David Andquladze (tam adı: David Yasonoviç Andquladze; 3 (15) oktyabr 1895 – 29 noyabr 1973, Tbilisi) — Gürcüstan və SSRİ müğənnisi (dramatik tenor), SSRİ xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1947), Gürcüstan SSR Dövlət mükafatı laureatı (1973), Professor (1958).
David Andquladze | |
---|---|
David Yasonoviç Andquladze | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ozurqeti, Gürcüstan |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan |
Dəfn yeri | |
Vətəndaşlığı | Gürcüstan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Təhsili |
|
Elmi adı | |
Mükafatları |
SSRİ xalq artisti (1950) SSRİ Dövlət mükafatı laureatı (1947) Gürcüstan SSR Dövlət mükafatı laureatı (1973) |
David Andquladze 1895-ci ildə oktyabrın 15-də Gürcüstan Respublikasının Ozurqeti rayonunun Baxvi kəndində anadan olmuşdur. 1927-ci ildə Tiflis konservatoriyasını bitirmişdir. Səhnə fəaliyyətinə 1926-cı ildə Tiflisdə başlamış, 1927–29-cu illərdə Moskva Musiqili Teatrı və 1933–35-ci illərdə SSRİ Böyük Teatrının solisti, 1929–33; 1935–55-ci illərdə Gürcüstan Opera və Balet Teatrının aparıcı solisti və 1945–49-cu illərdə bədii rəhbəri olmuşdur. 1946–73-cü illərdə Tbilisi konservatoriyasında dərs demişdir. 1967–73-cü illərdə kafedra müdiri olmuşdur. David Andquladze 1973-cü ilin noyabrın 29-da Gürcüstan Respublikasının Tbilisi şəhərində vəfat etmişdir.[1]