticəsində meydana gələn və yaddaş pozğunluqları, şəxsiyyət dəyişiklikləri və dəyərsizləşmə səbəbləri ilə qeyd olunan zehni proseslərin xroniki və ya davamlı bir pozğunluğu.) hadisəsini müəyyən edir. == Erkən həyatı və təhsili == Alois Altseymer 14 iyun 1864-cü ildə Bavariyanın Marktbrayt şəhərində anadan olmuş, Anna Cohanna Barbara Sabina və Eduard Roman Altsheymerin oğlu idi. Atası, ailəsinin doğma şəhərindəki notarius idarəsində xidmət göstərirdi. Altsheymerlər, Alois hələ gənc olduqda, uşaqlarına Kral Humanitar Gimnaziyasındaa təhsil almaq imkanını vermək üçün Aşaffenburqa köçdülər. 1883-cü ildə Abitur lisey diplomunu aldıqdan sonra,Vürtsburq Universiteti,Berlin Humboldt Universiteti,Tübingen Universitetlərində tibb təhsili aldı. Universitetdəki son ilində qılıncoynatma üzrə tələbə qardaşlıq korporasiyasının üzvü idi və hətta çıxarkən sülhü pozduğu üçün komandası ilə birlikdə cəza da almışdı. 1887-ci ildə Alois Altsheymer Vürtsburq Universitetini tibb doktoru dərəcəsi ilə bitirdi. == Karyerası == Növbəti il, Frankfurt-Mayn şəhərindəki Städtische Anstalt für Irre və Epileptische (Lunatizm və Epilepsiya üçün sığınacaq) ruhi sığınacağında özünə ofis almamışdan əvvəl, əqli xəstə qadınlara kömək üçün beş ay sərf etdi. Qeyd edilən psixiatr Emil Sioli sığınacağın dekanı idi.
Alois Hitler
Alois Hitler (doğum adı: Alois Yohann Şiklqruber; alm. Alois Johann Schicklgruber‎; 7 iyun 1837 – 3 yanvar 1903, Lins, Sisleytaniya) — Avstriyalı bir məmur; alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin atasıdır. == Gənclik illəri == Alois Hitler 1837-ci ilin 7 iyun tarixində 42 yaşlı subay bir qadın olan Mariya Şiklqruberin oğlu olaraq Şiklqruber soyadı ilə dünyaya gəldi.Onun əsl atası isə anasınn xidmətçi işlədiyi evin sahibi, bir yəhudi bankir olan Leopold Frankenberqer idi. Döllersheim kilsəsində keçirilən vəftiz mərasiminin sonunda vəftiz kağızındakı ata adı hissəsi boş saxlanıldı və rahib kiçik oğlanı "qeyri-qanuni" övlad olaraq elan etdi. Mərasimin ardından anası ilə birlikdə atası Yohann Şiklqruberin evində yaşadılar.Bir müddət sonra Yohann Georg Hiedler Şiklqruber ailəsinin evinə köçdü. Alois 5 yaşında ikən anası Yohann Georq Hiedler ilə evləndi. Ardından bir müddət ögey əmisinin kənd evində yaşayan Alois burada çəkməçilik öyrəndi. 13 yaşında bu kənd evindən ayrılan Alois Vyanaya getdi. Bir müddət çəkməçi olaraq burada yaşayan Alois 1855-ci ildə Avstriya Maliyyə Nazirliyində gömrük işçisi olaraq işləməyə başladı. Alois Şiklqruber iş həyatında sürətlə yüksəldi.
Alоiz Zenefelder
Aloiz Zenefelder (1771–1843) — poliqrafiya sahəsində alman ixtiraçısı. Praqada ziyalı ailəsində doğulmuş, Münxendə ölmüşdür. Gənc yaşlarından mətbəə – çap prosesləri ilə maraqlanmış, ədəbi-bədii fəaliyyət göstərmiş, dram əsərləri də yazmışdır. 1796-cı ildə əhəng daşının kimyəvi emalı ilə əlaqədar hündür çap formalarının hazırlanmasını müəyyənləşdirmiş, 1798-ci ildə litoqrafiyanı kəşf etmişdir. Sonralar Zenefelder litoqrafiya çap maşınının konstruksiyasını hazırlamışdır. 1818-ci ildə çapdan buraxdığı "Litoqrafiyaya dair tam rəhbərlik" əsəri geniş yayılmışdır. == İstinadlar == == Mənbə == Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi.
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
Bananlı split
Bananlı split (ing. banana split)-Amerikan mətbəxinin tipik deserti. Dondurmadan hazırlanır. == Haqqında == Klassik bananlı split təmizlənmiş bananlardan ibarətdir ki, onun üzərinə vanilli, çiyələkli, şokoladlı dondurmalar qoyulur və onu ananas, çiyələk və şokoladlı siroplar əlavə edilir. Daha sonra şirin desertin üzərinə çərəzlər əlavə edilir, qaymaq və albalı əlavə edilir.
Bernhard Klodt
Bernhard Klodt (26 oktyabr 1926, Helzenkirxen, Prussiya[d] – 23 may 1996, Qarmiş-Partenkirhen, Bavariya) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. == Futbolçu karyerası == Klub karyerası boyunca Klodt əsasən "Şalke 04"-də oynamışdır. 17 yanvar 1943-cü ildə 16 yaşında 6–2 qələbə hesabı ilə bitən "Vestfaliya Herne" klubu ilə oyunda əsas heyətdə debüt etdi və qol müəllifi oldu. Klodt karyerasını 1963-cü ildə Bundesliqanın başlaması ilə 36 yaşında başa vurdu. Son oyununda, "Şalke"nin 18 iyun 1963-cü ildə Bolqarıstan millisinə 1-0 hesabı ilə qalib gəldiyi tək qolu vurdu. O, Oberliqa Vest çempionatında 330 oyuna 129 qol vurmağı bacarmışdır. 1950-1959-cu illər arasında Klodt 19 dəfə Almaniya milli futbol komandasının formasıyla meydana çıxdı və üç qol vurdu. O, 1954 FİFA Dünya Kubokunu qazana heyətin üzvü idi və 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir. 1954 Dünya Kuboku zamanı Klodt Helmut Ran əvəzinə sağ kənar mövqede oynayırdı. O, Türkiyəyə qarşı hər iki oyunda iştirak etdi.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.