Türkiyə Radio və Televiziya Qurumu (Trt) ― Türkiyənin milli ictimai televiziyası . TRT uzun illər Türkiyənin yeganə televiziya və radio provayderi olub. 1990-cı ildə kommersiya radiosu, ardınca isə 1992-ci ildə kommersiya televiziyası istifadəyə verilməzdən əvvəl o, bu sektorda monopoliyaya sahib idi. Bu gün TRT bütün dünyada, o cümlədən Avropa, Yaxın Şərq, Afrika, Asiya, ABŞ və Avstraliyada yayımlanır.
Türkiyə Radio və Televiziya Qurumu | |
---|---|
Türkiye Radyo Televizyon Kurumu | |
Ümumi məlumatlar | |
Sənaye | yayım |
Məhsulu | radio |
Təsis tarixi | 1 may 1964 |
Baş qərargahın yeri | |
Struktur | |
Tərəfdaşlar | TRT 1 |
trt.net.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
TRT-nin sələfi olan "Türkiyə radioları" adlı qurum 1950-ci ildə Avropa Yayım İttifaqının 23 təsisçi yayım təşkilatından biri olmuşdur. Şirkət 1926-cı ildə radioda sınaq yayımlarına başlamış və şirkətin 1927-ci ildə İstanbulda, 1928-ci ildə isə Ankarada studiyası tikilmişdir.