Kuros (q.yun.κοῦρος, cəmdə kuroy) — çılpaq kişi gəncləri təsvir edən müstəqil qədim Yunanıstan heykəllərinə verilən müasir termin.[a] Onlar ilk dəfə Yunanıstanda Arxaika dövrdə meydana çıxmış, əsasən Attika və Beotiyada tapılmışdır, lakin Siciliya kimi bir çox digər qədim yunan ərazilərində az sayda aşkar edilmişdir.[2][3] Belə heykəllərə yunandilli dünyada rast gəlini. Bunların çoxu əsasən Apollon ziyarətgahlarında tapılmışdır. Yalnız Beotiyada yerləşən Apollon Ptoyon ziyarətgahından yüzdən çox belə heykəl aşkar edilmişdir.[4] Bu müstəqil heykəllər adətən mərmərdən idi, lakin əhəngdaşı, ağac, tunc, fil sümüyü və terrakota ilə işlənmişdir. Onlar adətən real həmcdə olurlar, baxmayaraq ki, erkən nəhəng nümunələr 3 metrə qədər hündürlüyə malikdir.
Qədim yunan dilində sözü kuros (κοῦρος) "xüsusilə də nəcib rütbəli gənc oğlan" deməkdir.[5] Yetkinlik yaşına çatmış oğlan yetkin bir kuros kimi artıq yetkin kişi bədəninə malik olur və o, qardaşlığın başlanğıcı üçün keçirilən fratriya (φρατρία) bayramına daxil edilir. Apellayos bu ayinlərin ayı idi və Apollon "megistos kuros" (ən böyük kuros) hesab olunurdu.[6]
Bu söz həm də yunan dillərininMikena yunan dialektini yazmaq məqsədilə istifadə olunan B xətti yazısı heca yazı sistemində təsdiq edilmişdir. "Ko-wo" (*κόρϝος, *kórwos) sözü Pilos və Knos lövhələrində təsdiq edilmişdir. Alimlər tərəfindən təxmin edilir ki, bu, "həmin lövhələrdə yazılmış qadınların oğulları" mənasını verə bilər.[7]
Kuros tipinin təkamülü məsələsi hər halda monumental Arxaika dövrü Yunanıstan heykəltəraşlığının ümumi inkişafı məsələsi ilə bağlıdır. Təxminən e.ə. VI əsrdə bu Daydala formalarının müstəqil heykəltəraşlığa çevrilməsi ilə bağlı əsaslı olaraq iki düşüncə məktəbi var. Bu formaların bəziləri yalnız ədəbiyyatdan məlumdur (kolos, bret, andri və zoanon). Bu, Yunanıstan tiplərinin və dini ehtiyaclarının daxili inkişafına cavab və ya xarici təsirin məhsulu idi.[8] Dəyişiklik üçün xarici səbəb üçün Misir, Anadolu və Suriya kimi mümkün təsir mənbələri göstərilmişdir. Ən güclü iddia Misir üçün edilir. Məlumdur ki, e.ə. VII əsrin ortalarında Yunanıstanda Navkratis anbarının əsası qoyulana qədər yunanlar Misirlə uzunmüddətli ticarət əlaqələrinə malik idilər.[9] Burada yunanlar Misir heykəltəraşlıq üsullarını öyrənirdilər.[11]
↑Müşayiət olunan epiqrafiyada ithaf düsturu "[X] məni [Y]-yə həsr etmişdir" formasında idi. Tarixçilərin fikrinə görə, qədim ədəbiyyatda istifadə edilən bu heykəllər üçün ümumi termin yox idi.[1]
↑Harrison, J.E.Themis: A study to the Social origins of Greek Religion (2010 reprint). Cambridge University Press. 2010. səh. 441. ISBN978-1108009492.
↑García, Carlos Varias. 'De synonymia Mycenaea: términos griegos equivalentes de distintos reinos micénicos // de la Villa, Jesús; Rey, Emma Falque; González Castro, José Francisco; Jiménez, María José Muñoz (redaktorlar ). Conuentus Classicorum: Temas y formas del Mundo Clásico. 1. 2017. 383–384. ISBN978-84-697-8214-9.
↑i.e. E. Athes (1963) ProcPhilSoc, 107, pp 60-81
R.M. Cook (1987) Origins of Greek Sculpture, JHS 87, pp 24-32
P. Kranz (1972) AthMitt 81, pp 1-55
Franssen, J. Votiv und Repräsentation. Statuarische Weihungen archaischer Zeit aus Samos und Attika. Archäologie und Geschichte (alman). Bd. 13. Heidelberg, DE: Verlag Archäologie und Geschichte. 2011. ISBN978-3-935289-36-8.