Sohar (ərəb. صحارing. Sohar) Oman Sultanlığının paytaxtı Maskat şəhərindən başqa ən inkişaf etmiş şəhərdi. Maskat şəhərinin şimalında yerləşən Sohar şəhəri ölkənin ən qədim paytaxtlarından birisi və Sindibadın doğulduğu inanılan şəhərdir.[2] Qədim bir dənizcilik tarixi və tarixi bir balıkçı qəsəbəsi olmaqla yanaşı daha çox Sohar Sənayi limanında tikilməsindən sonra yaranan və inkişaf edən sənayesi ilə məşhurdur.
Şəhər | |
Sohar | |
---|---|
ərəb. صحار | |
24°20′31″ şm. e. 56°43′47″ ş. u. | |
Ölkə | Oman |
Bölgə | Əl Batinah (الباطنة) |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 4 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 140.006 nəfər (2010) |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu ilin siyahıya alınmasına görə şəhərin əhalisi 140.006 nəfərdir. Buna görə Oman Sultanlığının 5-ci ən böyük əhaliyə malik şəhəri sayılır.[3]
Sohar şəhəri bir çox yerli və xarici investorların və işadamlarının diqqət mərkəzinə çevrilmiş şəhərə böyük miqdarda investisiya qoyulmuşdur.Bu investisiya sayəsində 2002-ci ildə Sohar Limanının ətrafında Sohar Sənaye Ərazisində yaranan bir neçə investisiya layihələri ilə sənaye inkişaf etmiş, iqtisadiat yüksəlmişdir. həmçinin Hörmüz boğazına yaxınlığı ilə əlaqəli stratejik bir dəyərə də malikdir.
Liman Sohar Sənaye Limanı Şirkəti (SIPC) tərəfində beynəlxalq bir liman kimi idarə olunur.Sohar Sənaye Limanı 12 milyard dollardan çox mövcud olan investisiya ilə dünyanın ən böyük liman inkişaf layihələri arasında yerini tapır.
Oman hökuməti Sohar şəhərinə xüsusi bir dəyər verir və 2020-ildə Oman Sənayesinin İnkişaf planına əsasən Sohar şəhərinə böyük investisiya qoyulur. Oman hökumətinin əsas məqsədi Sohar şəhərini bu bölgənin əsas sənaye mərkəzi etmək və sənaye istehsalında qeyri-neft sektorunu yaratmaqdır. Oman hökuməti qeyri-neft sektorunu yaratmaq üçün Sohar Sənaye Ərazisində bir neçə investisiya layihələri başlatmışdır. Sohar Sənaye Ərazisində dəmir istehsalının inkişafı üçün Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının dəstəyi ilə 5 milyard dollardan çox investisiya qoyulması bunlardan biridir.
Sohar Sənaye Ərazisində dəmirdən başqa alüminium sənayesi də vardır. Sohar Alüminium Şirkəti 2004-cü ildə qurulmuşdur və Omanın qeyri-neft sektorunun əsas yerini tutur.
Sohar şəhərində 4 ali təhsil verən məktəb vardır:
Sohar şəhərində təhsil verən beynəlxalq məktəblərdən bir neçəsi:
Sohar şəhərində iki böyük park vardır. Onlardan biri El Humbarda yerləşən Sohar parkı, digəri isə Sallanda yerləşən Gümüş Jübile parkıdır.