Mark "Turop" Eşton Van Orman (26 aprel 1976[1], Norfolk, Virciniya) — amerikalı karikaturaçı, animasiyaçı, ssenarist, prodüser, rejissor və səsləndirmə aktyoru. O, 2008–2010-cu illərdə Cartoon Network telekanalında yayımlanan "Flepcek" cizgi serialının yaradıcısı və icraçı prodüseri olmuşdur. Üstəlik bu serialda o, həmçinin baş qəhrəman olan Flepceki səsləndirmişdir. Van Orman rejissorluq debütünü 2019-cu ildə ekranlara çıxan "Qəzəbli quşlar 2" filmi ilə etmişdir.
Turop Van Orman | |
---|---|
Doğum tarixi | 26 aprel 1976[1] (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | səsləndirmə aktyoru[d], animasiyaçı, ssenarist, kinorejissor, televiziya prodüseri[d] |
Təhsili |
|
IMDb | ID3006131 |
Van Orman Virciniya ştatının Norfolk şəhərində doğulub böyüyüb.
Van Orman CalArts-da animasiya üzrə təhsil almazdan əvvəl Zantaro adlı videooyun şirkətində çalışıb.[2] O, "Camp Lazlo", "The Powerpuff Girls" və "The Grim Adventures of Billy & Mandy" cizgi serialları üçün hekayə rəssamı və ssenari müəllifi kimi fəaliyyət göstərib. O, həmçinin "Macəra zamanı" və "Sanjay and Craig" serialının ilk mövsümünün prodüseri olmuşdur. Turop bundan əlavə DeviantArt-da pərəstişkarlarının fan-artına cavab verməklə tanınır.
Van Ormanın qardaşı Conni, onu "Flepcek" serialını yaratmaqda və Cartoon Network-da animasiya sahəsində karyera qurmağa ruhlandırıb. Van Orman 1999-cu ildə Şerri Van Orman ilə ailə həyatı qurub. Onların Blossom[3] və Hazel adında iki qız övladı var.
Orman 2013-cü ildən "North Woods" adlı animasiya layihəsi üzərində işləyir. Bu, layihə ilk dəfə 2013-cü ildə "Black Forest" adlı potensial stop-motion cizgi filmi kimi Nickelodeon-a təqdim edilmişdir. Nickelodeon tərəfindən ötürüldükdən sonra layihə 2016-cı ildə Disney XD üçün "Disney Television Animation"-a təqdim edildi. Layihənin inkişafı 2018-ci ildə Disney tərəfindən dayandırıldı, lakin daha sonra Disney Channel üçün 2021-ci ildə yenidən canlandırıldı.[4][5][6][7][8][9][10]
Van Orman "Balaca Şahzadə" filminin adaptasiyası üçün konsept rəsmlərini təqdim etdi. O, film üçün ideyaları və vizualları təmsil edən vizual dizaynlar və illüstrasiyalar yaratmışdır. Konsept rəsmlər tez-tez film istehsalının ilkin mərhələlərində filmin vizual üslubunu və estetikasını yaratmaq üçün istifadə olunur. O, həm də Twitter-də Vikinqlər haqqında film yazacağını elan etmişdir.
İl | Ad | Rol |
---|---|---|
2015 | Balaca şahzadə | Konsept rəssamı |
2019 | Qəzəbli quşlar 2 | Rejissor |
TBA | Untitled Vikings film | Ssenari müəllifi |
İl | Ad | Rol |
---|---|---|
2004 | The Powerpuff Girls | Story, storyboard artist, and writer |
2004–05 | The Grim Adventures of Billy & Mandy | Story, storyboard artist, storyboard revisionist |
2005–07 | Camp Lazlo | Writer, storyboard artist, and storyboard director |
2008–10 | Flepcek | Creator, executive producer, story, writer, storyboard artist, director |
2010–11 | Macəra zamanı | Supervising producer, story (season 2) |
2013–14 | Sanjay and Craig | Supervising producer, creative consultant |
2016–18 | Home: Adventures with Tip & Oh | Co-developer, story, writer, executive producer |
2019, 2022 | Amphibia | Voice actor, Special thanks |
TBA | North Woods | Creator |
İl | Ad | Rol | Qeydlər |
---|---|---|---|
2008–10 | Flepcek | Flapjack / Background Singer / Additional voices | 46 episodes |
2011–18 | Macəra zamanı | Tree Witch / Kent / Wishy | 3 episodes |
2011 | Cartoon Network: Punch Time Explosion XL | Flapjack | Video game |
2012–16 | Qraviti Fols | Gideon Gleeful | 9 episodes |
2013, 2014 | Sanjay and Craig | Additional voices | 8 episodes |
2016 | The Magnificent Menagerie of Melvin McMelanie | Short film | |
Home: Adventures with Tip & Oh | 1 episode | ||
Amphibia | Sprig Plantar | Pilot only | |
2018–20 | Rise of the Teenage Mutant Ninja Turtles | Todd Capybara | 7 episodes |
2019 | Qəzəbli quşlar 2 | Duck / Seal | Film |
2023 | Kiff | Louis | 1 episode |