Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).
Pirop
Pirop — mineral, piralspit seriyasından qranat Mg3Al2[SiO4]3. == Haqqında == Pirop - saf pirop təbiətdə rast gəlmir. Pirop adətən 40 mol. %-ə qədər almandin komponenti, 10-20 mol. %-dək qrossulyar komponentinin qarışığı olur. Spessartin komponentinin miq­­darı 2 mol. %-dən çox olmur. Rəngi çəhrayı-qırmızı, bənövşəyidən qarayadək; n=1,705-1,760. X.ç. 3,58-3,75, a=11,543-11,580 A°.
Sirop
Sirop (ərəb. شراب‎ şərab; lat. sirupus) — suda əsasən şəkər məhlulundan ibarət olan, çox miqdarda həll edilmiş şəkər olan, lakin kristalların az miqdarda meylini göstərən qalın, viskoz (yapışqan) bir maye. Onun tutarlılığı (ardıcıllığı, quruluşu) bəkməzə bənzəyir. Yapışqanlıq, bir çox hidroksil (OH) qrupa sahib olan həll edilmiş şəkər ilə su arasındakı çoxlu hidrogen əlaqələrinə görə meydana gəlir. Siroplar suda şəkəri həll edərək və ya saman suyu, sorqum suyu və ya ağcaqayın sapı kimi təzə suları azaltmaqla hazırlana bilər. Qarğıdalı siropu isə qarğıdalı nişastasından şəkərlərə çevrilən bir fermentativ prosesdən istifadə edilərək əldə edilir.
Kuros
Kuros (q.yun. κοῦρος, cəmdə kuroy) — çılpaq kişi gəncləri təsvir edən müstəqil qədim Yunanıstan heykəllərinə verilən müasir termin. Onlar ilk dəfə Yunanıstanda Arxaika dövrdə meydana çıxmış, əsasən Attika və Beotiyada tapılmışdır, lakin Siciliya kimi bir çox digər qədim yunan ərazilərində az sayda aşkar edilmişdir. Belə heykəllərə yunandilli dünyada rast gəlini. Bunların çoxu əsasən Apollon ziyarətgahlarında tapılmışdır. Yalnız Beotiyada yerləşən Apollon Ptoyon ziyarətgahından yüzdən çox belə heykəl aşkar edilmişdir. Bu müstəqil heykəllər adətən mərmərdən idi, lakin əhəngdaşı, ağac, tunc, fil sümüyü və terrakota ilə işlənmişdir. Onlar adətən real həmcdə olurlar, baxmayaraq ki, erkən nəhəng nümunələr 3 metrə qədər hündürlüyə malikdir. Kurosun qadın forması kora adlanır. == Etimologiyası == Qədim yunan dilində sözü kuros (κοῦρος) "xüsusilə də nəcib rütbəli gənc oğlan" deməkdir.
Uklon
Uklon — ukraynalı taksi xidməti. Uklon minik, çatdırılma, avtomobillərin idarə edilməsi və digər nəqliyyat xidmətləri təklif edir. Şirkət 2009-cu ildə startap olaraq yaradılıb və hazırda 500-dən çox işçisi var. İT bölməsi Ukrayna bazarındakı ən böyük infrastrukturlardan birinə sahibdir. Uklon Ukraynanın 28 şəhərini əhatə edir. Onlardan ikisində — Xerson və Mariupolda Rusiyanın Ukraynanı işğalından sonra xidmət dayandırılıb. == Tarixi == 2006-cı ildə Dmitri Dubrovski Evos şirkətini təsis edib. O zaman Evos-un 20-yə yaxın işçisi var idi, onlardan Dmitri Dubrovski baş direktor idi. Viktoriya Dubrovski maliyyəyə, Serhi Smus isə satışa cavabdeh idi. Uklon məhsulu Kiyev Mohıla Akademiyasının məzunu, 21 yaşlı riyaziyyatçı Vitali Diatlenko tərəfindən hazırlanıb.
Krep
Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. == Pənkeyk == İngilislər və amerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir. == Blin == Rusların və bir sıra başqa slavyanların krepləridir.
Krip
Krip (rus. крип, ing. creep) — ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır.
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Kröz
Kröz (fr. Creuse, oks. Cruesa) — Fransa mərkəzində yerləşən , Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 23. İnzibati mərkəzi — Qere. Əhalisi — 127 919 nəfərdir (departamentlər arasında 100-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi 5565 km²dir. Departament vasitəsilə Kröz çayı və onun bir neçə qolu axır. Departamentə 2 rayon, 27 kanton və 260 kommun daxildir. == Tarixi == Kröz — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir.
Kurp
Kurp (Kabard.-çərk. КурпI, Oset. Куырыпп) - Terekin sağ qolu olub Şimali Osetiya və Kabardina-Balkariyada çaydır . Uzunluğu 50 km, hövzəsi 337 km²-dir. Ən böyük qolu Joronka çayıdır (sağ, 21 km). == Coğrafiya == Çay Şimali Osetiyanın Kirov rayonunda, Sunja silsiləsinin şimal yamacındakı ən yüksək zirvəsi Zamankul dağından (926 m) 7,5 km şimal-şərqdə , buynuzlu -fıstıq meşələrdə yaranır.Razdzoq kəndi mənbədən 6,5 km cənubda yerləşir. Əvvəlcə cərəyanın ümumi istiqaməti şimal-qərbə yönəlir. Yuxarıda dağ meşələri arasında axır və düzənliyə çıxır.Çay Kusova kəndindən aşağıda, Kabardina-Balkariyanın Terek rayonundadır. İnarkoy kəndi yaxınlığında çay sol qolu olan Suxoy Kurpa (12 km) qovuşur və bundan sonra şimal-şərqə dönür. Aşağı Kurp kəndi yaxınlığında, Aşağı Malqobek kəndindən şərqə doğru kənara çıxaraq, bu andan başlayaraq şimala axanadək ən böyük özəyi olan Joronka çayı ilə qovuşur.
UDRP
UDRP- (eng.Uniform Domain Name Dispute Resolution Policy) – domen adları ilə bağlı mübahisələrin həlli üçün məhkəmədən xaric prosedur və siyasət. Bəzi yuxarı səviyyəli domen zonası – bütün ümumi domenlər (.biz, .com, .info, .name, .net, .org və s.), eləcə də bəzi milli domenlər (.hk, .in və s.) üçün tətbiq olunur. Bu prosedur 1999-cu ildə ICANN tərəfindən qəbul olunub. Uyğun qaydalar müəyyən olunan yuxarı səviyyəli domenlərin bütün qeydiyyatçıları və onların bütün müştəriləri müqavilələrində mübahisələri həll etmək üçün mütləq UDRP-dən istifadə etmək öhdəliyi götürürlər; başqa sözlə, UDRP domen adlarının qeydiyyat müqaviləsinin bir hissəsi olur. == Həmçinin bax == Domen adı DNS URL Kiberskvottinq Domen ICANN == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ukok
Ukok – Rusiya Federasiyasında yerləşən yayla == Coğrafiyası == Ukok yaylası Altay Respublikasının ən cənubunda, Qazaxıstan, Çin, Rusiya və Monqolustanın sərhəd qovşağında yerləşir. Ukok yaylası 2200–2500 metr mütləq yüksəkliklərə malik dağlıq düzən, dağlıq və yüksək dağlıq səviyyəli səthin reliktidir. Yaylanın üzərində 500-600 metr sıra dağlar yüksəlir. Dağ silsiləsinin maksimum mütləq yüksəkliyi (əvvəllər Nairamdal adlandırılan Kuyten-Uul şəhəri) 4374 metrə çatır Kuyten-Uul dağı, Beluxadan sonra, Altay dağlarının ikinci ən yüksək zirvəsidir.
Urap
Urap- buğa verilmiş tərəvəzlər ilə rəndələnmiş ədvalı kokos parçalarının qarışığından hazırlanan salat növü. Bu salat İndoneziya mətbəxinə, daha dəqiq desək, Yava mətbəxinə aid edilir. Urap salatından vegeterianlar üçün yeməklərə də aid edilir.
Urup
Urup adası (yap. 得撫島, aynu. ウルㇷ゚, Уруп; həmçinin Rakkoşima; 1760—1806-cı illər ərzində Aleksandr adası) — Kuril adalarına daxil olan Böyük Kuril cırgəsinə aid olan ada. Ümumilikdə isə arxipelaqın dördüncü ən böyük adası. İnzibati cəhətdən isə Saxalin vilayətinin Kuril şəhər dairəsinə aiddir. 1946—1991 illərdən adada sərhəd zastavası fəaliyyət göstərmişdir. Burada Sovet sərhəd konringenti xidmət edirdi. Hazırda isə daimi əhaliyə sahib deyildir. == Fiziki-coğrafi xüsusiyyətləri == === Coğrafiyası === Ada Urup boğazı ilə Çornıye Bratya adalarından ayrılır. Bu ada Urupdan 30 km şimal-şərqdə yerləşir.
IAI Harop
IAI Harop və ya IAI Harpy 2 — İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal edilən kamikadze dron. Anti-radiasiya kateqoriyasına aiddir. Hədəfin yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəfə vurur. Həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən radar ölçüsünün kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas hava hücumundan müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarına görə onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər. Beləliklə, düşmənin radar bazalarını, hava hücumundan müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar. == Ümumi == IAI Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 200 kilometrdir. Harop özünün əvvəlki versiyası sayılan IAI Harpy-nin daha böyük versiyasıdır.
Nurofen (sirop)
Okros qalası
Okros qalası (gürc. ოქროს ციხე) — Adigen bələdiyyəsində, Samtsxe-Cavaxeti bölgəsinin cənubundakı Şoqa kəndinin şimalında orta əsrə aid qala. Tarixi Kvabliani vadisində, əlçatmaz qayalıqda yerləşir. Qala XVI əsrin Gürcüstan-Osmanlı qarşılaşmalarında görkəmli olaraq tanınır və adının türkcəsi Altunkala kimi bilinir. 2007-ci ildə Okros qalası Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət abidələri siyahısına yerləşdirilmişdir. == Tarixi == Okros qalası XIII əsrin sonlarında və ya XIV əsrin əvvəllərində inşa edilmişdir. Mesxeti prinsliyinin Cakeli sülaləsinin sahib olduğu əsas istehkamlardan biri olmuşdur. Kvabliani vadisindəki hakim mövqeyinə görə qala 1578-ci ildə Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı Osmanlı ordusunun hücum etdiyi Samtskinin mühafizəsində mühüm rol oynamışdır. Bura Şahzadə Dedisimedinin Osmanlı komandiri ilə sülh müqaviləsini müzakirə etməzdən əvvəl özünü möhkəmləndirdiyi yer idi. Vilayətin son Osmanlı fəthindən sonra qala Altunkala adı ilə tanınmış və rayonun mərkəzi olmuşdur.
İgor Cukrov
İqor Sukrov (6 iyun 1984, Şibenik) — Xorvatiya müğənnisi. == Həyatı == İqor Sukrov 6 iyun 1984-cü ildə Yuqoslaviyada anadan olmuşdur. Zaqrebdə İlahiyyət Fakültəsində təhsil alır. == Avroviziya == Andrea Susnjara ilə birlikdə Xorvatiyanı 2009 Avroviziya Mahnı Müsabiqəsində “Lijepa Tena” (Azərbaycanca:“Gözəl Tena”) mahnısı ilə təmsil etmişdir. Yarımfinalda ilk onluğa daxil ola bilməsə də münsiflərin seçimi ilə finala keçmişdir. Finalda isə 45 xalla 18–ci olmuşdur.
İqor Sukrov
İqor Sukrov (6 iyun 1984, Şibenik) — Xorvatiya müğənnisi. == Həyatı == İqor Sukrov 6 iyun 1984-cü ildə Yuqoslaviyada anadan olmuşdur. Zaqrebdə İlahiyyət Fakültəsində təhsil alır. == Avroviziya == Andrea Susnjara ilə birlikdə Xorvatiyanı 2009 Avroviziya Mahnı Müsabiqəsində “Lijepa Tena” (Azərbaycanca:“Gözəl Tena”) mahnısı ilə təmsil etmişdir. Yarımfinalda ilk onluğa daxil ola bilməsə də münsiflərin seçimi ilə finala keçmişdir. Finalda isə 45 xalla 18–ci olmuşdur.
Turop Van Orman
Mark "Turop" Eşton Van Orman (26 aprel 1976, Norfolk, Virciniya) — amerikalı karikaturaçı, animasiyaçı, ssenarist, prodüser, rejissor və səsləndirmə aktyoru. O, 2008–2010-cu illərdə Cartoon Network telekanalında yayımlanan "Flepcek" cizgi serialının yaradıcısı və icraçı prodüseri olmuşdur. Üstəlik bu serialda o, həmçinin baş qəhrəman olan Flepceki səsləndirmişdir. Van Orman rejissorluq debütünü 2019-cu ildə ekranlara çıxan "Qəzəbli quşlar 2" filmi ilə etmişdir. == Həyatı və fəaliyyəti == Van Orman Virciniya ştatının Norfolk şəhərində doğulub böyüyüb. Van Orman CalArts-da animasiya üzrə təhsil almazdan əvvəl Zantaro adlı videooyun şirkətində çalışıb. O, "Camp Lazlo", "The Powerpuff Girls" və "The Grim Adventures of Billy & Mandy" cizgi serialları üçün hekayə rəssamı və ssenari müəllifi kimi fəaliyyət göstərib. O, həmçinin "Macəra zamanı" və "Sanjay and Craig" serialının ilk mövsümünün prodüseri olmuşdur. Turop bundan əlavə DeviantArt-da pərəstişkarlarının fan-artına cavab verməklə tanınır. Van Ormanın qardaşı Conni, onu "Flepcek" serialını yaratmaqda və Cartoon Network-da animasiya sahəsində karyera qurmağa ruhlandırıb.
Akop Akopyan
Hakob Hakobyan (erm. Հակոբյան Հակոբ; 1951, Mosul – 28 aprel 1988, Afina) — erməni terrorçusu ASALA terror təşkilatının qurucusu. Həmçinin Miqran Miqranyan və Harutyun Takoşyan adları ilə də tanınır. == Həyatı == Hakob Hakobyan 1951-ci ildə İraqın şimalındakı Mosul şəhərində anadan olmuşdur. Gənc yaşlarında Livana köçmüş və burada "Fələstin azadlıq cəbhəsi"nin sıralarına qatılmışdır. Bəzi erməni fəallarının təhriki və "Fələstin azadlıq cəbhəsi"nin yaxından iştirakı ilə Hakobyan ASALA terror təşkilatını qurur və onun başçısı olur. Lakin Hakobyanın təşkilatın idarəsində tətbiq etdiyi sərt metodlar təşkilat üzvlərinin bir hissəsinin narazılığına səbəb olur və bu narazılıq 1983-cü ildə təşkilatın parçalanması ilə nəticələnir. Fransa polisi Hakobyanı Orli hava limanındakı partlayışda və ASALA-nın digər aksiyalarında günahkar bilərək beynəlxalq axtarışa verir. Lakin Hakobyanı ələ keçirə bilmir. ASALA-dan qopmuş terrorçular digər terrorçu Monte Melkonyanın ətrafında cəmləşir.
Akop Kamari
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Lüləsaz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Akop Vardovyan
Akop Vardonyan (erm. Յակոբ Վարդովեան; türk. Agop Vartovyan; təxəllüsü – Güllü Akop, erm. Կիւլլիւ Յակոբ, türk. Güllü Agop; 18 avqust 1830, Konstantinopol, Osmanlı imperiyası – 1898, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı ermənisi olan teatr rejissoru və aktyoru. O, Türkiyədə İstanbul Şəhər Teatrlarına çevrilən müasir tamaşa sənəti qurumunun təməlini qoyduğu üçün geniş şəkildə tanınır. Yazıçılara, tamaşaçılara təşkilatçı, maliyyəçi və dəstəkçi kimi keyfiyyətlərinə görə Vardonyan bütövlükdə XIX əsr Türkiyə teatr sənətinin öncüllərindəndir. O, müasir Türkiyə teatrının banisi kimi tanınır. Akop Vardonyan bir Osmanlı ermənisi kimi öz teatrında müntəzəm olaraq erməni müəlliflərin tamaşalarını səhnələşdirirdi. 1868-ci ildən sonra o, müntəzəm olaraq sadəcə türkdilli tamaşaları təşkil etmək qərarına gəlmişdir.
Drip Drop
Drip Drop (azərb. Damla damla‎) – Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Səfurə Əlizadənin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri Sandra Bjurmana, musiqisi isə Stefan Örn və Anders Baggeyə aiddir. "Drip Drop" üç mahnı arasından seçilmişdir.
Drop shipping
Birbaşa göndərmə (ing. Drop shipping) – satıcının müştərilərin sifarişlərini qəbul etdiyi, lakin məhsulları müştəriyə stokda saxlamadan birbaşa göndərdiyi pərakəndə ticarət növü. Bu ticarətdə heç bir saxlama prosesi yerinə yetirilmir. == Gedişat == Bu iş modeli məhlul mağazası tələb etmir. Tamamilə ləğv edilə bilər və ya göndərilən sifarişin yerinə yetirilməsi iş modeli ilə birləşdirilə bilər. Fiziki pərakəndə satıcı, potensial açılan göndərilən əşyaları sərgidə saxlaya bilər, poçt sifarişi qaydaları haqqında məlumatları kataloqu ilə təmin edə bilər və ya yalnız onlayn mövcud olan məlumatları olan vebsayt saxlaya bilər. Virtual pərakəndə satış şirkətinin yalnız vebsaytı olur. == İnkişaf == 2006-cı ildən bəri Çində bir çox birbaşa göndərmə şirkəti meydana çıxdı, bunların çoxu həm şirkətlərə, həm də fərdlərə topdansatış və endirmə xidmətləri təklif edir. == Fırıldaqçılar == Drop Shipping internet əsaslı ev biznesi fırıldaqlarında da nəzərə çarpırdı. Fırıldaqçılar bu işi gəlirli bir "evdən iş imkanı" olaraq təbliğ edəcəklər hansıki bu qurbanlara satışa göndərilən sifarişlərinin verilə biləcəyi müəssisələrin siyahısı satılacaq.