Satomura Şoha

Satomura Coha (里村紹巴?, 1525, Nara[d]2 iyun 1602) və ya Satomura ŞohaYaponiya şairi.[1] XVI əsrin əsas renqa şairlərindən biri hesab olunur.[1] Əsl soyadı Matsumura olsa da, 1552-ci ildə müəllimi Satomura Şokyunun ölümündən sonra soyadını dəyişmişdir.[1] Bəzi mənbələrdə 1527-ci ildə doğulduğu qeyd olunur.[1]

Satomura Coha
Doğum tarixi 1525
Doğum yeri
Vəfat tarixi 2 iyun 1602(1602-06-02)
Vətəndaşlığı
Fəaliyyəti şair

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Coha 12 yaşında Nara şəhərindəki Kofuku məbədinin şagirdi olmuş və qısa müddətdən sonra renqa janrını öyrənməyə başlamışdır.[1] 1545-ci ildə keşiş olmuş, Coha adını götürmüş və 1544-cü ildə renqa ustası Şukeyi Kiotoya qədər müşayiət etmişdir.[1] Burada bir çox renqa məclisində iştirak etmiş, keçmiş saray əyanlarının başçılığı altında klassik poeziyanı və "Gencinin hekayəsi" romanını öyrənmişdir.[1] Şukeyin ölümündən sonra Şokyunun şagirdi olmuşdur.[1] Şokyunun ölümündən sonra onun oğlu və varisi Şoşitsunun təhsilini öz üzərinə götürmüş və onu böyütmüşdür.[1]

Bu dövrdən sonra Coha ölkənin ən qabaqcıl renqa şairi kimi tanınmışdır.[1] XVI əsrin ikinci yarısında Yaponiya vəziyyət qeyri-sabit və müharibələrlə keçən dövr olduğu üçün Coha çətinliklərlə üzləşmişdir.[1] Tanınmış şəxs olduğu üçün əsərləri nəzarət altında olunmuş, hətta bəzi renqaları alleqoriya kimi dəyərləndirilmişdir.[1] Toyotomi Hidetsuqunun atası Toyotomi Hideyoşiya qarşı təşkil etdiyi çevriliş cəhdində iştirak etməklə şübhələnildiyi üçün bir müddət ev həbsində olmuşdur.[1]

Coha renqa haqqında bir neçə məlumat kitabçasının və tənqidi əsərin müəllifi olmuşdur.[1] Ən vacib əsəri 1585-ci ildə yazdığı "Renqa xəzinələri"[a] əsəridir.[1] Onun tənqidi baxışları və ideallar dövr üçün əhəmiyyətli və orijinal idi.[1] O, renqanın 50-100 bəndlə yazılmasının vahid ədəbi struktur kimi qəbul edilməsini müdafiə etmişdir.[1]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Orijinal adı "Renqa şiho şo".

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 27. ISBN 0-87011-627-4. İstifadə tarixi: 5 avqust 2022.