Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ümüd
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Umud Mirzəyev
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. == Həyatı == Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Umud Rəhimoğlu
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. == Həyatı == Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Ümüd Niftəliyev
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Ümüd Qasımzadə
Ümüd İlqar oğlu Qasımzadə (13 aprel 2001; Cəlilabad rayonu, Azərbaycan — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ümüd Qasımzadə 2001-ci il aprelin 13-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Subay idi. Ümüd Qasımzadə uşaq yaşlarından idmanın ağırlıqqaldırma növü ilə məşğul olub. Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də məşq edirdi. Məşqçisi beynəlxalq dərəcəli məşqçi Qadir Babayev idi. Ümüd Qasımzadə gənclər arasında Azərbaycan Çempionatında 2019 və 2020-ci illərdə gümüş medalların sahib olub. 2020-ci ildə isə Azərbaycan Çempionatında II pillənin sahibi olub. == Hərbi xidməti == Ümüd Qasımzadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ümüd Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Ümüd Xəncəlov
Ümüd Radif oğlu Xəncəlov (10 aprel 1994; Hil, Qusar rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ümüd Xəncəlov 1994-cü il aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ümüd Xəncəlovun ailədə üç bacısı və bir qardaşı olub. Ümüd Xəncəlov ailənin son beşiyi idi. 2001–2012-ci illərdə K. Kərimov adına Hil kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Ulyana adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Ümüd Xəncəlov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan Polad Həşimovun əsgəri idi.
Umud Ağdoğan
Umud Ağdoğan (1986, Ankara) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Umud Ağdoğan 1986-cı ildə Ankarada anadan olub. Atılım Universiteti Hüquq bölməsindən məzun olub. Bir çox universitetlərdə "Hüquq Peşəsində Karyera Planlaması", "Uğurlu Hüquq Bürosunun İdarə Edilməsi", "Bir Hüquqşünasın Mental Dəftəri" adlı layihələri icra edib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü, Baş Katib, Hüquq məsələlərindən məsul sədr müavini vəzifələrində təmsil olunub. 2012 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda Konstitusiya Komissiyasının üzvü olub. Evli və 2 uşaq atasıdır.
Umus
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. == Həyatı == Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. == Çindəki həyatı == İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Ümid
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Əmud
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Musa Urud
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist. == Həyatı == Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir. 1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir. Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Uhud döyüşü
Uhud döyüşü — 23 Mart 625-ci ildə (Hicri təqvimlə 3 Şəvval 3-cü il) hal-hazırkı Ərəbistan yarımadasının şimal-qərbində yerləşən Uhud dağında, Mədinədə məskunlaşan Müsəlmanlar ilə Məkkəli Əbu Süfyanın başçılıq etdiyi ordu arasında baş vermişdir. Döyüşün gedişində baş verən ən önəmli hadisələrdən biri də İslam peyğəmbərinin əmisi Hz. Həmzənin öldürülməsidir. == Səbəbi == Döyüşün baş tutma səbəbi Məkkəli Müşriklərin Bədr döyüşündə aldıqları məğlubiyyətin qisasını almaq istəmələri, verdikləri itkiləri unutdurmaq və müsəlmanların aldıqları qələbədən sonra yüksələn döyüş əhval-ruhiyyəsini aşağı salmaq idi. == Döyüş barədə == Məkkə ordusu 11 mart 625-ci ildə Məkkədən Mədinəyə doğru hərəkət etdi. Müsəlmanlar da döyüş üçün hazır idilər. Qısa müddət sonra hər iki ordu Uhud dağının yamaclarında üz-üzə gəldi. Məhəmməd peyğəmbər iki ordunun qarşılaşdığı Uhud dağındakı dar keçidin hər iki tərəfinə də oxçuları yerləşdirdi. Bu Məkkəlilərin dağın ətrafını dolanaraq arxadan müsəlmanlara hücüm etməsinin qarşısını almaq üçün idi. Oxçulara xəbərdarlıq edilmədən yerlərini tərk etməmək əmrini verdi.
Umid Məmmədzadə
Umid Məmmədzadə (4 oktyabr, 1996, Bakı şəhəri) — " King Kong " ləqəbli Azərbaycanlı qaydasız döyüş üzrə World Maxmix Ratings Fights kəmərinin sahibi, WPKA dünya çempionatında gənclər arası dünya çempionu, Uşu sanda idman növü üzrə idman ustası. == Həyatı və karyerası == Umid Akif oğlu Məmmədzadə 4 oktyabr 1996-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. 2002–2013 illərdə orta təhsilini Xarici Dillər Təmayüllü Gimnaziyada almışdır. Təhsilinin son illərində idmana maraq göstəmişdir. Uşu sanda idman növü ilə məşğul olmuşdur. Yeniyetmələr arasında respublika çempionu olduqdan sonra, 2013-cü ildə idman növünü kickboxing olaraq dəyişmişdir . 2013–2014-cü illər gənclər arası 86 kq da respublika çempionu olmuşdur. 2013-cü ildə Polşada keçirilən WAKO Avropa çempionatında 3-cü yerə çıxmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti təhsilə başladığı müddətdə məşqlərə ara vermişdir. 2015-ci ildə yenidən döyüşə qayıtmışdır .
Urud (Loru)
Urud, Urut (erm. Ուռուտ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Urud bələdiyyəsi"ni (erm. Ուռուտ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.020 nəfərdir.
Urud (Zəngəzur)
Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Urud abidələri
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urud livası
Urud livası — Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Urud idi. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livası dörd nahiyəyə bölünürdü.
Urud nahiyəsi
Urud nahiyəsi və yaxud Urud nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. == Kəndləri == Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Urud nahiyəsində ümumilikdə 36 kənd var. Onlardan 6-i erməni, 30-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 30-i dağıdılıb. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır. Urud nahiyəsi 1593 Kəndləri 5. Ağakəndi azərb. kəndi (dağıdılıb) 6. Şataq azərb. kəndi (dağıdılıb) 8.
Urud qalası
Urud qalası - Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Urud qalası qədim Zəngəzurun Qarakilsə nahiyəsinin Urud kəndində Bazarçayın sağ sahilindəki təpəlikdə VIVII əsrlərdə inşa edilmişdir. == Haqqında == Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1075–1094-cü illərdə Sünikin hökmdarı I Senikərimə məxsus idi. Qala 1104-cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.XIII əsrin əvvəllərində Xəzərin şimalından gələn qıpçaq Orbelilər nəsli Zəngəzurda məskunlaşaraq xristianlığı qəbul etmişlər. Orbelilər nəsli sonradan erməniləşmişlər. Əmir Teymurun qoşunları 1386-cı ildə Süniki işğal edərkən Urud qalasını da zəbt etmişdir.
Urud qəbiristanlığı
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Yeni Ümid
Braziliya Qara Cəbhəsi (port. Frente Negra Brasileira) — Braziliyada zənci hərəkatının bir hissəsi olub, ölkənin ilk qara siyasi partiyası. == Yaranması üçün zəmin == 1920–1930-cu illərdə Braziliyada kapitalizmin inkişafı aqrar əsaslara zərbə vurdu. Artan milli hisslər, tədricən baş verən sənayeləşmə və urbanizasiya siyasi transformasiyalara səbəb oldu. Bu yeniliklərdən biri də yerli zəncilərin ilk qəzeti olan "Klarim d`Alvorada"nın (Clarim d’Alvorada) idi. Afro-braziliyalılar hələ 1888-ci ildə ləğv edilmiş quldarlığın nəticələri ilə mübarizə aparırdı. İqtisadi imkanların, təhsil səviyyəsinin və hüquqların aşağı səviyyədə olması isə onların cəmiyyətdə tam iştirakına maneçilik törədirdi. == Yaranması == Braziliya Qara Cəbhəsi 16 sentyabr 1931-ci ildə San-Pauloda yaradılmış və zəncilərin cəmiyyətdə tam iştirak hüquqlarını tələb edən ilk afro-braziliya təşkilatı olmuşdur. Mənzil-qərargahı San-Pauloda yerləşən təşkilatın şəbəkəsi tezliklə ölkə ərazisinə yayılmışdır. Onun mürəkkəb strukturuna prezident, sədr, katib və köməkçi şura aid idi.
Ümid Həsənov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Urud körpüsü
Urud körpüsü — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonunun Urud (03.07.1968-ci ildən - Vorotan) kəndində, Bazarçay çayı üzərində birtağlı körpüdür. == Haqqında == Körpü Bədir və Qala qayalarının arasında iki iri daşın üzərində 1855-ci ildə bölgənin müsəlman bəyləri tərəfindən inşa edilmişdir. 15-20 addım uzunluğunda olan bu körpü Urud azərbaycanlı kəndini onun tarlaları, bağları ilə birləşdirir, mahalın Şam, Dərəbas, İrmis, Bəhrülü, İlizin və s. azərbaycanlı kəndlərinə gediş-gəlişi təmin edirdi. Körpünün tikintisində çay daşları, əhəng, yumurta sarısından və s. təbii tikinti materiallarından istifadə olunmuşdur. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Urud kəndində 1988-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Kəndə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiyasından sonra köçmüşlər.
Ümid Bulud
Ümid Bulud (15 mart 1983[…], Yaşılhisar, Kayseri ili) — 1-ci Liqa komandalarından biri olan "Eyüpspor"da hücumçu kimi çıxış edən türk milli futbolçudur. == Xarici keçidlər == Qalatasaray İdman Klubunun Rəsmi Saytı — Umut Bulut Profili 22 Ağustos 2012 tarihinde -də Ümid Bulud at the Turkish Football Federation Ümid Bulud — transfermarkt.com saytında.