My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru. (やはり俺の青春ラブコメはまちがっている。?, azərb. Mənim gənclik romantik komediyam gözlədiyim kimi səhvdir) və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, Hamachi (はまち?), OreGairu (俺ガイル?)[2] — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası.
Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən27 iyun2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən25 iyun2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr2016-cı ildə buraxılmışdır.
Sobu liseyində təhsil alan Hikiqaya Haçiman olduqca problemli şəxsiyyətə malik bir tələbədir. Haçiman gəncliyin bir aldatmaca olduğunu düşünür və həmişə ətrafındakı insanlarla dost olmaqdan qaçınmağa çalışır. Haçimana doğru yolu göstərməyə çalışan müəllimi Hiratsuka Şizuka onu liseyin xidmət klubuna daxil olmağa məcbur edir və Haçiman istəmədən klubun üzvü olur. Klubda onunla tamamilə fərqli ideyaları paylaşan, lakin onun kimi heç bir dostu olmayan, liseyin gözəl qızı Yukino Yukinoşita ilə tanış olur. Tezliklə onlara gülərüz və səmimi şəxsiyyətə malik, lakin insanlarla ünsiyyət saxlamaqda çətinlik çəkən Yui Yuyqahama da qoşulur. Üçü birlikdə qarşılarına çıxan manelərin öhdəsindən gəlməyə başlayırlar.
Ranobe seriyası Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılır və Shogakukan nəşriyyatı tərəfindən Gagaga Bunko imprinti altında nəşr olunur. İlk cildi 18 mart2011-ci ildə çapdan çıxmışdır[3] və 20 aprel2021-ci ilə kimi 14 cildi nəşr olunmuşdur.[4]
3, 4, 7 və 8-ci cilddlər məhdud xüsusi nəşrlərlə birlikdə nəşr olunmuşdur. 3-cü və 7-ci cildlərin xüsusi nəşrləri dorama CD-ləri,[5][6] 4-cü və 8-ci cildlərin xüsusi nəşrləri isə Ponkan8 və başqa rəssamlar tərəfindən hazırlanmış şəkilli kitablarla buraxılmışdır.[7][8]19 mart2013-cü ildə ilk 7 cilddən ibarət set buraxılmışdır.[9]20 avqust2013-cü ildə qısa hekayələr kolleksiyası (7,5-ci cild) nəşr olunmuşdur.[10] Üç əlavə qısa cild — 6,25-ci, 6,50-ci və 6,75-ci cildlər uyğun olaraq anime serialının 1-ci, 3-cü və 5-ci DVD və BD cildlərinin məhdud nəşrləri ilə buraxılmışdır və 22 iyul2014-cü ildə 6,5-ci cild adı ilə tək cild şəklində nəşr olunmuşdur.[11][12][13][14] Bu cildin xüsusi nəşri Dram CD ilə buraxılmışdır.[15]18 mart2015-ci ildə başqa bir qısa hekayələr kolleksiyası (10,5-ci cild) nəşr olunmuşdur.[16]
Ay Yoşimuranın rejissorluğu ilə Brain's Base studiyası tərəfindən istehsal olunmuş 13 seriyalıq anime serialı 4 apreldən 20 iyun 2013-cü ilə kimi nümayiş etdirilmişdir.[51] Anime Crunchyroll vasitəsilə də yayımlanmışdır.[52]19 sentyabr2013-cü ildə birinci oyun adaptasiyasının məhdud nəşri ilə birlikdə OVA seriyası buraxılmışdır.[53] Animenin açılış mahnısı Naqi Yanaqi tərəfindən ifa olunan "Yukitoki" (ユキトキ?) mahnısı, bağlanış mahnısı Saori Hayami və Nao Toyama tərəfindən ifa olunan "Hello Alone" mahnısı olmuşdur.[54] Anime Senati Filmworks tərəfindən Şimali Amerikada, Madman Entertainment tərəfindən Avstraliya və Yeni Zelandiyada lisenziyalaşdırılmışdır.[1][55][56]
İkinci mövsüm Shogakukan tərəfindən 2014-cü ildə anons edilmişdir.[57]"Yahari Ore no Seishun Love Come wa Machigatteiru. Zoku" adlı ikinci mövsüm Feel studiyası tərəfindən çəkilmişdir. Rejissor Key Oykava, personaj dizayneri Yuyçi Tanaka və bəstəkarı Şotaro Suqa olmuşdur.[58] 2 apreldən 25 iyun 2015-ci ilə kimi yayımlanmışdır. Əsas açılış mahnısı Naqi Yanaqi tərəfindən ifa olunan "Harumodoki" (春擬き?) mahnısıdır.[59] Əsas bağlanış mahnısı isə Yukino Yukinoşita (Saori Hayami) və Yui Yuyqahama (Nao Toyama) tərəfindən ifa olunan "Everyday World." (エブリデイワールド?) mahnısıdır.[60] İkinci mövsüm Sentai Filmworks tərəfindən lisenziyalaşdırılmışdır.[61]"Undoubtedly, Girls Are Made of Sugar, Spice, and Everything Nice" (きっと、女の子はお砂糖とスパイスと素敵な何かでできている,Kitto, Onna no Ko wa Osatō to Spice to Suteki na Nanika de Dekiteiru?) adlı OVA 27 oktyabr2016-cı ildə ikinci videooyun adaptasiyasının məhdud nəşri ilə birlikdə buraxılmışdır.[62][63]
5pb. tərəfindən PlayStation Vita üçün "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." (やはりゲームでも俺の青春ラブコメはまちがっている。?) adlı videooyun istehsal olunmuş və 19 sentyabr2013-cü ildə buraxılmışdır. Takuya Equçi, Saori Hayami və Nao Toyama animedə olduğu kimi videooyunda da personajları səsləndirmişdirlər.[53] Oyunun məhdud nəşri OVA seriyası ilə buraxılmışdır. 5pb. hazırda anime serialının ikinci mövsümünün əsasında PlayStation Vita üçün ikinci oyun üzərində işləyir.[64][65]27 oktyabr2016-cı ildə buraxılması planlaşdırılır. Birinci oyunda olduğu kimi ikinci oyun da OVA seriyası ilə buraxılacaq.[62] İkinci oyunun buraxılış tarixi kimi əvvəlcə 28 iyul2016-cı il tarixi nəzərdə tutulmuş, lakin 14 iyun2016-cı ildə 27 oktyabr2016-cı ildə buraxılacağı anons edilmişdir.[63] Bu oyunun orijinal bağlanış mahnısı Eri Sasaki tərəfindən ifa olunan "Be clear" mahnısıdır.[66]
"My Youth Romantic Comedy Is Wrong, As I Expected" ranobe seriyası 2014 və 2015-ci illərdə "Kono Light Novel ga Sugoi!" ranobe təlimat kitabçası tərəfindən keçirilmiş onlayn sorğularda ən yaxşı ranobe seriyası seçilmişdir. Haçiman Hikiqaya 2014 və 2015-ci illərdə ən yaxşı kişi personaj, Yukino Yukinoşita 2015-ci ildə ən yaxşı qadın personaj, seriyanın rəssamı Ponkan8 isə 2015-ci ildə ən yaxşı illüstrator seçilmişdir.