TUT

is. Ağ, qara növləri olan xırda, şirəli meyvə və onun ağacı (ağ tut şirin, qara tut isə turşməzə olur). Tut çırpmaq. Tut qurusu. Tut doşabı.
[Allahverdiyev:] Tut bəhməzi bişirtdirərik. Ə.Əbülhəsən.

Омонимы

  • TUT TUT I is. bot. Meyvəsi yeməli və şirin olan ağac növü. Tut kölgəsində; Bardaş qurmuşdu; Bostançı Qara (M

Этимология

  • TUT 1. Arami dilinə məxsus olub, “giləmeyvə” anlamında işlədilib. Bizdə ipəkağacı deyiblər. Farslar клубника sözünün müqabilində tut firəngi (Avropa tutu)
TUŞVURAN
TUTACAQ
OBASTAN VİKİ
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Qızıl tut
Tut arağı
Tut arağı — Zaqafqaziyanın bir sıra regionları üçün ənənəvi olan güclü spirtli içkidir. Bu fermentləşdirilmiş tut şirəsinin distillə məhsuludur. Alkoqolun miqdarı 40–80% arasındadır. İçkinin bəzi növləri bir neçə il çəlləkdə saxlanılır. == Coğrafiyası və istehsal tarixi == Tut arağı Zaqafqaziya regionunun böyük bir hissəsi, xüsusən Azərbaycan üçün ənənəvi içkidir. Tarixən Qarabağ tut meyvəsindən arağın ən aktiv istehsal olunan ərazilərindən biri olmuşdur: tut arağının xeyli sayda sənaye və ev istehsalı növləri var ki, burada istehsal olunur . Tut arağının hazırlanma tarixi əsrlərlə ölçülür. Onun istehsalının həcmində bir qədər azalma 19-cu əsrdə rus arağının o vaxta qədər Rusiya imperiyasının tərkibinə daxil olan müvafiq Zaqafqaziya ərazilərində geniş yayılmasından sonra baş verdi. Buna baxmayaraq, həm Ermənistanda, həm də Azərbaycanda tut ağacından hazırlanan ənənəvi güclü içki çox geniş yayılmışdır. Maraqlıdır ki, bu ölkələrin sakinləri çox vaxt ona müalicəvi xüsusiyyətlər aid edirlər .
Tut ipəkqurdu
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növü.
Tut ağacı (Soyuqbulaq)
Tut ağacı (fars. توت اغاج‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 237 nəfər yaşayır (38 ailə).
Tut qalxanlı yastıcası
Tut çanaqlı yastıca
Ağ tut
Ağ tut (lat. Morus alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir. Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur. Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur.
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır == Təbii yayılması == Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Tut ağacı
Tutağacı (Mahnişan)
Rodosun tutulması (1522)
Rodosun tutulması — Rodos adasının 1522-ci ildə Osmanlı donanması tərəfindən tutularaq Osmanlı imperiyasının ərazisinə qatılmasını ifadə edən tarixi hadisə. Rodosun fəth olunmasından sonra bu adada fəaliyyət göstərən Malta cəngavərləri adlı orden Maltada yerləşən Malta cəngavərlərinin yanına qaçmışdılar. Malta cəngavərlərinin oxçuları Osmanlı ordusuna ciddi zərbə endirmişdilər. Osmanlı qoşunlarının kütləvi şəkildə döyüşçülərinin itirməsinin əsas səbəbi də oxçular olmuşdur. Rodosun fəth olunması Osmanlı imperiyasının Aralıq dənizinə nəzarət etməsini asanlaşdırmışdır. Sultan Süleyman Qanuniyə qədər II Mehmed adada yerləşən qalanı mühasirəyə alsa da əlverişsiz vəziyyət səbəbindən geri çəkilmişdir. I Səlim öz vəziri Piri Mehmet Paşanın təkidlərinə baxmayaraq ada üzərinə qoşun göndərməkdən imtina etmişdir.
Seda Tutxalyan
Seda Qurqenovna Tutxalyan (15 iyul 1999, Gümrü) — erməni əsilli Rusiyanı təmsil edən idman gimnast. Seda Tutxalyan 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı. == Karyerası == Seda Tutxalyan 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, komanda yarışlarında yığma Aliya Mustafina, Angelina Melnikova, Mariya Paseka və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Sultan tutuquşu
Nymphicus hollandicus (lat. Nymphicus hollandicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin korellalar cinsinə aid heyvan növü. Sultan tutuquşusu yanaqlarındakı narıncı (qulaq bölgəsindəki) tüklərdən ayırd edilir. Bu tüklər tünd rəngdədirsə quşun erkək, açıq rəngdədirsə dişi olduğunu göstərir. Ümumiyyətlə, erkəklərin göz ətrafındakı tükləri ağdır, amma dişilərdə sarı və digər rənglərdə ola bilər. Ortalama həyat müddəti: Təxminən 10-15 ildir. Başdan quyruğunun ucuna qədər uzunluqları 25-35 sm-dir. Qanadları açıq vəziyyətdə uzunluqları 25-30 sm-dir. Günəbaxan, quru əncir içi, armud, albalı v. b qidalarla qidalanırlar.
Sultan tutuquşusu
Nymphicus hollandicus (lat. Nymphicus hollandicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin korellalar cinsinə aid heyvan növü. Sultan tutuquşusu yanaqlarındakı narıncı (qulaq bölgəsindəki) tüklərdən ayırd edilir. Bu tüklər tünd rəngdədirsə quşun erkək, açıq rəngdədirsə dişi olduğunu göstərir. Ümumiyyətlə, erkəklərin göz ətrafındakı tükləri ağdır, amma dişilərdə sarı və digər rənglərdə ola bilər. Ortalama həyat müddəti: Təxminən 10-15 ildir. Başdan quyruğunun ucuna qədər uzunluqları 25-35 sm-dir. Qanadları açıq vəziyyətdə uzunluqları 25-30 sm-dir. Günəbaxan, quru əncir içi, armud, albalı v. b qidalarla qidalanırlar.
Sultan Şəmsəddin El-Tutmuş
Şəmsəddin Eltutmuş (bilinmir – 28 aprel 1236, Mehrauli[d]) — Dehli Türk sultanlığı sultanı. dekabr 1210-cu ildən 27 aprel 1236-cı ilədək hökm sürdü. == Həyatı == Türk mənşəli olan Sultan Şəmsəddin Eltutmuş, Sultan Qütbəddin Aybəkin ölümündən sonra qısa müddət taxtda qalan Sultan Ərəm şahdan sonra hakimiyyətə keçdi. 1229-cu ildə Xəlifə Müntəsirdən Nasırü-l-Əmir-ül-Möminin unvanını aldı. Çingiz xan başçılığında qərbə doğru yayılan Monqol imperiyasının hücumlarına müqavimət göstərdi. Dalbadal səfərlərlə Sind, Moltan və Benqal bölgələrini hakimiyəti altına aldı. Eltutmuş, Qucaratı ələ keçirməyi bacarmadısa da, racputları məğlubiyyətə uğradaraq torpaqlarını cənuba doğru genişlətdi, həmçinin yavaş-yavaş Dehli Türk sultanlığının Qanq vadisinə hakim olmasını da bacardı.
Sərt diskin tutumu
Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir. Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur. Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok, daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku Verilənlərin yazılma texnologiyası Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib çıxarır.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Tutanhamon
Tutanhamon (təq. e.ə. 1341 – təq. e.ə. 1323, Memfis, əl-Cizə mühafəzəsi[d]) — Misir fironu olmuşdur. Onun qəbri 1922-ci ildə tapılan zaman ətrafdakı insanlar naməlum səbəbdən ölməyə başlamışlar. Son araşdırmalar göstərir ki, ətrafdakı insanların çoxu qoca insanlar olublar. == Həyatı == Atası Exnaton Misir fironu olub. 9 yaşında hakimiyyətə gəlmişdir. Tutanhamon vəfat etdikdən sonra arvadı Anxesenamun hakimiyyətə gəlmişdir.
Tutanhamon türbəsi
Tutanxamon türbəsi, 1922-ci ildə ingilis həvəskar arxeoloqu Howard Carter tərəfindən Misirdə Krallar vadisində tapılmış KV62 nömrəli qədim bir qaya türbəsidir. Uşaq firon olaraq da bilinən On səkkizinci sülalənin hökmdarı olan Tutanxamonun adına inşa edilən məzar, içindəki əsərləri və xəzinə ovçuları tərəfindən dağıdılmamış strukturuna görə Misirşünaslığın ən vacib kəşflərindən biri hesab olunur.
Tutanxamon
Tutanhamon (təq. e.ə. 1341 – təq. e.ə. 1323, Memfis, əl-Cizə mühafəzəsi[d]) — Misir fironu olmuşdur. Onun qəbri 1922-ci ildə tapılan zaman ətrafdakı insanlar naməlum səbəbdən ölməyə başlamışlar. Son araşdırmalar göstərir ki, ətrafdakı insanların çoxu qoca insanlar olublar. == Həyatı == Atası Exnaton Misir fironu olub. 9 yaşında hakimiyyətə gəlmişdir. Tutanhamon vəfat etdikdən sonra arvadı Anxesenamun hakimiyyətə gəlmişdir.
Tutanxamon türbəsi
Tutanxamon türbəsi, 1922-ci ildə ingilis həvəskar arxeoloqu Howard Carter tərəfindən Misirdə Krallar vadisində tapılmış KV62 nömrəli qədim bir qaya türbəsidir. Uşaq firon olaraq da bilinən On səkkizinci sülalənin hökmdarı olan Tutanxamonun adına inşa edilən məzar, içindəki əsərləri və xəzinə ovçuları tərəfindən dağıdılmamış strukturuna görə Misirşünaslığın ən vacib kəşflərindən biri hesab olunur.
Tutaqas (Baltas)
Tutaqas (başq. Тутағас, rus. Староякшеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Sikeyaz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 10 km., kənd sovetliyindən (Aşağı Sikeyaz): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 55 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (95%) üstünlük təşkil edir.
Tutaxana (Bünab)
Tutaxana (fars. توته خانه‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 529 nəfər yaşayır (117 ailə).
Tutayev
Tutayev — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Tutayuqlar
Tutayuqlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Xaspolad Tutayuq Şuşanın məşhur və nüfuzlu şəxsiyyətlərindən biri olub. O, 1892-ci ildə Peterburq Universitetinin təbiət-riyaziyyat fakültəsini bitirmiş və bir müddət Rusiyanın müxtəlif şəhərlərində çalışmışdır. XX əsrin əvvəllərində isə Şuşaya qayıtmışdır. Onun anası məşhur Qacarlar və Mirzəyevlər nəslindən olub. Xaspolad bəy Rüstəm bəy Mirzəyevin qızı Sudabə xanımla ailə qurmuşdu. Qarabağda məşhur olan Tutayuqlar ailəsinin adı gələndə ilk olaraq görkəmli alim, biologiya elmləri doktoru Validə xanım Tutayuq xatırlanır. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olan Validə xanım təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da tanınmış, nüfuzlu beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur. Tutayuq ailəsinin ilk övladı olan Murad 1920-ci ildə Şuşa Realnı Məktəbini bitirmiş, sonra şəhərdəki ibtidai təhsil ocaqlarında hesab və rus dili müəllimi işləmişdir. Sonradan Azərbaycan Ali Pedaqoîji Institutunun fizika-riyaziyyat şöbəsində təhsil alan Murad Tutayuq təyinatla Naxçıvan Müəllimlər Seminariyasına göndərilmiş və uzun müddət Naxçıvan şəhərində müəllim işləmişdir.
Tutejoşiçjuçzyu
Şanyü Tutejoşiçjuçzyu (v. 178) — Hunların XXXVII şanyüsü. Onun hakimiyyəti müharibələrlə keçdi. 6 il taxta qaldıqdan sonra çinlilərlə birlikdə Syenbilərin xanı olan Tanşixuayla müharibədə öldürüldü.
Tuti (jurnal)
"Tuti" jurnalı (az-əbcəd. طوطی‎) — həftəlik satirik, şəkilli jurnal. == Haqqında == "Tuti" jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında həftədə bir Bakıda Azərbaycan türkcəsində nəşr olunmuşdur. Siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi idi. "Tuti" jurnalının redaktoru "Səda" qəzetinin mühərriri Cəfər Bünyadzadə, naşiri və sahibi Tağı Nağıyev idi. Jurnalın ilk nömrəsi 1914-cü il 27 dekabrda, sonuncu nömrəsi 1917-ci il 29 iyunda (cəmi 112 nömrə) buraxılmışdır. Birinci il bir nömrə, ikinci il 44 nömrə, üçüncü il 1916 - cı il iyulun 30 - na kimi 28 nömrə çıxmışdır. Dördüncü il "Tuti" inqilaba qədər çıxmışdır. Həmin il müdirliyi Dadaş Bünyadzadə dəröhdə edib. Məcmuə 15 gündə bir nəşr olunmağa başlamışdır.
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.

Значение слова в других словарях