Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prut
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır.
Qrut
Qrut (ing. Groot) — Marvel Comics personajı. Sten Li və Cek Kirbi tərəfindən yaradılmış bu komiks obrazı ilk dəfə 1960-cı ildə ekrana çıxdı. Ağaca bənzər yadplanetli Qrut ilk dəfə eksperiment həyata keçirmək üçün insanları ələ keçirməyə çalışan işğalçı obraz kimi görünmüşdür. Marvel Kinematoqrafiya Kainatında Vin Dizel tərəfindən səsləndirilmişdir.
True
True — L'Arc~en~Ciel qrupunun albomu. Bu qrupun barabançı sakura ilə yazdığı son albomu olub. Albom Oricon çartının birinci yerinə çatıb və satılan nüsxələrin sayı bir millionu ötdüyünə görə RIAJ (Recording Industry Association of Japan) tərəfindən sertifikatlaşdırılıb.
Trük
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . == Kinoda tryuk == Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
TRT
Türkiyə Radio və Televiziya Qurumu və ya qısaca TRT —
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Art Brut
Xam sənət — Kənar sənət öz-özünə öyrədilmiş və ya sadəlövh sənət ustaları tərəfindən sənətdir. Tipik olaraq, kənar sənətkarlar kimi etiketlənənlərin əsas sənət dünyası və ya sənət qurumları ilə əlaqəsi azdır. Çox hallarda, işləri yalnız ölümlərindən sonra aşkarlanır. Çox vaxt kənar sənət həddindən artıq zehni vəziyyətləri, qeyri-ənənəvi fikirləri və ya inkişaf etdirilmiş fantaziya dünyalarını təsvir edir. Kənar sənət termini sənətşünas Roger Cardinal tərəfindən 1972-ci ildə sənət qəddarlığı üçün İngilis sinonimi (Fransızca: (French: [aʁ bʁyt], "raw art" or "rough art"), Fransız rəssamı Jean Dubuffet tərəfindən sənəti təsvir etmək üçün yaratdığı etiket olaraq işlənmişdir. rəsmi mədəniyyət hüdudlarından kənarda yaradılan; Dubuffet, nümunə olaraq psixiatrik xəstəxana xəstələri və uşaqları istifadə edərək qurulmuş sənət səhnəsinin xaricində olanlar tərəfindən sənətə yönəldildi. == Art Brut == Fransızca bir termin olan "art brut"un mənası "xam sənət" deməkdir. "Art brut" professional olmayan, özlüyündən yaranmış bir sənətdir. 1948-ci ildə Dübüffet, Breton və Tapiye "art brut"u qurdular. Bu sənətin məqsədi; özü özünü yetişdirənlərin, məşhur olmayanların, məhbusların və ruhi xəstələrin məhsullarını ortaya çıxarmaq idi.
Krut Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. == Həyatı == Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Prut müharibəsi
Prut müharibəsi — 1710—1711-ci illərdə Çar Rusiyası ilə Osmanlı İmperiyası arasında baş verən müharibə. == Səbəbləri == Əsrin əvvəllərindən etibarən Osmanlı imperiyasına qarşı olan düşmənçiliyi daha da artan, isti dənizlərə enmək və Qara dənizə çıxış əldə etmək istəklərini daha da qətiləşdirən Rusiya çarlığı Osmanlı ilə müharibə üçün bəhanə axtarırdı. Şimal müharibəsi zamanı İsveç kralı XII Karlın ordusunun Poltava döyüşündə ağır məğlubiyyətindən sonra Dəmirbaş ləqəbli XII Karl qaçaraq Osmanlı imperiyasına sığındı. Bu bəhanə edən I Pyotrun qoşunları Osmanlı ərazısınə daxil oldu. Sultan III Əhməd Rusiyaya müharibə elan etdi (1710). == Savaşın qazanılması == Yenicə Sədri-Əzəm təyin olunan Baltaçı Mehmed Paşa 200 minlik ordu ilə İstanbuldan rus qoşunlarına doğru göndərildi. Onun ardıyca Osmanlı donanması və Krım xanın qoşunları da səfərbərliyə alındı. Osmanlı qoşunları Rus qoşununu Prut çayı sahilindəki Stanileşti kəndi yaxınlığında mühasirəyə alır. Vəziyyətin ağırlığını görən I Pyotr sülh danışıqları təklif edir. Krım xanının və XII Karlın israrlarına baxmayaraq, Baltaçı Mehmed Paşa sülh bağlamaqla kifayətlənir(1711-ci il, avqust ayında).
Prut çayı
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır.
Scott Trust
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir == Tarixi == Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Trua(rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua (rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua FK
ES Trua AC ya da sadəcə "Trua" (fr. Espérance Sportive Troyes Aube Champagne) - 1900-cü ildə Trua şəhərində qurulan Fransa futbol klubu. Ev oyunları Stade de l'Ob Stadionunda keçirilir. Klubun ən yüksək nailiyyəti 2001-ci ildə UEFA İntertoto Kubokunda qələbədir. == Tarixi == 2008/2009 mövsümünün sonunda klub Liqa 2-də 19-cu yeri titdu bə Liqa 3-ə düşdü. Ancaq 3 mövsümə komanda əhəmiyyətli bir sıçrayışını bacardı və Trua artıq, 2012-2013 mövsümünə Liqa 1-də başlamışdı, ancaq dərhalda oradan çıxdı. 2014/2015 mövsümündə komanda yenidən Liqa 1-ə doğru irəlilədi amma sonuncu yeri alaraq, Trua yenidən Liqa 2-yə getdi. 2016/2017 mövsümündə "Trua" Liqa 2-də 3-cü yer tutub pley-offa çıxdı. İlk matçda Loryanı 2:1 hesabı ilə məğlub etdi və ikinci oyunda onlar 0-0 oynadılar ki, bu da Truanın mövsümün sonunda Liqa 1-ə qayıtmasına imkan verdi.
Truth (mahnı)
Truth (azərb. Həqiqət‎) — Azərbaycanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Çingiz Mustafayev "Truth" mahnısı ilə Azərbaycanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Boris Milanov, Trey Kempbell, Bo J, Pablo Dinero, Hostess və Çingizin əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Bəstəkarlardan Boris Milanov Bolqarıstanın 2016, 2017, 2018 və eyni zamanda Avstriyanın Avroviziya 2018 mahnılarını bəstələmişdir.
İsmail Türüt
İsmail Türüt (8 iyun 1965) — Türkiyə xalq musiqisi sənətçisidir. 30-dan çox albomu yayınlanmışdır. == Həyatı == İsmail Türüt 8 iyun 1965-ci ildə Rizənin Ambarlıq kəndində dörd uşaqlı — üç oğlan, bir qız — ailənin ikinci uşağı olaraq dünyaya gəlmişdir. İbtidai məktəbi Ambarlıqda bitirmişdir. Ayşə Türüt ilə evlidir və dörd uşaq atasıdır. == Karyerası == Laz Uşağı adlı ilk albomunu 1982-də çıxartmışdır. Kanal 7, TGRT, Flash TV və Vizyon Türk TV-də "Türüt Show", Kanal 7 və Flash TV-də Fıkralarla Türkiye, və Meltem TV-də isə "Türütten Türküler" proqramlarını aparmışdır.
Liz Trus
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford, Birləşmiş Krallıq) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Ağ tut
Ağ tut (lat. Morus alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir. Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur. Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur.
Eliu Rut
Eliu Rut ( 15 fevral 1845 - 7 fevral 1937) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi. Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır,bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət verir. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçildi və 1909–1915-ci illərdə bu vəzifəni icra etdi. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür .. Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-Kinli və Teodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə Filippinlər və Kuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi.
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Qızıl tut
TRT 1
TRT 1 (tam adı: Türkiyə Radio və Televiziyası 1-ci kanalı, türk. Türkiye Radyo ve Televizyonu 1. kanalı) — 31 yanvar 1968-ci ildə qurulan Türkiyənin ilk milli televiziya kanalıdır. == Tarixçə == Türkiyə Radio Televiziya Qurumu (TRT) 1961-ci il Konstitusiyasının 121-ci maddəsinə əsasən çıxan 24.12.1963 tarixli və 359 saylı qanunla Türkiyə Respublikasının mülkü olaraq 1 may 1964-cü il tarixində qurulmuşdur. Həmin qanuna əsasən radio-televiziya ilə bağlı bütün hüquqlar TRT-yə məxsusdur. Görülən işlər nəticəsində ilk test yayımını 31 yanvar 1968-ci il tarixində axşam saatlarında Ankaradan həyata keçirmişdir. Daha sonra 1970-ci ildə İzmir, 1971-ci ildə isə İstanbul studiyaları istifadəyə verilmişdir. İlk qardaş kanalı "TV 2" açılana kimi (daha sonrakı adları "TRT 2" və "TRT Haber" olmuşdur) "TRT 1" sadəcə "TRT" adlanırdı. Adında proqramın, ya da xəbərin hazırlandığı vilayətin adı da olmuşdu. 6 oktyabr 1986-cı ildə "TV 2"nin yayıma başlamasına görə adı "TV 1" olmuşdu.
TRT İNT
TRT İnt (TRT International) — TRT-nin 2009-cu ilə qədər xarici ölkələr üçün nəzərdə tutulmuş televiziya kanalı. 1990-cı ildə "TV5" adıyla qurulmuş, 1992-ci ildə isə "TRT İnt Avrasya" adını almışdır. Lakin daha sonra iki kanal biri-birindən ayrılaraq "TRT İnt" adlandırılmışdır. TRT verilişlərindən başqa "Uçan Türk", "Avustralya Postası", "Aydın Bakışı" kimi özünəməxsus proqramlar yayımlamışdır. "TRT İnt"in formatı dəyişdirilərək İngilis, İspan, Fransız, Ərəb, Fars, Rus, Çin və digər dillərdə yayımlanan bir kanal kimi yenidən qurulması planlaşdırılır.
TRT İnt.
TRT İnt (TRT International) — TRT-nin 2009-cu ilə qədər xarici ölkələr üçün nəzərdə tutulmuş televiziya kanalı. 1990-cı ildə "TV5" adıyla qurulmuş, 1992-ci ildə isə "TRT İnt Avrasya" adını almışdır. Lakin daha sonra iki kanal biri-birindən ayrılaraq "TRT İnt" adlandırılmışdır. TRT verilişlərindən başqa "Uçan Türk", "Avustralya Postası", "Aydın Bakışı" kimi özünəməxsus proqramlar yayımlamışdır. "TRT İnt"in formatı dəyişdirilərək İngilis, İspan, Fransız, Ərəb, Fars, Rus, Çin və digər dillərdə yayımlanan bir kanal kimi yenidən qurulması planlaşdırılır.