Akop Vardonyan (erm. Յակոբ Վարդովեան; türk. Agop Vartovyan; təxəllüsü – Güllü Akop, erm. Կիւլլիւ Յակոբ, türk. Güllü Agop; 18 avqust 1830, İstanbul, Osmanlı imperiyası – 1898, İstanbul, Osmanlı imperiyası) — Osmanlı ermənisi olan teatr rejissoru və aktyoru. O, Türkiyədə İstanbul Şəhər Teatrlarına çevrilən müasir tamaşa sənəti qurumunun təməlini qoyduğu üçün geniş şəkildə tanınır. Yazıçılara, tamaşaçılara təşkilatçı, maliyyəçi və dəstəkçi kimi keyfiyyətlərinə görə Vardonyan bütövlükdə XIX əsr Türkiyə teatr sənətinin öncüllərindəndir. O, müasir Türkiyə teatrının banisi kimi tanınır. Akop Vardonyan bir Osmanlı ermənisi kimi öz teatrında müntəzəm olaraq erməni müəlliflərin tamaşalarını səhnələşdirirdi. 1868-ci ildən sonra o, müntəzəm olaraq sadəcə türkdilli tamaşaları təşkil etmək qərarına gəlmişdir.[1]
Akop Vardovyan | |
---|---|
Doğum tarixi | 18 avqust 1830 |
Doğum yeri | |
Vəfat tarixi | 1898 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, aktyor, teatr aktyoru, teatr rejissoru |
Vikianbarda əlaqəli mediafayllar |