Əyalətlər və dövlətlər
Əhali
Əlyazmalar
Dillər
Mifologiya
|
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar.
Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir. Hal-hazırda bu ərazinin böyük hissəsi İraq dövlətinin, şimalda az bir hissə isə Türkiyənin tərkibinə daxildir. Qədim zamanlarda isə burada Şumer, Akkad, Babil kimi bir neçə dövlət mövcud olmuşdur. Daha sonra bu ərazilər Assuriya və İran imperiyalarının tərkibinə qatılmışdır.
Şumerlərin mənşəyi haqqında çeşidli fərziyyələr irəli sürülmüşdür[1]. Bəzi alimlər hesab edirdilər ki, bu xalq Orta Asiyadan Mesopotamiya ərazisinə gəlmişdir. Başqaları isə onların Qafqazdan, Hindistandan, hətta İndoneziyadan gəldiklərini iddia edirdilər. Ancaq onların Orta Asiyanın dağlıq ərazilərindən gəldikləri fərziyyəsi daha da məntiqli görünür. Buna dəlillərdən biri kimi, şumer tapınaqlarının (məbədlərinin) süni düzəldilmiş yüksəkliklərdə tikilməsini göstərirlər. Bu adət yalnız dağlarda yaşayan xalqların özəlliyidir.
Şumerlərin yazılı ədəbiyyatının bizim zamanəmizə qədər çatması səbəbindən, onların dili çağdaş araşdırmaçılara məlumdur. Ancaq bu dilin çağdaş xalqlardan hansının dilinə daha da çox bənzəməsi məsələsi hələ də mübahisə obyekti olaraq qalmaqdadır[2]. Onun sami dillərinə yaxın olması fərziyyələri öz təsdiqini tapmamışdır. Bu fikri dəstəkləyən alimlər tədqiqatlar zamanı sonda belə qərara qəlmişdilər ki, şumer dilinin hansısa başqa kökləri vardır. Bəzi alimlər onların dilinin hind-avropa dillərinə yaxın olduğunu iddia edir. Başqa alimlər şumer dilinin kadusi dilinə yaxın olması fikirini dəstəkləmişdilər və buna dair bəzi dəlillərlə çıxış etmişdilər. Buna dair dəlillərlə ilk dəfə XIX-cu yüzilliyin ortalarında məşhur ingilis şərqşünası Henri Kresvik Raulinson çıxış etmişdir. Doğrudan da, qədim şumer yazılarında bəzi sözlərin kadusilərin sözlərinə bənzəməsi faktı aşkarlanmışdı. Məsələn, tir (tiri), yüzü (yezu), eştu (ıştu), kir (kir), dingir (tıngir, ud (od), uzuk (usuk) gen (geni) və s.
Şumer və qədim türk dillərində ortaq sözlər (səs və məna baxımından) aşkar olunmuşdur.
İkiçayarasının cənubunda qədim əhali Şumerlər idi.Adətən İkiçayarasında Şumerlərdən əvvəl meydana gəlmiş mədəniyyətin yaradıcısıni Proto-Şumer( Erkən Şumerlər),yaxud Ubaydilər(Əl- Übeyd arxeoloji mədəniyyətinə əsasən) adlandırırlar. Şumerlər isə gəlmə xalq hesab edilir. Son Əl -Übeyd(e.ə IV minillik), Uruk(e.ə 3000–2800) və Cəmdət-Nəsr(e.ə 2800–2600) arxeoloji mədəniyyətləri ehtimala görə, şumerlər tərəfindən yaradılıb.Şumerdə – Eredu, Ur, Larsa, Uruk, Laqaş, Umma, Şuruppaq, İsin, Nippur və Kiş — kimi bir sıra böyük müstəqil şəhərlər olmuşdur. İlkin dövrlərdə onlar "en" adlanan ali kahin tərəfindən idarə olunurdu. Daha sonralar bütün Mesopotamyaya hakim olan hökmdar — "luqal" yarandı. Sonrakı dövrlərdə isə hər iki söz "hökmdar" mənasında işlənirdi, və bəzi şəhərləri luqal’lar, bəzilərini isə ensi’lər idarə edirdilər. Şəhər ərazisindəki torpaqların bir hissəsi sakinlərin, qalan hissəsi isə kahinlərin nəzərində olan məbədlərə məxsus olmuşdur.
Şumer şəhərləri arasında şiddətli münaqişələr və savaşlar baş verirdi. Bir-birinin ardınca, əvvəlcə Kiş, sonra Uruk, daha sonra isə Ur şəhərlərinin siyasi, iqtisadi və hərbi nüfuzu artmış, ancaq sonra onlar çökmüşdürlər. E.ə. XXVII-XXVIII-ci əsrlərdə Uruk şəhərinin hökmdarı Gilqameş güclənmişdir, və Şumerin böyük ərazisinə nəzarət edirdi. Təxminən yüz ildən sonra Laqaş şəhərinin hökmdarı Eannatum Şumer ərazisinin əksəriyyətini öz hakimiyyətinə tabe etmişdir.
Ancaq ardı arası kəsilməyən savaşlar və iç çəkişmələr şumerliləri zəyiflətmiş və sonda onlar Akkad dövləti tərəfindən işğal edilmişdir. Lakin bundan sonra da bəzi şumer şəhərləri müstəqil olmuşdurlar. Məsələn e.ə. XXII-ci yüzillikdə Laqaş və Ur şəhərəri yenə də böyük nüfuz qazanmışdır. Ancaq bundan sonra şumer mədəniyyəti və xalqı tarixdən silinib getti, əzəmətli şəhərləri isə xarabalıqlara çevrildi.
Ancaq onların bütün sahələrdə olan nailiyyətləri gələcək tarixə, dünya mədəniyyətinə və elminə böyük təsir göstərmişdir. Hesab olunur ki, şumerlərin əksəriyyəti akkadlarla qarışmış, onların dili də ortalıqdan çıxmışdır[3]. Şumerlərin fars mənşəli olduğunu iddia edən alimlər hesab edirlər ki, qonşu xalqlarla saysız hesabsız savaşlara dözməyərək, bu xalq yenidən körfəzə köçdü və dari millətləri onlardan yaranmışdırlar.
Sitat səhvi: <ref>
açılış teqi səhv formalaşdırılıb və ya adı etibarsızdır
Mədəniyyət
Bəzi alimlər hesab edirlər ki, ilk insanlar Mesopotamiyanın ərazisində təxminən e. ə. XXX-cu minillikdən yaşamağa başlamışdırlar. E.ə. VII–VI minilliklər ərzində Mesopotamiyada ibtidai icma quruluşunun dağılması prosesi başlanmışdı. E. ə. IV minillikdən başlayaraq, onun cənub hissəsində, yəni İran (Ərəb) körfəzi yaxinlığında, şumer xalqı məskunlaşmışdı. Onlar özlərini "Sag-Giq" adlandırırdılar. Bu xalqın dünyanın ən qədim inkişaf etmiş xalqı olması və yüksək mədəniyyət yarada bilməsi bilinməkdədir.
Arxeoloji qazıntılar zamanı bilinmişdir ki, şumer xalqı yüksək mədəniyyətə malik olan xalq olmuşdur. Onların çoxlu sayda savaşlar aparması haqqında bilgilərimiz vardır. Bu savaşlar zamanı onların əlinə çoxlu sayda hərbi əsir keçirdi. O dövrün qanunlarına uyğun olaraq, onlar kölə olurdular.
Kölələr çeşidli sahələrdə çalışırdılar və ən ağır işlərə də cəlb olunurdular. Beləliklə şumerlər ölkələrində quldarlıq cəmiyyəti qurmuşdular. Kölə əməyindən istifadə edərək, onlar böyük şəhərlər salmış, əzəmətli saraylar, suvarma sistemləri yaratmışdılar. Şumerlər inşaat işlərində qil kərpicdən, dəmir və bürünc alətlərdən istifadə edirdilər. Bundan başqa, şumer ustaları tökmə, lehimləmə, pərçimləmə sənətlərinə də yiyələnmişdilər; qızıl, gümüş və misdən zinət əşyaları düzəldirdilər. Şumerdə tacirlər zümrəsi və peşəkar ticarət sənəti də ilk dəfə meydana gəlmişdir və ticarət əməliyyatlarında artıq qümüş və mis hesablaşma ölçülərindən də istifadə edirdilər. Onlar həm də ticarəti xarici dövlətlərlə aparmışdılar. Bəşəriyyət tarixində burada ilk dəfə məhkəmə sistemi və təbabət yaradılmışdır.
Şumerlər astronomiya və riyaziyyat elmlərinin təməlini qoymuşdurlar və bu sahələrdə çox dəqiq hesablamalar aparmışdırlar.
Çoxtanrılı və bütpərəst idilər. Əvvəllər şumerlər şəhər-dövlətləri halında yaşayırdılar. Hər dövlətin hökmdarı və tanrısı (tanrıları) fərqli idi. Mətnlərdə tanrı siyahılarına rast gəlinir. Bu mətnlərə görə 4 əsas tanrı var, bunlar yaradıcı tanrılardır. Tanrılar insan formasında təsvir olunurdu, Tanrılar arasında insanlarda olduğu kimi iş bölgüsü aparılmışdı. Şumerlərdə qadın ilahların çoxluğu onlarda matriarxat quruluşu olmasının göstəricisi hesab olunur. Sonrakı dövrlərdə şumerlərdə qadın obrazının mövqeyi nisbətən zəifləmişdir. Məbədlərdə rəqqasələr, çalğıçılar fəaliyyət göstərirdi. Onların ən vacib işləri tanrıları əyləndirmək idi. Şumerlər tanrıların qəzəblənərək onları cəzalandırmalarından qorxurdular.
Ayrıca məqalədə verilmişdir:
Mosopatomiya xalqı Mesopotamia: Assyrians, Sumerians, Babylonians (Dictionaries of Civilizations; 1). Berkeley: University of California Press. ISBN 0-520-25266-7 (paperback).