Tikina boğazı (isp. Estrecho de Tiquina) — Titikaka gölünün Boliviya hissəsində, La Paz departamentində yerləşir.
Tikina boğazı | |
---|---|
isp. Estrecho de Tiquina | |
Ümumi məlumatlar | |
Eni | minimum 0,7 km |
Uzunluğu | 4 km |
Yerləşməsi | |
16°13′ c. e. 68°50′ q. u. | |
Ölkə | Boliviya |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tikina boğazı Titikakanın iki hissəsini bir-birinə birləşdirir. Şimal-qərbdən cənub-şərqə doğru bir istiqamətə sahibdir. Boğazın cənub sahilində San Pedro de Tikina şəhəri, cənubunda isə San Pablo de Tikina yerləşir. Boğazın eni 800 metr, uzunluğu isə 4 kilometrdir.
Boğazdan davamlı olaraq sərnişin daşıyan bərə fəaliyyət göstərir. Bu bərə Boliviyanın La Pas və Kopakabana şəhərlərini birləşdirən magistral yolun bir hissəsidir.
On illərdir ki, yerli sakinlər Kopakabana yarımadasını Boliviyanın qalan hissəsi, San Pedro de Tikina və San Pablo de Tikina şəhərləri ilə birləşdirmək üçün boğazda bir körpü tikməyi xahiş edirlər[1].