Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi.
Şohaçi İşii | ||||||||
---|---|---|---|---|---|---|---|---|
yap. 石井 庄八 | ||||||||
Şəxsi məlumatlar | ||||||||
Vətəndaşlığı | Yaponiya | |||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | Tokio, Yaponiya | |||||||
Vəfat tarixi | (53 yaşında) | |||||||
Təhsili |
|
|||||||
İdman növü | Sərbəst güləş | |||||||
Ağırlıq dərəcəsi | 57 kq | |||||||
Medallar
|
||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub.
O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu[1] məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub.
4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.[2]