Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BMU
Bakı Mühəndislik Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsi. == Haqqında == 8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılmışdır. Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir. == Tədris == === Fakültələr === Bakı Mühəndislik Uniiversitetində bakalvr, magistratura və doktrantura təhsil səviyyələrində tədris olunan ixtisaslar Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Hal-hazırda universitetə qəbul dörd ixtisas qrupu (fakültə) üzrə aparılır: Mühəndislik İqtisadiyyat və İdarəetmə Pedaqoji Memarlıq və İnşaat === İkili diplom proqramı === Proqramın modeli: 3 il – Azərbaycanda, 1 il – Cənubi Koreyada. Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alırlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub.
Emu
Emu (lat. Dromaius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi. Bu fəsiləyə yeganə Adi emu (Dromaius novaehollandiae) (Latham, 1790) növü daxildir. 1980-ci ilə qədər dəvəquşukimilər dəstəsinin nümayəndələri də bu fəsiləyə aid edilirdi. Emu dəvəquşuna oxşayır, uça bilmir, bir neçə növü məlumdur. Hamısı Avstraliyada yayılmışdır. Üç barmağı var. Bu dəstəyə daxil olan emu Avstraliyanın kollu səhralarında və bozqızlarda məskən salır. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vurur. Dişi emu bir neçə yumurta qoyur, erkək emu kürt yatıb bala çıxarır və onları gəzdirib qayğısına qalır.
MMU
Milli Müdafiə Universiteti (Türkiyə)
Mumu
Mumu (konfet) — Mumu (povest) — povest Mumu (film, 1998) — 1959-cu ildə çəkilmiş film. Mumu (film, 1959) — 1959-cu ildə çəkilmiş film.
UML
UML- (ing. Unified Modeling Language) – obyektlərin yaradılması və modelləşdirilməsi üçün geniş istifadə olunan obyekt-yönlü proqramlaşdırma dili. 1994-cü ildə Qradi Buç (Grady Booch), Cim Rumbax (Jim Rumbaugh) və İvar Yakobson (Ivar Jacobcon) metodlarının birləşdirilməsi nəticəsində yaradılıb. 1997-ci ildə OMG tərəfindən vizual modelləşdirmənin standart notasiyası kimi qəbul olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 səhifə.
Umus
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. == Həyatı == Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. == Çindəki həyatı == İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Urmu
Urmiya və ya Urmiyə (az-əbcəd. اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az-əbcəd. اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır.
Utu
Utu — Şumer-Akkad mifologiyasında günəş tanrısı. == Tanrı == Şumerlərin Utu adlandırdıqları günəş tanrısı Babil zamanı Şamaş adlanırdı. Həmin tanrı "yeri işılandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən" hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o ədalətsizlikləri və adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə o, adamlara həqiqət və ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin dini həyatında tanrılar mühüm rol oynayırdılar.
Uşu
Uşu (Çincə:武術; Pinyin: wǔshù) — çin döyüş sənətidir. Kunq Fu və Uşu eyni mənanı ifa edir. Sadəcə olaraq "Kunq Fu" termini Honq Konq döyüş filmlərindən amerikan dialektinə çevrilərək işlənməsi genişlənmişdir. "Uşu" sözü Çin dilindən tərcümədə "Döyüş Sənəti" deməkdir. Müasir dövrdə "Müasir Uşu" (ing. Modern Wushu) adlı termin işlədilir. Bu termin Uşu üzrə keçirilən müsabiqələrə aiddir. Uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs İp Man olmuşdur.
Ümüd
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Adi emu
Adi emu (lat. Dromaius novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin emu cinsinə aid heyvan növü.
Arı mumu
Arı mumu — bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddə. Arı mumu olduqca davamlıdır. Onu uzun müddət saxlandıqda belə, belə xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir köstərmir. Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də, onun çəkisi daim dəyişilməz qalır. Mum demək olar ki, heç bir zərərvericilərlə zədələnmir. Torpaq mikrobları demək olar ki, bütün üzvi maddələri parçaladığı halda, muma çox az təsir göstərir. Torpaqda 20 il taxta qabda qalmış mum tapılmışdır. Həmin mum qabından əsə- əlamət qalmadığı halda, mumun bəzi hissələrinin səthi 2 mm- ə qədər dəyişilmiuşdir.
Dağ Üzü
Dağ Üzü — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dağ Üzü Yardımlı rayonunun Çay Üzü inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Keçmiş adı İlkin Üzü olunmuşdur. İnqilabdan əvvəl burada Üzü adlı bir kənd olmuşdur. Bu kənddən çıxmış ailələr sonralar çay sahilində yeni yaşayış məntəqəsi salmış və onu Çay Üzü adlandırmışdılar. Dağ yamacındakı əvvəlki Üzü kəndi isə Dağ Üzü adını almışdır.
Düyü unu
Düyü unu — Çin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir. O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368-1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib. == Mənbə == Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı!
Emu müharibəsi
Emu müharibəsi — Avstraliya ordusu və emu dəvəquşuları arasında 1932-ci ildə başlayan müharibə. Müharibə 1 həftə davam etmiş və 2500 emunun öldürülməsi ilə bitmişdir. == Ümumi məlumat == Avstraliyanın qərbində sayları həddindən çox olan, emuların məskunlaşması ərazidə ərzaq və su qıtlığına səbəb oldu. Müharibə zamanı pulemyotlarla silahlanmış əsgərlər emuların üzərinə hücuma keçdilər. Hər bir əsgər iki pulemyotla silahlanmışdı. Bu əməliyyatda 2500 emu öldürüldü.
Haşimoto uru
Haşimoto tiroiditi və ya autoimmun tiroidit qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur(~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. Əlamətlər Haşimoto tidoiditinin əlamətləri Hipotireoz əmalətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. Müalicə Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı günlük olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Kumu muzeyi
Kumu muzeyi (est. Kumu Kunstimuuseum) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən incəsənət muzeyi. Muzey Baltikyanı ölkələrdə ən böyük, Şimalı Avropada isə ən böyük incəsənət muzeylərindən biridir. Bura Estoniya İncəsənət Muzeyinin 5 qolundan biridir və əsas ofisləri buradadır. Muzeydə həm daimi, həm də müvəqqəti sərgilər təşkil olunur. Əsas kolleksiyası sosialist realizminə aid və XVIII əsrdən bu yana tarixlənən əsərləri əhatə edir. Kumu sözü eston dilindəki "Kunstimuuseum" (incəsənət muzeyi) sözünün abrivaturasıdır. Muzeyin memarı 1994-cü bu haqqı müsabiqə yolu ilə qazanmış fin memar Pekka Vapuvuoridir. 2003–2006-cı illərdə tikilmişdir. Tikili Lasnamae təpəsinin əhəng yamacında uğurla qurulmuş və qədim Kadriorq parkının yanında yerləşdirilmişdir.
Mata-Utu
Mata-Utu — Uollis və Futuna adasının inzibati mərkəzi. Uollis adaları qrupunun Uvea adasında yerləşir. Regionun ən böyük portu, aeroport da var. Əhalisi (2008, siyahıyaalma).
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. == Maraqlı faktlar == Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. == Haqqında == Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Qara emu
Qara emu (lat. Dromaius ater) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin emu cinsinə aid heyvan növü.
Qarğıdalı unu
Qarğıdalı unu — qarğıdalının üyüdülməsi nəticəsində əldə edilən incə toza verilən addır. Çörək və xəmir işləri başda olmaqla bir çox qidada istifadə olunur.
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu (Xudafərin)
Ulu (fars. اولي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (70 ailə).
Ulu Ana
Ulu Ata
ПМА "В-1" və ПМА "В-2" aşqarları
АМГ-10 aviasiya yağı
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir. Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl - XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi "Xəmsə"sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə"yə daxil olan "Leyli və Məcnun" və "Yeddi gözəl" poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir. Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır. Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır. Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir.
МR 1