Dasit

Boz, qırmızı, dəyişilmiş ağ, axın formalı pemza dasitlər
QAPF diaqramında dasit

Dasit[1] – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur.[2] Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb.[3]

Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip.

Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır.[2]

Mineraloji tərkib

[redaktə | mənbəni redaktə et]
TAS diaqramında dasit

Riolitandezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur.[3] Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur.[4]

Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgitenstatit də rast gəlinir. Daha çox plagioklaz və kvarsdan ibarət olan dasit adətən açıq rəngli, tez-tez ağdan açıq boza qədər rənglərdə olur. Hornblend və biotitlə zəngin dasit açıq bozdan açıq qəhvəyiyə qədər rənglərdə ola bilər. Tutqun rəngli dasitlər adətən avgit və enstatidən ibarət olur.[2]

Dasit maqması subduksiya zonasında nisbətən cavan okean plitəsinin qitə plitəsinin altına gömüldüyü yerdə inkişaf edir. Okean plitəsi mantiyanın içinə daxil olanda sərbəst suyun təsirindən hissəli əriməyə məzur qalaraq ətraf süxurları da əridir.[3]

Dasitin istifadəsi

[redaktə | mənbəni redaktə et]

Qədimdə insanlar onu kəsici alət kimi istifadə edirdi.[2]

  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 147. ISBN 978-9952-523-37-9. dasit
  2. 1 2 3 4 Dacite Arxivləşdirilib 2022-04-21 at the Wayback Machine. geology.com
  3. 1 2 3 Dacite Arxivləşdirilib 2022-05-31 at the Wayback Machine. alexstrekeisen.it
  4. Dacite Arxivləşdirilib 2022-05-31 at the Wayback Machine. mindat.ogr
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.