Prut müharibəsi

Prut müharibəsi — 1710—1711-ci illərdə Çar Rusiyası ilə Osmanlı İmperiyası arasında baş verən müharibə.[1]

Prut müharibəsi
Tarix 1710 - 1711
Yeri RumıniyaMoldova arasında yerləşən Prut çayının sahilləri
Nəticəsi Osmanlı İmperiyasının qalib gəlməsi
Münaqişə tərəfləri

Osmanlı imperiyası
Krım xanlığı
Kazak Hetmanlığı
İsveç İmperiyası
Valaxiya

Çar Rusiyası
Kazak Hetmanlığı
Moldov knyazlığı

Komandan(lar)

Baltacı Mehmed Paşa
II Giray
XII Karl
Filip Orlik

I Pyotr
Boris Şermetov
İvan Skoropadski
Dmitri Kantemir

Tərəflərin qüvvəsi

100.000

80.000

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsrin əvvəllərindən etibarən Osmanlı imperiyasına qarşı olan düşmənçiliyi daha da artan, isti dənizlərə enmək və Qara dənizə çıxış əldə etmək istəklərini daha da qətiləşdirən Rusiya çarlığı Osmanlı ilə müharibə üçün bəhanə axtarırdı. Şimal müharibəsi zamanı İsveç kralı XII Karlın ordusunun Poltava döyüşündə ağır məğlubiyyətindən sonra Dəmirbaş ləqəbli XII Karl qaçaraq Osmanlı imperiyasına sığındı. Bu bəhanə edən I Pyotrun qoşunları Osmanlı ərazısınə daxil oldu. Sultan III Əhməd Rusiyaya müharibə elan etdi (1710).

Savaşın qazanılması

[redaktə | mənbəni redaktə et]

Yenicə Sədri-Əzəm təyin olunan Baltaçı Mehmed Paşa 200 minlik ordu ilə İstanbuldan rus qoşunlarına doğru göndərildi. Onun ardıyca Osmanlı donanması və Krım xanın qoşunları da səfərbərliyə alındı. Osmanlı qoşunları Rus qoşununu Prut çayı sahilindəki Stanileşti kəndi yaxınlığında mühasirəyə alır. Vəziyyətin ağırlığını görən I Pyotr sülh danışıqları təklif edir. Krım xanının və XII Karlın israrlarına baxmayaraq, Baltaçı Mehmed Paşa sülh bağlamaqla kifayətlənir(1711-ci il, avqust ayında). Baltaçı Mehmed Paşanın nəyə görə sülhə razılaşdığı hələ də tam bəlli deyil, Bəzi araşdırmaçılara görə, I Pyotrun həyat yoldaşı Çariça I Yekaterina Baltaçı Mehmed Paşanı sülhə razı salmışdır. Sülh imzalanandan sonra, I Yekaterinanın Mehmed Paşanı intim əlaqəyə girərək sülhə razı saldığı barədə şayələr gəzməyə başladı. Bəzi araşdırmaçılara görə isə, Mehmed Paşa qiyam əhval-ruhiyəsi olan yeniçərilərə güvənmədiyinə görə sülhə razı olmuşdur. Əslində III Sultan Əhməd də sülh şərtlərini razılıqla qarşılamışdı. Amma sonradan I Pyotrun andlaşmasının bəzi şərtlərinə əməl etmədiyinə görə Baltaçı Mehmed Paşaya qarşı sarayda böyük bir müxalifət formalaşır.

Prut müqaviləsi

[redaktə | mənbəni redaktə et]

İmzalanan Prut sülh müqaviləsi ilə Azov qalası Osmanlıya geri verildi. Bundan sonra, Ruslar, İstanbulda davamlı elçı saxlaya bilməz və İsveç kralının sərbəst şəkildə öz ölkəsinə geri dönməsinə maneə olmamalı idilər. Rusiya çarlığı Polşa krallığının daxili işlərinə qarışmayacaqdı. Bununla da, Osmanlı dövləti, 1700-ci il İstanbul müqaviləsi ilə itirdiyi Azov qalası və ətrafını geri almış, Karlovitsa sülhü ilə itirdiyi torpaqları geri almaq haqqında ümidlənmişdir. Prut döyüşü nəticəsində İsveç-Osmanlı münasibətləri inkişaf etmişdir.

  1. Sutton Robert. The despatches of sir Robert Sutton, ambassador in Constatinople (1710—1714). Ed. by the Royl Historical Society by A.N. Kurat. London, 1951. P. 28 // Sutton — Dartmuth 20 nov. 1710.