Aloiz Zenefelder (1771–1843) — poliqrafiya sahəsində alman ixtiraçısı.
Alоiz Zenefelder | |
---|---|
alm. Alois Senefelder | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | ixtiraçı, litoqraf, dramaturq, aktyor |
Fəaliyyət illəri | 1786–1834 |
Vikianbarda əlaqəli mediafayllar |
Praqada ziyalı ailəsində doğulmuş, Münxendə ölmüşdür. Gənc yaşlarından mətbəə – çap prosesləri ilə maraqlanmış, ədəbi-bədii fəaliyyət göstərmiş, dram əsərləri də yazmışdır. 1796-cı ildə əhəng daşının kimyəvi emalı ilə əlaqədar hündür çap formalarının hazırlanmasını müəyyənləşdirmiş, 1798-ci ildə litoqrafiyanı kəşf etmişdir. Sonralar Zenefelder litoqrafiya çap maşınının konstruksiyasını hazırlamışdır. 1818-ci ildə çapdan buraxdığı "Litoqrafiyaya dair tam rəhbərlik" əsəri geniş yayılmışdır.