Ümüd Radif oğlu Xəncəlov (10 aprel 1994; Hil, Qusar rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Ümüd Xəncəlov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | "Xəncəl" |
Doğum tarixi | |
Doğum yeri | Hil, Qusar rayonu, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Qəlpə,120mm Minamiyot |
Dəfn yeri | Hil, Qusar rayonu, Azərbaycan |
Dəfn tarixi | 09.10.2020 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Ləzgi |
Uşağı |
Ulyana Xəncəlova Omar Xəncəlov |
Atası | Radif Xəncəlov |
Anası | Məryəm Xəncəlova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2012—2020 |
Rütbəsi | Çavuş |
Vəzifəsi | Kəşfiyyatçı Aviatuşlayıcı |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2021 2021 |
Ümüd Xəncəlov 1994-cü il aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olub.[1] Milliyyətcə ləzgi idi. Ümüd Xəncəlovun ailədə üç bacısı və bir qardaşı olub. Ümüd Xəncəlov ailənin son beşiyi idi. 2001–2012-ci illərdə K. Kərimov adına Hil kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Ulyana adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı.
Ümüd Xəncəlov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan Polad Həşimovun əsgəri idi.
Müddətli həqiqi hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. Kəşfiyyatçı olan Ümüd Xəncəlov əvvəlcə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə 6 ay təlim aldı, sonra isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.
Ümüd Xəncəlov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.
Azərbaycan Ordusunun əsgəri olan Ümüd Xəncəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhid olduğu günə qədər 50-dən çox hərbçisinin həyatını xilas edib. Ümüd Xəncəlov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub.