Ümid Həsənov

Ümid İlqar oğlu Həsənov (14 iyul 2001; İsnovqışlaq, Quba rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Komando Briqadasının hərbçisi. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.

Ümid Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsnovqışlaq, Quba rayonu, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri İsnovqışlaq, Quba rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası İlqar Həsənov
Anası Məxfurə Həsənova
Təhsili orta
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə Komando Briqadası
Xidmət illəri 2019—2022
Rütbə Əsgər
Döyüşlər Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2022"Vətən uğrunda" medalı — 2022

Həyatı[redaktə | mənbəni redaktə et]

Ümid Həsənov 14 iyul 2001-ci ildə Quba rayonunun İsnovqışlaq kəndində İlqar Həsənovun və Məxfurə Həsənovanın ailəsində anadan olmuşdur.[1] 2007–2018-ci illərdə Quba rayon İsnovqışlaq kənd tam orta məktəbində orta təhsil almışdır.[2]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Ümid Həsənov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər olaraq hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurandan sonra Quru Qoşunlarının "müddətdən artıq həqiqi hərbi xidmət" kursuna yazılmışdır. Kursu bitirən Ümid Həsənov Quru Qoşunlarının Komando Briqadasının tərkibində müddətdən artıq həqiqi hərbi xidmət edirdi.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Komando Briqadasının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi iştirak edən Ümid Həsənov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.[3] Ertəsi gün Ümid Həsənovun nəşi evinə gətirilərək doğulduğu Quba rayonunun İsnovqışlaq kəndində dəfn edilmişdir. Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının rəhbərliyi, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, kənd və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.[4]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ümid Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. "Şəhid Ümid Həsənov". www.unudulmazlar.az (az.). 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2023.
  3. "Şəhid Ümid Həsənov Qubada dəfn edildi". www.lent.az (az.). 14.09.2022. 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2023.
  4. "Şəhid Həsənov Ümid İlqar oğlu ilə vida mərasimi keçirilmişdir". www.quba-ih.gov.az (az.). 2022-09-14. İstifadə tarixi: 08.01.2023.
  5. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  6. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  7. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.