Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinovac
CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir. Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi. Braziliyada bir nəfər könüllünün intihar etməsindən sonra noyabrın 10-da III mərhələ sınaqlarını qısa müddətə dayandırdı və daha sonra noyabrın 11-də bərpa etdi.. Dekabrın 3-də Braziliyaya bir milyondan çox doza CoronaVac gətirildi. Dekabrın 6-da isə İndoneziya 1,2 milyon doza CoronaVac-ın ilk partiyasını aldı.. Dekabrın 13-də da Butantan İnstitutu III mərhələ sınaqlarında təsdiqlənmiş COVID-19-a yoluxmuşların sayının 170-ə çatdığını və bu ilkin analiz üçün tələb olunan 151 hadisəni aşdığını və tam peyvəndləşmənin başlaması üçün sənədlərin həm ANVISA-ya, həm də Milli Tibbi Məhsullar İdarəsinə 23 dekabr tarixinə qədər təqdim ediləcəyini açıqladı. CoronaVac vaksini inaktiv peyvənddir. Belə ki, onun kimyəvi tərkibi genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. 2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.
Sövhac
Sövhac (ərəb. سوهاج‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 132.649 nəfərdir (2006).
Sohar
Sohar (ərəb. صحار‎ing. Sohar) Oman Sultanlığının paytaxtı Maskat şəhərindən başqa ən inkişaf etmiş şəhərdi. Maskat şəhərinin şimalında yerləşən Sohar şəhəri ölkənin ən qədim paytaxtlarından birisi və Sindibadın doğulduğu inanılan şəhərdir. Qədim bir dənizcilik tarixi və tarixi bir balıkçı qəsəbəsi olmaqla yanaşı daha çox Sohar Sənayi limanında tikilməsindən sonra yaranan və inkişaf edən sənayesi ilə məşhurdur. 2010-cu ilin siyahıya alınmasına görə şəhərin əhalisi 140.006 nəfərdir. Buna görə Oman Sultanlığının 5-ci ən böyük əhaliyə malik şəhəri sayılır. == Sənaye == Sohar şəhəri bir çox yerli və xarici investorların və işadamlarının diqqət mərkəzinə çevrilmiş şəhərə böyük miqdarda investisiya qoyulmuşdur.Bu investisiya sayəsində 2002-ci ildə Sohar Limanının ətrafında Sohar Sənaye Ərazisində yaranan bir neçə investisiya layihələri ilə sənaye inkişaf etmiş, iqtisadiat yüksəlmişdir. həmçinin Hörmüz boğazına yaxınlığı ilə əlaqəli stratejik bir dəyərə də malikdir. Liman Sohar Sənaye Limanı Şirkəti (SIPC) tərəfində beynəlxalq bir liman kimi idarə olunur.Sohar Sənaye Limanı 12 milyard dollardan çox mövcud olan investisiya ilə dünyanın ən böyük liman inkişaf layihələri arasında yerini tapır.
Şohaçi İşi
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. == Həyatı == Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
Şohaçi İşii

Masahiko İnoha
Masahiko İnoha (d. 25 avqust 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 1 qol vurub.
Mohaç döyüşü
Moxaç döyüşü (türk. Mohaç Meydan Muharebesi, mac. Mohácsi csata) — 1526-cı ilin 29 avqust tarixində Osmanlı imperiyası və Macarıstan krallığı arasında Macarıstan ərazisində yerləşən Moxaç ovasında baş vermiş döyüş. Moxaç döyüşü nəticəsində Macarıstan ərazisinin böyük bir qismi Osmanlı imperiyasının nəzarəti altına keçmişdir. Döyüşdə Osmanlı ordusu səhra toplarından geniş şəkildə istifadə etmişdir. Sultan Süleyman Qanuninin əmri ilə qısa zamanda hazırlanan toplar macarların ağır suvari birliklərini sıradan çıxartmağa hesablanmışdı. Macarlar şiddətli top atəşini gözləmdiklərindən bir çox birlik açıq əraziyə çıxmış və böyük bir qismi ağır geyimli suvarilərindən təşkil olunmuş dəstələr 2 saat davam edən döyüşün sonunda məhv olmuşdur. Osmanlı imperiyasının bu döyüşdə düşməninə nisbətən az sayda döyüşçüsünü itirməsi və döyüşü ən qısa zamanda başa vurmasının əsas səbəbi səhra toplarından peşəkar formada istifadə olunması idi. Macarıstan krallığının kralı II Layoş döyüş meydanından qacarkən, bataqlıqda bataraq ölmüşdür. == Döyüşün səbəbləri == Döyüş Habsburqlarla münasibətlərini yaxşılaşdıran Macarıstan krallığının Osmanlı imperiyası tərəfindən təklif olunan şərtlərə əməl etməməsi və tabe olmaqdan imtina etməsindən sonra başlamışdır.
Sneha Ullal
Sneha Ullal (d. 18 dekabr 1987) — hind aktrisası. == Həyatı == 18 dekabr 1987-ci ildə Omanın paytaxtı Maskat şəhərində anadan olmuşdur. Əsas tamil, hind, teluqu, kannada dillində filmə çəkilir. Təhsilini Maskatda yerləşən hind məkəbində alıb. Mumbaya köçdükdən sonra Varkat kollecinə daxil olur. 2005-ci ildə Salman Xanla bir yerdə "Laki, sevgi üçün zaman yoxdur" filminə çəkilib. Subaydır.
Mohaç döyüşü (1526)
Moxaç döyüşü (türk. Mohaç Meydan Muharebesi, mac. Mohácsi csata) — 1526-cı ilin 29 avqust tarixində Osmanlı imperiyası və Macarıstan krallığı arasında Macarıstan ərazisində yerləşən Moxaç ovasında baş vermiş döyüş. Moxaç döyüşü nəticəsində Macarıstan ərazisinin böyük bir qismi Osmanlı imperiyasının nəzarəti altına keçmişdir. Döyüşdə Osmanlı ordusu səhra toplarından geniş şəkildə istifadə etmişdir. Sultan Süleyman Qanuninin əmri ilə qısa zamanda hazırlanan toplar macarların ağır suvari birliklərini sıradan çıxartmağa hesablanmışdı. Macarlar şiddətli top atəşini gözləmdiklərindən bir çox birlik açıq əraziyə çıxmış və böyük bir qismi ağır geyimli suvarilərindən təşkil olunmuş dəstələr 2 saat davam edən döyüşün sonunda məhv olmuşdur. Osmanlı imperiyasının bu döyüşdə düşməninə nisbətən az sayda döyüşçüsünü itirməsi və döyüşü ən qısa zamanda başa vurmasının əsas səbəbi səhra toplarından peşəkar formada istifadə olunması idi. Macarıstan krallığının kralı II Layoş döyüş meydanından qacarkən, bataqlıqda bataraq ölmüşdür. == Döyüşün səbəbləri == Döyüş Habsburqlarla münasibətlərini yaxşılaşdıran Macarıstan krallığının Osmanlı imperiyası tərəfindən təklif olunan şərtlərə əməl etməməsi və tabe olmaqdan imtina etməsindən sonra başlamışdır.
Mohaç döyüşü (1687)
Moxaç döyüşü ya da İkinci Moxaç Döyüşü (türk. Mohaç Meydan Muharebesi) — 12 avqust 1687-ci ildə Habsburqlar və Osmanlılar Moxaç düzündə yenidən üz-üzə gəldilər. Bu döyüş 1526-cı ildə Osmanlının qələbəsi ilə nəticələnən ilk Moxaç döyüşünün qisasını almaq istəyən Habsburqlar üçün dönüş nöqtəsi oldu. Polşa kralı III Yan Sobieskinin komandanlığı altında Polşa qoşunları da Müqəddəs Roma İmperatoru I Leopoldun rəhbərlik etdiyi Habsburq ordusuna dəstək verirdilər. Təkirdağlı Mustafa Paşa və Sarı Süleyman Paşanın başçılıq etdiyi Osmanlı ordusu Habsburqların hərtərəfli hücumunu dəf edə bilmədi. Nəticədə Osmanlı imperiyası böyük məğlubiyyətə uğradı. Bu fəlakət onun Avropadakı siyasi və hərbi üstünlüyünün sona çatmasına başladı. Osmanlı torpaqlarının bir hissəsi Habsburqlar tərəfindən tutuldu və Müqəddəs Roma İmperiyasının qüdrəti artdı.
Satomura Şoha
Satomura Coha (里村紹巴, 1525, Nara[d] – 2 iyun 1602) və ya Satomura Şoha – Yaponiya şairi. XVI əsrin əsas renqa şairlərindən biri hesab olunur. Əsl soyadı Matsumura olsa da, 1552-ci ildə müəllimi Satomura Şokyunun ölümündən sonra soyadını dəyişmişdir. Bəzi mənbələrdə 1527-ci ildə doğulduğu qeyd olunur. == Yaradıcılığı == Coha 12 yaşında Nara şəhərindəki Kofuku məbədinin şagirdi olmuş və qısa müddətdən sonra renqa janrını öyrənməyə başlamışdır. 1545-ci ildə keşiş olmuş, Coha adını götürmüş və 1544-cü ildə renqa ustası Şukeyi Kiotoya qədər müşayiət etmişdir. Burada bir çox renqa məclisində iştirak etmiş, keçmiş saray əyanlarının başçılığı altında klassik poeziyanı və "Gencinin hekayəsi" romanını öyrənmişdir. Şukeyin ölümündən sonra Şokyunun şagirdi olmuşdur. Şokyunun ölümündən sonra onun oğlu və varisi Şoşitsunun təhsilini öz üzərinə götürmüş və onu böyütmüşdür. Bu dövrdən sonra Coha ölkənin ən qabaqcıl renqa şairi kimi tanınmışdır.