Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı.
Tirana | |
---|---|
Tiranë Tirona | |
41°19′44″ şm. e. 19°49′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1614 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 110 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +355 4 |
Poçt indeksi | 1001–1028 |
Nəqliyyat kodu | TR |
Digər | |
tirana.al | |
Vikianbarda əlaqəli mediafayllar |
Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir. Ədhəm Bəy Məscidi və saat qülləsi meydanın gözəlliyini daha da artırır. 35 metrlik qüllədən şəhərə baxmaq insana əlavə zövq verir. Paytaxtı öz qoynuna almış Dayti dağı sanki Tirananın mühafizəçisi vəzifəsini yerinə yetirir. Saat qülləsindən qədim şəkillər asılıb. Ölkəni 40 il kommunist rejimdə idarə etmiş Ənvər Xocadan ölkədə demək olar ki, heç bir şey qalmayıb, onun heykəlləri yığışdırılıb. Ənvər Xoca ölkəni 40 il idarə edib. Hətta bu ölkədə 1967-ci ildə dinin olmadığını da rəsmən bəyan edilib. Kommunizm dövründə ölkədə minlərlə məscid və kilsə yerlə bir edilib. Ölkədə kommunizm dövründən qalmış yeganə məscid Ədhəm Bəy Məscididir. O vaxtdan bəri bağlanmış məscid 1991-ci ildə yenidən xalqın xidmətinə verilib. Bu gün minlərlə insan bu məsciddə camaatla namaz qılır.