Tijen Karaş — Türk TV aparıcısı. 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsinin qəhrəmanlarından biri – qiyamçıların əsiri olan "TRT"-nin aparıcısı[1]. O, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə, peşəkar səviyyədə oxuyaraq insanların diqqətini çəkib[1].
Tijen Karaş 1975-ci ildə Ankaranın Yenimahelle ilçəsində anadan olub[1].
Hacettepe Universitetinin məzunudur.[2]
Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət "Kanal D"də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən Tijen 2000-ci ildə "TRT"-də "Yaşam ve Gençlik" adlı proqrama aparıcılıq edib. "TRT Avrasya", "TRT Int" və "TRT Türk"də müxtəlif verilişləri aparıb[1].
Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra həmin anlar haqda Tijen Karaş belə deyib:
"Qorxunc dəqiqələr yaşadıq. Karyeramın ən çətin dəqiqələrini yaşadım. Hər hərəkətimiz izlənilirdi. Bizi əsir tutanlar bu hərəkəti ölkənin mənfəəti üçün etdiklərini, heç kimə zərər verməyəcəklərini söyləyirdilər. Silahları ilə bizi təhdid etdilər".[1]