Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mejen
Mejen — çayda suyun ən aşağı səviyyəsidir. Mejen isti və ya şaxtalı havada olur.
Teben
Teben (q.yun. Θῆβαι, Διὸς πόλις ἡ μεγάλη) — Yuxarı Misirin paytaxtının adı, Aralıq dənizinin Misir sahillərindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşən qədim şəhər. Şəhərin ilk adı ilkin adı No-Ammon olmuşdur. Teben eyni zamanda Yuxarı Misirin IV nomu Uasetin mərkəzi sayılırdı. XI sülalə dövründə bütün Misirin paytaxtına çevrilmişdir.
Teben nekropolu
Teben nekropolu (ərəb. مدينة طيبة الجنائزية‎‎) — Nil çayının qərb sahilində, Qədim Misirin Teben şəhərinin qarşısında nekropol. Bura birinci aralıq dövründən başlayaraq, xüsusilə Yeni padşahlıq dövründə ritual dəfnlər üçün istifadə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Teben nekropolu ilə əlaqəli mediafayllar var.
Teben triadası
Teben triadası — Qədim Misirdə Teben şəhərinin üç ən çox sitayiş olunan tanrısı: Amon, onun həyat yoldaşı Mut və oğulları Xonsu. Yeni padşahlığın XVIII və XX sülalələri triadanın çiçəklənmə dövrü hesab edilir. Bu tanrılar Karnak məbəd kompleksində əsas ibadət obyekti rolunu daşıyırdılar. Triadanın məbədləri və ziyarətgahları bütün Misirdə mövcuddur. Onlardan biri hətta Dəxlə vahəsinin yaxınlığında, Deyr əl-Həcərdədir. Karnak məbəd kompleksində monumental məbəd qapısını tikdirən və şərəfinə nəhəng heykəl ucaldılan firon I Amenhotep tez-tez bu tanrılar arasında təsvir edilmişdir. Hər il Tebendə bu triadanın şərəfinə Opet bayramı keçirilirdi.
Tecen çayı
Tecen çayı(fars. تجن‎ qədim İran dilində tačani- «axan qol», Herirudun orta və yuxarı axarı, dəri هریرود [harɛrʊd])— İran, Əfqanıstan və Türkmənistan ərazisindən axan çay. Uzunluğu — 1150 km.
Tekən (Baltas)
Tekən (başq. Текән, rus. Тыканово) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Şauyazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 29 km., kənd sovetliyindən (Şauyazı): 9 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 69 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (72 %), tatarlar (28 %) üstünlük təşkil edir.
Tijen Karaş
Tijen Karaş — Türk TV aparıcısı. 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsinin qəhrəmanlarından biri – qiyamçıların əsiri olan "TRT"-nin aparıcısı. O, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə, peşəkar səviyyədə oxuyaraq insanların diqqətini çəkib. == Həyatı == Tijen Karaş 1975-ci ildə Ankaranın Yenimahelle ilçəsində anadan olub. Hacettepe Universitetinin məzunudur. Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət "Kanal D"də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən Tijen 2000-ci ildə "TRT"-də "Yaşam ve Gençlik" adlı proqrama aparıcılıq edib. "TRT Avrasya", "TRT Int" və "TRT Türk"də müxtəlif verilişləri aparıb. Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra həmin anlar haqda Tijen Karaş belə deyib: "Qorxunc dəqiqələr yaşadıq. Karyeramın ən çətin dəqiqələrini yaşadım.
Təpən (Əbyəlil)
Təpən kəndi (başq. Тәпән) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravilov kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Təpən kəndinin milli tərkibi: başqırdlar 97 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 25 km., kənd sovetliyindən (İşkol): 3 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Ejen Buden
Ejen-Lui Buden (fr. Eugène-Louis Boudin; 12 iyul 1824[…], Onflör – 8 avqust 1898[…]) — fransız rəssamı, impressionizmin banisi. Bir müəllim olaraq Klod Mone, ona əhəmiyyətli təsir etdi. Budenin işi, müəllimlərinin - Barbizon məktəbinin nümayəndələri (Konstan Truayon, Mille, Koro və Teodor Russo) və onun davamçıları-İmpressionistlərin sənəti arasındakı əlaqədir. Barbizon məktəbi ilə əlaqəli idi. Bretan, Bordo, Hollandiya və Venesiyada çalışmışdır. == Bioqrafiya == Buden 12 iyul 1824-cü ildə Normandiyanın köhnə liman şəhəri olan Honflyorda anadan olmuşdur. Le Havre, daha sonra Parisdə məşhur dəniz rəssamı Ejen İzabedən rəssamlıq sənətini öyrənmişdir. Buden ömrünün çox hissəsini Fransanın şimalında keçirmişdir; Belçikaya, Hollandiyaya, İtaliyaya səyahət etmişdir. Rəssam xüsusi təhsil almadı.
Ejen Bürnuf
Ejen Bürnuf (12.8.1801, Paris – 28.5.1852, Paris) — fransız şərqşünası. == Həyatı == Xartiyalar məktəbində (1822) və Hüquq məktəbində (1823–24) təhsil almışdır. Kollej de Fransın professoru (1832) və Fransa İnstitutu Kitabələr Akademiyasının üzvüdür. == Fəaliyyəti == Pali dilinin elmi tədqiqinin əsasını qoymuş, buddizm problemləri ilə məşğul olmuş, Avesta ədəbiyyatı və dilini araşdırmışdır. "Bhaqavat-purana"nı fransız dilinə tərcümə etmişdir (1–5 cildlər, 1840–98).
Ejen Delakrua
Ferdinan Viktor Ejen Delekrua (fr. Ferdinand Victor Eugène Delacroix; 26 aprel 1798[…], Sen-Moris, Birinci Fransa Respublikası – 13 avqust 1863[…], Paris, İkinci Fransa İmperiyası) — fransız rəssamı, təsviri sənətdə romantizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Ejen Delakrua Sen-Morisdə, 26 aprel 1798-ci ildə anadan olmuşdur. Rəsmi olaraq Şarl Delakrua onun atası sayılsa da gəzən şaiyələrə görə o, 1814–1815-ci illərdə Vyana konqresində Fransa nümayəndə heyətinin başçısı olmuş xarici işlər naziri Şarl Taleyranın nikahdan kənar oğludur. Ejen Delakruanın uşaqlıq dostu Aleksandr Düma onu belə xatırlayır: "üç yaşında Ejen asılmış, yanmış, batmış və zəhərlənmişdir". Əlavə etmək lazımdır ki, təsadüfən at yedirtmək üçün istifadə olunan arpa kisəni boynuna dolayaraq az qalsın ki,özünü "boğmuşdur"; çarpayısı üzərindəki milçəkdən qorunmaq üçün istifadə olunan tor alovlanaraq "yanmış"; Bordoda çimərkən "boğulmuş", rəng içərək "zəhərlənmişdir". Böyük Lüdoviq liseyində oxuyarkən Ejen rəssamlığa böyük maraq göstərmiş, klassik ədəbiyyat mövzusunda bilik və çəkmiş olduğu rəsmlərə görə mükafatlandırılmışdır. Ona bu istedadın anası Viktoriyadan keçmiş olması güman edilir. Rəssamlığa həvəsi onda dayısı oyatmışdır. O, hər dəfə dayısını Normandiyaya təbiət şəkilləri çəkmək üçün gedərkən müşayət edirdi.
Ejen İonesko
Ejen İonesko (26 noyabr 1909 – 28 mart 1994) — rumın dramaturq. == Həyatı == Rəsmi saytlarda doğum ili 1912, bəzi mənbələrdə 1909-cu il göstərən İoneskonun atası rumın, anası fransız olmuşdur. Uşaqlığını Fransada keçirən İonesko ata və anasının boşanmasının ardından 1925-ci ildə Rumıniyaya qayıtmışdır. 1928–1933-cü illərdə Buxarest Universitetini bitirdikdən sonra burada Emil Kioran və Mirseya Eliade ilə tanış olmuşdur. 1936-cı ildə Radika Burileanu evlənərək bir qız atası olmuşdur. 1938-ci ildə ailəsi ilə birlikdə Fransaya qayıtmışdır. İkinci dünya müharibəsində Marselə köçən ailə 1944-cü ildə Fransanın işğaldan azad olmasının ardından Parisə qayıtmışdır. 1967-ci idə İsrailə getmiş və köklərində yəhudi olduğunu açıqlamışdır. 1970-ci ildə Fransa Akademiyasının üzvü seçilən İonesko bir çox mükafata layiq görülmüşdür. O, Nyu York, Leuven, Uarvik, Tel-Əviv Universitetləri tərəfindən fəxri ada layiq görülmüşdür.
Ejen Mişel Antoniadi
Ejen Mişel Antoniadi(fr. Eugène Michel Antoniadi yun. Ευγένιος Αντωνιάδης; d. 1.3.1870 - v. 10.2.1944, Konstantinopol) — fransız astronomu. == Həyatı == 18 yaşından İstanbulda astronomik müşahidələrə başlamışdır. 1893-ci ildə Jüvizidə K.Flammarionun rəsədxanasında Marsı müşahidə edib. Britaniya astronomiya cəmiyyətinin Mars bölməsinin rəhbəri olmuşdur. Əsas işləri planetlərin öyrənilməsinə, astronomiyanın tarixinə aiddir. 1909-cı ildə böyük qarşıdurma zamanı, Medon rəsədxanasında apardığı müşahidələr nəticəsində belə qənaətə gelmişdir ki , Marsın kanalları müxtəlif ölçülü ləkələrdən əmələ gələn nizamsız tünd zolaqlardır (kosmik aparatların köməyilə alınmış Marsın müasir şəkilləri A. müşahidələrini təsdiq edir.) 1924-ci ildə qarşıdurma zamanı A. planetin diskinin qırağında Hellas sahəsinin üzərində 8-20 km hündürlüyündə işıqsaçan tullantılar müşahidə etmişdir.
Ejen de Boharne
Ejen de Boharne (fr. Eugène de Beauharnais, [øʒɛn də boaʁnɛ]; 3 sentyabr 1781[…], Paris – 21 fevral 1824[…], Münxen) fransız zadəgan, dövlət xadimi və Fransa İnqilab Müharibələri və Napoleon müharibələri zamanı xidmət etmiş hərbi komandir idi. Anası Jozefina Boharnenin Napoleon Bonapartla evlənməsindən sonra Bonapartın ögey oğlu oldu. Fransız imperiyası dövründə imperatorun ögey və övladlığa götürdüyü oğlu kimi nüfuzu yüksəlsə də vəliəhd ola bilmədi.. Napoleon müharibələri zamanı İtaliya ordusuna komandanlıq etmiş və ögey atasının rəhbərliyi altında İtaliya Krallığının vitse-prezidenti olmuşdur. Tarixçilər onu Napoleonun ən bacarıqlı qohumlarından biri hesab edirlər.
Ejen Şarl Katalan
Ejen Şarl Katalan (30 may 1814[…], Brügge – 14 fevral 1894[…], Lyej, Valloniya[d]) — riyaziyyatçı. Daimi kəsrlər, təsviredici həndəsə, ədədlər nəzəriyyəsi və kombinatoriks üzərində çalışmaları vardır.
Jorj Ejen Osman
Jorj Ejen Osman (fr. Georges Eugène Haussmann), baron Osman kimi tanınan (baron Haussmann), (27 mart 1809, Paris — 11 yanvar 1891) — fransız dövlət xadimi, Sena departamentinin şurasının sədri (1853—1870), İncəsənət akademiyasının üzvü (1867), Parisin müasir görünüşünü təyin edib. == Bioqrafiya == Osman, 27 mart 1809-cu ildə Parisdə alman mənşəli protestant bir ailədə anadan olub (almanca soyadı Xausman kimi səslənir və türk osmanlılarla əlaqəli deyil). Bir çox yaşayış məntəqələrini yenidən qurdu, bir çox köhnə (orta əsrlər) evləri söküb və daha sonra məşhur hala gələn bulvarları restavrasiya edirdi. Ümumilikdə, Osmanın rəhbərliyi altında Parisdəki daşınmaz əmlakın təxminən 60% -i yenidən təşkil edilmişdir. Osman 1891-ci il 11 yanvar Parisdə vəfat etmişdir. Per Laşez qəbiristanlığında dəfn edildi. Paris mərkəzində yerləşən bulvarlardan biri onun adını daşıyır. == İstinadlar == == Ədəbiyyat == David Jordan: Die Neuerschaffung von Paris. Baron G. E. Haussmann und seine Stadt.
Mişel Ejen Şevröl
Mişel Ejen Şevröl(31 avqust 1786[…], Anje – 9 aprel 1889[…], Paris) — Fransız kimyaçı 1817-ci ildə A. Brakonno ilə birlikdə müəyyən etmişdir ki, əksər yağlar sterain və olein turşularının qliserin ilə mürəkkəb efirindən təşkil olunmuşdur; 1817-ci ildə heyvanın toxumalarından xolesterini ayırmış, stearin şamlarının istehsalına patent almışdır.
Ejen Melxior de Voqyue
Ejen Melxior de Voqyue (Eugene-Melchior de Vogüe, 1848-1910) — Fransız yazıçısı və ədəbiyyatşünası.
My Teen Romantic Comedy SNAFU
My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru. (やはり俺の青春ラブコメはまちがっている。, azərb. Mənim gənclik romantik komediyam gözlədiyim kimi səhvdir‎) və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, Hamachi (はまち), OreGairu (俺ガイル) — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən 27 iyun 2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən 25 iyun 2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr 2016-cı ildə buraxılmışdır.
Anjen
Anjen (fr. Engins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 2007-ci il üçün əhalisi 481 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Arjen
Arjen (fr. Argein) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09014. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15–64 yaş arasında) 66 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 69,1%). Fəal olan 66 nəfərdən 52 nəfəri (26 kişi və 26 qadın), 14 nəfər işsiz (9 kişi və 5 qadın) idi. 28 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Behen
Belen
Belen (Para) — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri. Belen xanım — türk mifologiyasında səyahət ilahəsi.
Bədən
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Degen
Arpad fon Degen (mac. Árpád von Degen; 31 mart 1866 və ya 1866, Bratislava – 30 mart 1934 və ya 1934, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Arpad fon Degen toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. 250-dən çox takson təsnif etmişdir. == Əsərləri == Egy új Ajuga fajról: (Ajugæ species nova [A. piskoi].) 1896. Wulfenia Baldaccii: Egy új Wulfenia faj a Balcan-félszigetről (Wulfenia baldaccii: una nueva especie de Wulfenia de la Península.) 1897. Nevezetesebb botanikai felfedezések a Balkán félsziget területéről (Notables descubrimientos botánicos en el territorio de la península de los Balcanes.) 1901. Magyar botanikai lapok (Placas de botánicos húngaros.) 1902. Studien über Cuscuta-Arten (Estudios sobre Cuscuta spp.) 1912. A heréseinket károsító arankákról.
Dəjəl
Dəjəl — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. == Toponimikası == Dəcəl oyk, sadə. Cəbrayıl r-nunun Şükürbəyli i.ə.v.-də kənd. Düzənlikdədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi şıxalıağanın qardaşı Əhmədxan salmışdır. Kəndin adı 1917-ci ildə Dejaq variantında qeydə alınmışdır. Dəjək sözü dialektlərimizdə "nişangah" mənasında işlənir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Hutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır. Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər.
Gəvən
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Astragalus aaronii (Eig) Zohary Astragalus aaronsohnianus Eig Astragalus abadehensis Maassoumi & Podlech Astragalus abbreviatus Kar. & Kir. Astragalus aberrans Förther & Podlech Astragalus abharensis Maassoumi & Podlech Astragalus abnormalis Rech.f. Astragalus abolinii Popov Astragalus aboriginorum Richardson Astragalus absconditus Zarre & Podlech Astragalus absentivus Maassoumi Astragalus acanthocarpus Boriss. Astragalus acanthochristianopsis Rech.f. & Köie Astragalus acaulis Baker Astragalus acceptus Podlech & L.R.Xu Astragalus accidens S.Watson Astragalus acetabulosus C.C.Towns. Astragalus achundovii Grossh. Astragalus acicularis Bunge Astragalus acikirensis (Ekim) Aytaç & Hamzaoğlu Astragalus ackerbergensis Freyn Astragalus ackermanii Barneby Astragalus acmonotrichus Fenzl Astragalus acmophylloides Grossh.
Gəyən
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.