Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Snuker
Snuker (snooker), əsasən İngiltərədə populyar olan bilyard növü. 22 bilyard şarı'nın olduqu stolda 1 açılış və əsas şar olan Ağ, 15 qırmızı və 6 digər rəng (Sarı, Yaşıl, Qəhvəyi, Göy, Çəhrayı, Qara) şar mövcuddur. Oyunda məqsəd oyunun qaydalarına uyğun şəkildə şarları dəliklərə göndərərək xal qazanmaqdan və hədəf şarları, rəqibin qaydalara uyğun olaraq digər şarlara toxundura bilməməsi üçün gizlədərək xal toplamaqdan ibarətdir. Oyunun sonunda xal tablosuna baxılır və qalib müəyyən olunur. == Tarixi == Snuker oyunu 19-cu əsr'in ikinci yarısı oynanılmaqa başlanmışdır. O zamanlarda bilyard Hindistan'da olan Britaniya ordusunda populyar idi. Snukerə bənzəyən Blek Pool oyununda dəyişikliklər ideyasını təklif edən Britaniya Ordusu zabiti, polkovnik Neville Francis Fitzgerald Chamberlain oldu. Beləliklə 15 qırmızı topa Sarı, Yaşıl, Çəhrayı və Qara rəng əlavə olundu. Digər iki rəng isə sonradan əlavə edildi. 1885-ci ildə Britaniya bilyard çempionu Con Roberts Hindistan'a gəldi və Polkovnik Chamberlain ilə tanış oldu.
Melvil Reymond Şunker
Melvil Reymond Şunker (1925, Britaniya Hindistanı – 4 yanvar 2021, Qoa) — Hindistan donanmasının vitse-admiralı, Hindistan Hərbi Dəniz Qüvvələri komandirinin sabiq 6-cı müavini. == Həyatı və hərbi xidməti == Hindistan Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Melvil Reymond Şunker 1925-ci ildə Hindistanda anadan olmuşdur. O, 1943-cü ildə əsgər kimi müstəmləkə Hindistanın Hərbi Dənizçilik Könüllüləri Ehtiyatına qatıldı və burada hərbi xidmətinə başladı. Yardımçı patrul gəmilərinin yanında mina gəmilərində də xidmət etdi. İkinci Dünya müharibəsindən sonra Hindistan Kral Donanmasında daimi komissiyaya üzv seçildi. 1956-cı ildə Şunker bir çox gəminin, o cümlədən, Liverpulda istismara verilən "Maysor" gəmisinin kapitanı vəzifəsinə qədər yüksəldi. O, zabit kimi bu gəminin ekipajında oldu. Təxminən iki il gəmidə xidmət etdikdən sonra Koşində yerləşən Silahçılıq Məktəbinə göndərildi. Uzun topçuluq kursu ilk dəfə Hindistanda idi və Şunker burada kurs zabiti idi. Melvil Reymond 1960-cı ildə "Rana" gəmisinin komandiri vəzifəsinə gətirilir.
Sənubər
Yasəmən (lat. Syringa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir. == İstifadəsi == Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir.
Spiker
Parlamenrin spikeri (ing. Speaker, hərf. natiq) — bir palatalı parlamentin və ya çox palatalı parlamentin palatasının sədri. == Tarixi == Bu termin siyasi leksikonda geniş yayılmışdır, lakin rəsmi olaraq yalnız ingilisdilli dövlətlərdə və ölkələrdə istifadə olunur. Parlamentin spikeri vəzifəsi ilk dəfə 1377-ci ildə İcmalar Palatasında təqdim edildi, onun ilk sədri Tomas Hangerford (ing. Thomas Hungerford) oldu. Spikerin əsas funksiyalarına Parlament Palatasının iclaslarının təşkili (qaydalara əməl olunmasına nəzarət, ayrı-ayrı deputatlara söz vermək, səsvermənin nəticələrini elan etmək) və onun vəzifəli şəxslərinə rəhbərlik etmək daxildir. Bundan əlavə, spiker hakimiyyətin digər qolları ilə münasibətlərdə parlamentin nümayəndəsi kimi çıxış edir. Bəzi hallarda spiker parlamentin lideri sayılır və ona digər deputatlara verilməyən səlahiyyətlər və səlahiyyətlər verilir. O, görkəmli siyasi xadimdir və qanunvericilik prosesinin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bir sıra ştatlarda və ölkələrdə prezident vəzifəsində vakant yer yarandığı halda, bir və ya bir neçə palatanın spikeri eyni anda prezidentin səlahiyyətlərini icra edən təyin edilir.
Duker
Duker (lat. Cephalophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Nökər
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Nükur
Nükur (fr. Nucourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 779 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 22 km şimal-qərbdə yerləşir.
Sukre
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Süzər
Süzər (lat. Certhia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinə aid heyvan cinsi.
Bram Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Brem Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Brüs Şnayer
Brüs Şnayer (ing. Bruce Schneier; 15 yanvar 1963, Nyu-York, Nyu-York ştatı) — amerikalı kriptoqraf, kompüter təhlükəsizlik mütəxəssisi, məxfilik mütəxəssisi və yazıçıdır. Ümumi təhlükəsizlik, kompüter təhlükəsizliyi və kriptoqrafiya mövzusunda bir neçə kitabın müəllifidir.
Fedde Skurer
Fedde Skurer (d. 25 iyul 1898, Draxten – ö. 19 mart 1968, Herenven) — Niderlandlı yazıçı, jurnalist və siyasətçi. == Həyatı == İkinci dünya müharibəsi zamanı Amsterdamda, Hollandiya müqavimət hərəkatında iştirak etmişdir. O, 1935-1936-cı illərdə Şimali Hollandiyada bir il müddətində əyalət məclisinin üzvü vəzifəsində çalışıb. Müharibədən sonra o Frislandda qayıdır və jurnalistlik fəaliyyəti ilə məşğul olmağa başlayır. Frieslanddan olan əksər insanlar kimi, onun da ana dili friz dili idi..
Karl Pauker
Karl Pauker( rus. Карл Викторович Паукер;12 yanvar 1893 və ya yanvar 1893, Lvov, Sisleytaniya – 14 avqust 1937, Moskva) — Sovet xüsusi xidmət orqanlarının icra məmuru; İosif Stalinin təhlükəsizliyinin rəhbəri. 2-ci dərəcəli dövlət təhlükəsizlik komissarı (1935). Kütləvi repressiyaların təşkilatçısı. == Həyatı və təhsili == === Erkən illəri. I Dünya Müharibəsi. Əsirlik həyatı. === 1893-cü ilin yanvarında Lembergdə bərbər Benjamin Pauker ailəsində olduqca kasıb bir anadan olub. Yəhudi. İbtidai ev təhsili aldı.
Sauber F1
Sauber Motorsport — 1970-ci ildə Peter Sauber tərəfindən əsası qoyulan, idman avtomobillərinin istehsalı ilə məşğul olan İsveçrə kompaniyası və yarış komandası. Komandanın yarışlarda ən yaxşı nəticəsi 2012-ci ildə Serxio Perezin iki ikinci yeri (İtaliya və Malayziya) qazanması, və ilk cərgədən Jan Alezinin (A-1 Rinq, 1998) və Kamui Kobayaşinin (Spa, 2012) göstəriciləridir.
Sauber Motorsport
Sauber Motorsport — 1970-ci ildə Peter Sauber tərəfindən əsası qoyulan, idman avtomobillərinin istehsalı ilə məşğul olan İsveçrə kompaniyası və yarış komandası. Komandanın yarışlarda ən yaxşı nəticəsi 2012-ci ildə Serxio Perezin iki ikinci yeri (İtaliya və Malayziya) qazanması, və ilk cərgədən Jan Alezinin (A-1 Rinq, 1998) və Kamui Kobayaşinin (Spa, 2012) göstəriciləridir.
Süngər kek
Süngər kek — Süngər keksi yumurta ağı, un və şəkərdən hazırlanan, bəzən qabartma tozu ilə mayalanmış yüngül kekdir.
Sənubər Abdullayeva
Sənubər Abdullayeva (tam adı:Sənubər Əlövsət qızı Abdullayeva; 20 may 1951, Şamaxı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru, professor. == Həyatı və təhsili == Sənubər Abddullayeva 1951-ci il mayın 20-də Azərbaycan Respublikasının Şamaxı şəhərində anadan olmuşdur. 1957-1968-ci illərdə Bakıdakı 7 saylı orta məktəbdə oxumuş və həmin məktəbi gümüş medalla bitirmişdir. 1968-1973-cü illərdə S.M.Kirov alına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsində təhsil almış, filoloq-tərcüməçi, fars və Azərbaycan dili müəllimi ixtisasına yiyələnmişdir . === Ailəsi === Ailəlidir, üç övlad anasıdır. Azərbaycanın görkəmli dilçi alimi, professor Əlövsət Abdullayevin qızıdır. == Fəaliyyəti == == Elmi və pedaqoji fəaliyyəti == Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aspirantı (1973-1977) olmuşdur. 1979-cu ildə «Müasir Azərbaycan dilində adverbiallaşma» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı (1990-1993) olmuşdur. 2007-ci ildə «Azərbaycan nağıl və dastanlarının dili» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi adına layiq görülmüşdür.
Sənubər Eyyubova
Sənubər Eyyubova — Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru. == Həyatı və təhsili == 1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində anadan olub. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir və 1924-cü ildə Sənubər daha 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirir. == Fəaliyyəti == İnstitutu bitirdikdən sonra onu təyinatla Qubaya göndərirlər. Sənubər Əyyubova burada dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edir. Seminariyanı bitirən qızlar ölkənin müxtəlif yerlərinə müəllim işləməyə göndərilirdilər. Sənubər xanımın səyi ilə Qubada qadınlar klubu da açılır. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdı Bakıya gəlir. Burada isə maarif komissarlığında şöbə müdiri olur. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir.
Sənubər Kərimova
Sənubər Kərimova (13 yanvar 1935, Naxçıvan MSSR) — Naxçıvan MSSR Ali Sovetinin 10–11-ci çağırış deputat, NMR Sosial Təminat naziri. == Həyatı == Kərimova Sənubər Ağa qızı doğum tarixi 13.01.1935 Naxçıvan şəhəri. 1959-cu ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. 1965–1975 illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri. 1975–1976 illərdə redaktor müavini və 1976–1985 illərdə redaktor. 1976–1985 illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi və Naxçıvan vilayət təşkilatının sədri olmuşdur. 1980-ci ildən etibarən "Şərq qapısı" qəzetinin bazasında yaradılan böyük formatlı, gündəlik rus və Azərbaycan dillərində nəşr edilən "Sovet Naxçıvanı" – "Советская Нахичевань" qəzetlərinin baş redaktoru olmuşdur. 1985–1993 S. Kərimova Naxçıvan MSSR Sosial Təminat naziri, həmin nazirlik ləğv olunduqdan sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin birinci müavini vəzifəsini daşımışdır. 1993–2000 illərdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1975–1990 illərdə Naxçıvan Muxtar Respublikası qadınlar şurasının sədri olmuşdur.
Sənubər İsgəndərli
Sənubər Sabir qızı İsgəndərli (25 oktyabr 1960, Bakı) — Azərbaycan teatr və kino aktrisası, müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Prezident mükafatçısı. == Həyatı == Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.Bir qızı,iki nəvəsi var. Sənubər İsgəndərova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olaraq Həlimə xanım ("Qətl günü" Y. Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı" R. Əlizadə), Leyli ("Leyli və Məcnun" M. Füzuli), Fərizə ("Şəhidlər" R. Səməndər), Bahar ("Kimdir müqəssir" Ə.Haqverdiyev), Tomris ("Yeddi məhbusə" Ə. Əmirli), Müğəni qız ("Laləli düzən" R. Əlizadə), Qonaq ("Qurbanəli bəy" C. Məmmədquluzadə), Yelena ("Yay gecəsində yuxu")V.Şekspir,Qız(S.Stratiyev "Çarəsiz sərnişinlər")Aqrippina(Xubai"Neron oynayır")tamaşası və s. rollarını oynayıb. 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov),Molli ("Siçan tələsi" A.Kristi), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı),Nora ("Oyuncaq ev" H.İbsen), Falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Yaşli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay) Sveta("Sinif yoldaşları"Y.Polyakov)LalByuz(C.Məmmədquluzade "Dəli yığıncağı"), Həcər ("Dantenin yubileyi" Anar) rollarını oynayıb. Sənubər İsgəndərova "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), "Şirin çay"(Aktrisa),"Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər)"Fatehlərin divani"(OlcayTürkan Xatun) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun"( Leylinin anası),"Hökmdarın Taleyi" (Tubu xatun) filmlərinə çəkilib. Xəzər TV-də yayımlanan "Qayınana" serialında Afət xanım, "Ataocağı" serialında Zəminə rolunu ifa etmişdir. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.