Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ticino
Ticino — İsveçrənin kantonlarından biridir. Haradasa bütün kantonda yazı dili İtalyancadır. Qraubündən kantonu ilə meydana gətirdikləri bölgəyə Svizzera Italiana (İsveçrə İtalyası) deyilir. Adını Ticino Çayından almışdır.
Tikina boğazı
Tikina boğazı (isp. Estrecho de Tiquina) — Titikaka gölünün Boliviya hissəsində, La Paz departamentində yerləşir. == Coğrafiya == Tikina boğazı Titikakanın iki hissəsini bir-birinə birləşdirir. Şimal-qərbdən cənub-şərqə doğru bir istiqamətə sahibdir. Boğazın cənub sahilində San Pedro de Tikina şəhəri, cənubunda isə San Pablo de Tikina yerləşir. Boğazın eni 800 metr, uzunluğu isə 4 kilometrdir. == Daşınma == Boğazdan davamlı olaraq sərnişin daşıyan bərə fəaliyyət göstərir. Bu bərə Boliviyanın La Pas və Kopakabana şəhərlərini birləşdirən magistral yolun bir hissəsidir. On illərdir ki, yerli sakinlər Kopakabana yarımadasını Boliviyanın qalan hissəsi, San Pedro de Tikina və San Pablo de Tikina şəhərləri ilə birləşdirmək üçün boğazda bir körpü tikməyi xahiş edirlər.
Viola vicina
Viola reichenbachiana (lat. Viola reichenbachiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola silvatica subsp. reichenbachiana (Jord. ex Boreau) Syme Viola silvatica proles reichenbachiana (Jord. ex Boreau) Samp. Viola silvatica var. reichenbachiana (Jord. ex Boreau) Crép. Viola sylvestris subsp.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Thecina
Thecina (lat. - Thecina) — ibtidailərin amöbozoylar tipinin yarımdəstəsi. Az-çox düzgün konturlu qalınlaşmış, çox vaxt uzunsov, ovalvarı və ya yelpikşəkilli amöblərdir. Qialin zonası enlidir. Amöblərin şaxələnməsi nadir hallarda baş verir.
Tifinaq
Qədim Liviya yazısı (həmçinin Numidiya və Liviya kimi də tanınır) — Qədim Liviyanın yazıları, son dərəcə dəyişdirilmiş Finikiya əlifbasından götürülmüşdür. == Haqqında == Əlifbanın tərkibi qədim Liviya mətninin Punik və ya Latın mətni ilə təkrarlandığı ikidilli sayəsində quruldu. Lakin bu mətnlər əksər hallarda adları olan qəbir daşlarıdır və bu səbəbdən dilin özü praktik olaraq şifrələnməmiş qalır. İki növdə vardır - şərq və qərb. Yazının istiqaməti misilsizdir - sağdan sola, aşağıdan yuxarıya.
Tirana
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Tisian
Tisian Veçellio (it. Tiziano Vecellio; təq. 1490 – 27 avqust 1576[…], Venesiya, Venesiya Respublikası) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə (Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır. == Yaradıcılığı == Müasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir. Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır.
Tigin
Tigin (çincə: 特勤) — Türk dövlətlərində xaqanın vəliəhdlərinin daşıdığı titul. Bunlardan ən məşhuru Kül Tegindir. Günümüzdə "Təkin", "Tegin" olmaqla şəxsi ad kimi istifadə olunur.
Tilia
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Vicia
Lərgə (lat. Vicia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
İrina
İrina — ad.
Andrey Qaçina
Andrey Qaçina (21 may 1986) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Andrey Qaçina Xorvatiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 7-ci pillənin sahibi olub. Daha sonra Andrey Qaçina Xorvatiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub. Andrey Qaçina Xorvatiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Anthemis tubicina
Anthemis tubicina (lat. Anthemis tubicina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Baccharis ulicina
Baccharis ulicina (lat. Baccharis ulicina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bad-tibira
Bad-tibira (şum. 𒂦𒁾𒉄𒆠), "Mis İşçi(lər)inin divarı" və ya "Dəmirçilər qalası" — İraqın cənubundakı Əl-Şətrah və Tell Əs-Senkereh (qədim Larsa) arasında, müasir Tell Əl-Mədinə kimi müəyyən edilən, "Şumer kralı siyahı"sında antidiluvia şəhərləri arasında görünən Şumer şəhəri. Onun akkad dilində adı Dür-qurqurri idi. O, həmçinin Abiden və Apollodor tərəfindən ötürülən Beros kimi yunan müəllifləri tərəfindən "Παντιβίβλος" ("Pantibiblos") adlanırdı. Bu şəhərin adının digər versiyası olan Patibiranı "Dəmirçilər kanalı" olaraq da tərcümə edə bilərik. == Şumer ədəbiyyatında Bad-tibira == "Şumer kral siyahı"sına görə, Bad-tibira Eredudan sonra daşqından əvvəl Şumerdə "krallığın həyat sürdüyü" ikinci şəhər idi. Bu padşahların Enmenluanna, Enmenqalanna və Təmmuz olduğu deyilirdi. Erkən Şumer mətnində İnannanın cəhənnəmə enməsi hissəsində şəhərin məbədi Emuşkalammadan bəhs edilir. Bu rəvayətdə İnanna cəhənnəmdən gələn cinləri səfalət içində yaşayan Bad-tibiranın himayədarı Lulalı aparmaqdan çəkindirir. Onlar nəhayət Urukda saray zənginliyi içində yaşayan Təmmuzu aparır.
Indoseiulus ricini
Jilina FK
Jilina FK – Slovakiyanı təmsil edən peşəkar futbol klubu. 1908-ci ildə yaradılan klub 1928 və 1929-cu illərdə Slovakiya çempionu olub. Daha sonra klub Çexoslavakiya liqasında çıxış edib. Müstəqillik əldə edildikdən sonra "Corqon liqa" adı altında yaradılan Slovakiya çempionatında 2001-02; 2002-03; 2004-05; 2006-07-ci illər mövsümündə 5 ildə 4 dəfə olmaqla ölkə çempionluğunu əldə edib. 2009-10; 2011-12-ci illər mövsümlərində də çempion olan klub bundan başqa 1 ölkə kuboku və 4 ölkə super kubokunun qalibidir.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Lüdmila Zıkina
Lüdmila Georgiyevna Zıkina (rus. Людмила Георгиевна Зыкина; 10 iyun 1929[…], Moskva – 1 iyul 2009[…], Moskva) — SSRİ və Azərbaycan SSR xalq artisti, Sosialist Əməyi Qəhrəmanı.
Maka Çiçiua
Maka Çiçiua (gürc. მაკა ჩიჩუა) — Gürcüstan Respublikasının birinci xanımı; rəssam və aktrisa == Ailəsi == Georgi Marqvelaşvili uzun müddət vətəndaş nikahında yaşamışdır. o, Georgi Marqvelaşvili Gürcüstan prezidenti seçildikdən sonra 2014-cü ildə evlənmişlər. Onların nikah mərasimi Gürcüstanın şərqindəki Duşeti şəhərində, prezidentin öz evində baş tutmuşdur. Bu, Gürcüstan prezidentinin ikinci evliliyidir.