Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Davit İşxanyan
Davit İşxanyan (27 dekabr 1958, Heşan, DQMV) — Qondarma Dağlıq Qarabağ Respublikası siyasətçisi. Erməni İnqilabi Federasiyasının üzvü, 2023-cü ilin avqustundan separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Assambleyasının prezidentidir. O, 2023-cü ilin sentyabrında qısa müddətə Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin səlahiyyətlərini icra edib. == Həyatı == 2023-cü il avqustun 7-də İşxanyan Milli Assambleyanın prezidenti seçilib. Sentyabrın 1-də o, həm də sələfi Arayik Harutyunyanın istefasından sonra prezident səlahiyyətlərini icra etdi və bu vəzifəni 2023-cü ildə keçiriləcək prezident seçkilərinə qədər saxladı. Bu postda İşxanyandan sonra Samvel Şahramanyan keçəcəkdi.
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. == Tarixi == "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.
Udacity
Udacity — əsası Sebastian Trun, Devid Stivens və Mayk Sokolski tərəfindən qoyulan şəxsi təhsil müəssəsidir. Təhsil onlayn verilir. Hal-hazırda (15 sentyabr 2013) 28 aktiv mövzu üzrə dərslər keçirilir. 2012-ci ilin yayında udacity dərslərinə 203 müxtəlif ölkədən tələbə qeydiyyatdan keçmişdir.
Uqarit
Uqarit — indiki Suriyada qədim şəhər-dövləti. Dünyada ən qədim partitura Uqaritdə tapılmış gil lövhəsində həkk olunmuşdu.
Dalit
Dalit (hind. दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Dasit
Dasit – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur. Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb. Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip. == Tapılması == Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır. == Mineraloji tərkib == Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur. Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur. Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395, Klermon-Feran – 457) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Dauıt (Əbyəlil)
Dauıt kəndi (başq. Дауыт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravilov kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Dauıt kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 3 km., kənd sovetliyindən (Askorovo): 3 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 50 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
David (Bernini)
David (it. Il David) — Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəldir. Skripione Borgeze inşa edilən villasının bəzədilməsi üçün Berniniyə çoxsaylı heykəllərin hazırlanmasını sifariş etmişdi və Davidin heykəli də həmin sifarişlər arasında idi. Heykəl bu gün də Borgeze qalereyasında saxlanılır. Heykəl 1623–1624-cü illərdə yeddi ay ərzində hazırlanmışdır. Heykəlin mövzusu Qoliafı öldürmək üçün ona daş atmağa hazırlaşan və sonradan onun başını kəsmiş Bibliya personajlarından biri olan Daviddir. Eyni mövzuda olan digər əsərlər (xüsusilə Mikelancelonun məşhur "David") heykəli ilə müqayisədə Bernininin "David"i ehtimal edilən hərəkəti və psixoloji intensivliyi ilə yeni üfüqlər açmışdır. == Ərəfə == Bernininin himayədarlarından biri olan kardinal Kripione Borgeze 1618–1625-ci illərdə sənətkara yeni inşa edilən villanın bəzədilməsi üçün heykəllər hazırlamaq sifariş edir. 1623-cü ildə 24 yaşlı Bernini "David" heykəlini başlamaq üçün çoxdan üzərində işlədiyi "Apollon və Dafne" heykəlini yarımçıq qoyur. Ödəniş qəbzinin verdiyi məlumata görə Bernini heykəl üzərində işə 1623-cü ilin ortalarında başlamışdır, sənətkarın bioqrafı Filippo Baldinuççi isə onun heykəli yeddi ay sonra tamamladığını bildirir.
David (Mikelancelo)
David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft) hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur. Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir. 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur. == Tarixi == === Erkən çətinliklər === Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır. Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası Arte della Lananın üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər.
David (heykəl)
David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft) hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur. Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir. 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur. == Tarixi == === Erkən çətinliklər === Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır. Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası Arte della Lananın üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər.
David Abdulai
David Fuseyni Abdulai (1951 – 2 Oktyabr 2016) — Qanalı mesenat. Qananın Tamale şəhərindəki Şekinnah klinikasının xeyriyyəçi həkimi və qurucusu idi. O, 2012-ci ildə ABŞ səfirliyi tərəfindən təşkil olunan Qana Martin Lüter Kinq Mükafatının beşinci sahibi olmuşdur.
David Adeanq
David Adeanq — Naurulu bir siyasətçidir. 24 noyabr 1969-cu ildə Nauruda anadan olmuşdur. Adeanq karyerasına vəkil olaraq başlamışdır. Bir müddət Naurunun maliyyə naziri olmuşdur.
David Alaba
David Alaba (alm. David Olatokunbo Alaba‎; 24 iyun 1992[…], Vyana) — Avstriya futbolçusu, Real Madrid FK və Avstriya milli futbol komandasının oyunçusu. == Həyatı == 24 iyun 1992-ci ildə doğulub. == Ailəsi == Alaba mənşəcə afroasiyalıdır, anası filippinli, atası nigeriyalıdır. Anasının peşəsi tibb bacısı, atasının peşəsi disk jokeydir. (əvvəl reper). == Karyera == === Klub === 24 iyun 1992-ci ildə Vyanada doğulan David Alaba öz karyerasına "Austriya Vyana" klubunda başlayıb. Artıq 2008-ci ildən, Alaba Avstriyalı klubun ehtiyatında özünə yer qazanmışdı. "Austriya"nın ehtiyat tərkibində 5 matçdan sonra David Bayern Münhen klubuna keçdi. 2010-cu ilin yanvarından isə "Bayern Münhen" klubunun əsas məşqlərinə cəlb olundu.
David Andquladze
David Andquladze (tam adı: David Yasonoviç Andquladze; 15 oktyabr 1895 – 29 noyabr 1973, Tbilisi) — Gürcüstan və SSRİ müğənnisi (dramatik tenor), SSRİ xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1947), Gürcüstan SSR Dövlət mükafatı laureatı (1973), Professor (1958). == Həyatı == David Andquladze 1895-ci ildə oktyabrın 15-də Gürcüstan Respublikasının Ozurqeti rayonunun Baxvi kəndində anadan olmuşdur. 1927-ci ildə Tiflis konservatoriyasını bitirmişdir. Səhnə fəaliyyətinə 1926-cı ildə Tiflisdə başlamış, 1927–29-cu illərdə Moskva Musiqili Teatrı və 1933–35-ci illərdə SSRİ Böyük Teatrının solisti, 1929–33; 1935–55-ci illərdə Gürcüstan Opera və Balet Teatrının aparıcı solisti və 1945–49-cu illərdə bədii rəhbəri olmuşdur. 1946–73-cü illərdə Tbilisi konservatoriyasında dərs demişdir. 1967–73-cü illərdə kafedra müdiri olmuşdur. David Andquladze 1973-cü ilin noyabrın 29-da Gürcüstan Respublikasının Tbilisi şəhərində vəfat etmişdir.
David Production
David Production (株式会社デイヴィッドプロダクション, Kabushiki-gaisha Deividdo Purodakushon) — Yaponiya animasiya studiyası. Ən çox "JoJo's Bizarre Adventure" manqası əsasında çəkdiyi anime serialları ilə tanınır. Animasiya studiyası Gonzo şirkətini tərk edən şirkət prezidenti Koci Kocita və prodüser Tayto Okiura tərəfindən 2007-ci ilin sentyabrında qurulmuşdur. Şirkət ilk başlarda kiçik işlərlə məşğul idi, lakin 2009-cu ildə ilk əsas işi olan "Ristorante Paradiso" animesini çəkmişdir. 1 avqust 2014-cü ildə şirkət Fuji Television tərəfindən alınmışdır.
David Qrossman
David Qrossman (ivr. ‏‏דויד גרוסמן‏‎; 25 yanvar 1954[…], Qüds) —yəhudi yazıçı. == Həyatı == David Qrossman 1954-cü ildə Qüds şəhərində doğulub.Atası Polşadan gəlmədir. Bütün ata qohumları Holokost zamanı ya məhv olmuş, ya da itkin düşmüşdü. Anası əslən qüdslüdür. David Qrossman İsrail ordusunda xidmət etdikdən sonra universitetdə fəlsəfə və teatr sənətini öyrənmişdi. İsrailin səsi radiosunda aparıcı kimi çalışmışdı. == Ədəbi yaradıcılığı == David Qrossman ilk kitabını 1979-cu ildə nəşr etdirib. İlk romanı isə "Oğlağın təbəssümü" (חיוך הגדי) adlanır. İudeya və Samariya əhalisinin yaşam yolu haqqındadır.
David Rabinoviç
David Rabinoviç (ing. David Lincoln Rabinowitz; 1960) — Neptunxarici cisimlərin kəşfi üzrə tədqiqatlar aparan komandanın üzvü olan amerikan astronom. == Karyerası == David Rabinoviç Yerə yaxın və Koyper qurşağında yerləşən kosmik cisimlərin öyrənilməsi üçün proqram və kameraların təkmilləşdirilməsi üçün işlər görmüş və nəticədə ölçüsü 1 km-dən daha böyük olan cisimləri müşahidə etməyə imkan yaranmışdır. Bununla yanaşı, onun fəaliyyəti nəticəsində kvazar və ifrat yeni ulduzlar haqqında da ətraflı məlumat əldə etmək mümkün olmuşdur. Bu məlumatlar əsasında Günəş sisteminin təkamülü və qalaktikaların genişlənməsinə imkan yaradan qaranlıq enerji daha yaxşı başa düşülmüşdür. Kvazar Ekvator Tədqiqat komandasından olan Mayk Braun və Çad Truyillo ilə birlikdə 90377 Sedna, Erida, Makemake kimi Neptunxarici cisimlərin kəşfi prosesində iştirak etmişdir.
David Rikardo
David Rikardo (ing. David Ricardo; 18 aprel 1772[…], London – 11 sentyabr 1823[…], Qlosterşir[d]) — ingilis iqtisadçısı. == Həyatı == David Rikardo Londonda Hollandiyadan köçən ispan mənşəli yəhudi olan iri birja işbazının ailəsində dünyaya gəlmişdir. Onun heç bir universitet təhsili olmamışdır, lakin öz-özünə yaxşı təhsil alaraq gənc(14 yaşından) yaşlarından bizneslə, fond birjasında alış-veriş işləriylə məşğul olmuşdur. O, tez bir vaxtda varlı iri bir torpaq mülkiyyətçisi olmuşdur. Lakin buna baxmayaraq o, iri torpaq mülkiyyətçilərinin deyil,iri burjuaziyanın mənafeyini müdafiə etmişdir. Rikardo iqtisad elminin metodologiyasına da mühüm töhfələr vermişdir. Hər şeydən əvvəl o, iqtisad elminin texnikasını icad etmiş, ilk dəfə olaraq "model" məhfumunu və müqayisəli təhlil metodunu iqtisadiyyata tətbiq etmişdir. == Əsərləri == İngiltərədə klassik iqtisad elmi özünün yüksək ifadısini Rikardonun əsərində tapmasına və iqtisad elminin tarixində ona daha çox istinad edilməsinə baxmayaraq çox cəhətdən mübahisə edilən iqtisadçılardan biridir. Onun yalnız "Siyasi iqtisadın və vergiqoymanın əsasları" (1817) adlı əsəri olmuşdur.
David Roberto
David Sikeyros
Xose David Alfaro Sikeyros (isp. José David Alfaro Siqueiros; 29 dekabr 1896 - 6 yanvar 1974) — Meksikalı rəssam, qrafik, muralist və siyasi fəal, Meksikada kommunist hərəkatının məşhur nümayəndələrindən biri.