Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krevu
Krevu (fr. Crévoux, oks. Crevós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05044. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 1937-ci ildə xizək kurortu açıldı.
Avstriya kronu
Avstriya kronu (alm. Österreichische Krone‎) — 1919—1925-ci illər ərzində Avstriyanın pul vahidi. == Tarixi == Avstriya-Macarıstanın dağılmasından sonra, Avstriya və Macarıstan tərəfindən ortaq şəkildə idarə olunan Avstriya-Macarıstan bankı, Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq pul vahidi olaraq qalan və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə olan Avstriya-Macarıstan kronunu buraxmağa davam edirdi. Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və onun daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək işini Çexoslovakiya öz üzərinə götürdü. Hər şeydən əvvəl, ölkə hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödənişləri və Avstriya və Macarıstan hökumətlərinə kredit vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı, bu görüşlərdə bütün yeni dövlətlərin emissayalara nəzarət etmək üçün öz emissarlarını təyin etmələrinə icazə verildi. Bank, öz növbəsində, bütün emissarların xəbəri olmadan kredit verməyəcəyinə söz verdi. Bununla birlikdə, bank tezliklə yeni dövlətlərin hökumətləri ilə bağlanmış müqavilə şərtlərini pozdu, istiqraz ödənişlərini bərpa etdi və Avstriya hökumətinə kreditlər verdi. 1919-cu ildə banka güvənlərini itirən yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar.
Danimarka kronu
Danimarka kronu - Danimarka, Qrenlandiya və Farer adalarında istifadə olunan pul vahidi. Kron sözü Skandinaviyada geniş yayılmış krone sözündən yaranmışdır. Danimarkada 2007-ci ildə infilyasiya 1.5% olmuşdur. 2000-ci ildə ölkədə avrozonaya keçidlə əlaqdər avroya keçid məsələsi gündəmə gəlmişdir. Keçirilən referendum nəticəsində əhalinin böyük bir qismi buna qarşı çıxmışdır. Danimarka maliyyə idarəsinin son illərdə gördüyü işlər nəticəsində Danimarka kronu avroya sabitləşdirilmişdir.
Estoniya kronu
Estoniya kronu (est. kroon) — Estoniya Respublikasının 1928-1941və 1992-2010-cu illərdə milli valyutası.100sentə (est. sent) bölünürdü.
Fiume kronu
Fiume kronu (it. corona Fiumana) — 1919—1920-ci illərdə Fiumedə pul vahidi. == Tarixi == Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra, Avstriya və Macarıstanın ortaq şəkildə idarə etdikləri Avstriya-Macarıstan Bankı Avstriya-Macarıstan kronunun emissiyasını davam etdirdi, hansı ki Avstriya, Macarıstan, Çexoslovakiya və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə idi. Lakin 1919-cu ildə yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar. 1919-cu ilin yanvar ayında Serblər, xorvatlar və slovenlər krallığına daxil olan Avstriya-Macarıstanın keçmiş ərazilərində Avstriya-Macarıstan Bankının əskinaslarının ştempelvurması baş tutdu. Həmin ilin mart ayında Çexoslovakiya və Avstriya əskinasların ştempelləməsini icra etdi İtaliya Milli Şurasının (Fiume hökuməti) qərarı ilə 18 Aprel 1919-cu ildə Avstriya-Macarıstan pul nişanlarının iki növ yuvarlaq ştempel ilə ştempelvurma prosesini həyata keçirtdi, ştempeller Savoya gerbi və "CITTA DI FIUME" yazısından ibarət idilər. 1919-cu ilin sentyabr ayında italyan millətçiləri tərəfindən şəhərin ələ keçirilməsi və D'Annuntsio hökumətinin hakimiyyətə gəlməsindən sonra, Avstriya-Macarıstan Bankının yeni banknot seriyası buraxıldı, onların üstündə 45 × 60 mm düzbucaqlı ştamp və "CITTA DI FIUME. INSTITUTO CREDITO del CONSIGLIO NAZIONALE" yazısı qeyd olunmuşdu. Fiume kronu 26 sentyabr 1920-ci il tarixinədək Fiumenin pul vahidi idi, onu italyan lirəsı əvəz etdi. Buna baxmayaraq, krona bir neçə il daha dövriyyədə qaldı. 24 fevral 1924-cü ildə kral fərmanı ilə kronanın dövriyyədən çıxma tarixi və məzənnəsi elan olundu: 30 aprel 1924-cü il, 1 krona = 0.40 lirə.
Norveç kronu
Kron (norv. krone, norsk krone, çox sayda kroner) — Norveçin milli valyutası, 1 kron 100 ereyə bərabərdir, (çox sayda — øre). == Tarixi == İlk Norveç kronu Kral Olaf I Tryuqvasson (995–999) dövründə buraxılıb. İlk əskinazlar isə 1695-ci ildə kralın tacir Bergenə verdiyi icazə ilə buraxılıb. 14 iyul 1816-cı ildə Norveç parlamenti Norveş Bankı yaradılması haqqında qərar qəbul edir. 3 fevral 1855-ci ildə kağız riksmint (= 100 ere) qanuni ödəniş vasitəsi elan edilir. Norveç kronu isə (simvol — NKr) = 100 ere, 17 aprel 1875-ci ildən dövriyyəyə buraxılır. == Əskinaz və metal pullar == Hal-hazırda dövriyyədə 1, 5, 10, 20, 50, 100, 200, 500 və 1000 kronluq əskinazlar vardır. 1 may 2012-ci ildən dövriyyədən 50 erelik metal xırda pul çıxarılmışdır.
Yuqoslaviya kronu
Yuqoslaviya kronu (serb. Круна, xorv. Kruna, sloven. Krona) — 1919–1920-ci illərdə Yuqoslaviya krallığının müvəqqəti paralel valyutası, paralel dövriyyədə olan dinarla nisbəti 4 kron = 1 dinar idi. == Tarixi == Avstriya-Macarıstanın dağılması nəticəsində Yuqoslaviya Krallığına verilən ərazilərdə Avstriya-Macarıstan kronu tətbiq olunmağa davam edirdi. 1919-cu ilin yanvar ayında 10, 20, 50, 100 və 1000 kron dəyərində Avstriya-Macarıstan bankının banknotlarının ştempelləməsi prosesi aparıldı. 1 və 2 kronluq əskinaslar üzərində rəsmi olaraq ştempel vurulmamışdır, lakin ştamplanmış əsginasların nüsxələri məlumdur. Tezliklə Maliyyə Nazirliyi 1919-cu il nüsxəli əskinazları dinar olaraq buraxdı, hansıların ki üstünə əlavə möhürcük vasitəsi ilə kron nominalı əlavə olundu: dinarın 1⁄2 — 2 kron, 1 dinar — 4 kron, 5 dinar — 20 kron, 10 dinar — 40 kron, 20 dinar — 80 kron, 100 dinar — 400 kron, 1000 dinar — 4000 kron. Əlavə möhürcük prosesi zamanı mətbəə xətaları baş vermişdir: 2 və 4 kron dəyərində əskinaslarda "KRUNE" yerinə "KURNE", 20 kron əskinaslarda isə "KRUNA" yerinə "KURNA" yazılmışdır. Heller üzrə pul nişanları buraxılmırdı.
Çex kronu
Çex kronu (ISO 4217: CZK) — Çex Respublikasının rəsmi pul vahidi. Çexiya Milli Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkədəki inflyasiya dərəcəsi 2014-cü ildə 0,4 % olmuşdur. 10 sentyabr 2016 tarixinə aid məzənnədə 1 Çexiya kronu = 0.0415581 ABŞ dolları. Bu söz çex dilində "koruna" kimi səslənir və tərcümədə "tac" mənasını verir. Çex kronası 8 fevral 1993-cü ildə dövriyyəyə buraxılmış və Çexoslovakiya kronasını əvəz etmişdir. 1 krona 100 halerə bərabərdir. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çexiya kronu
Çex kronu (ISO 4217: CZK) — Çex Respublikasının rəsmi pul vahidi. Çexiya Milli Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkədəki inflyasiya dərəcəsi 2014-cü ildə 0,4 % olmuşdur. 10 sentyabr 2016 tarixinə aid məzənnədə 1 Çexiya kronu = 0.0415581 ABŞ dolları. Bu söz çex dilində "koruna" kimi səslənir və tərcümədə "tac" mənasını verir. Çex kronası 8 fevral 1993-cü ildə dövriyyəyə buraxılmış və Çexoslovakiya kronasını əvəz etmişdir. 1 krona 100 halerə bərabərdir. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
İslandiya kronu
İslandiya kronu — İslandiyanın pul vahidi. 1885-ci ildə dövriyyəyə buraxılıb. İlk dövrdə 1 kron 100 eyreyə bərabər idi, ancaq 1 yanvar 1995-ci ildən eyre dövriyyədən çıxarılıb. 1 yanvar 1999-cu ildən isə 36 №-li 27 aprel 1998-ci il il Qanuna əsasən haqq-hesabda məbləğ 50 eyreyə qədər yuvarlaqlaşdırılmalıdır. 1 oktyabr 200-cü ildən isə eyre rəsmi surətdə mövcud deyil. == İslandiya kronu əskinazları == İslandiya kronu (ISK) 10 (göy rəngdə), 50 (şabalıdı), 100 (yaşıl), 500 (qırmızı), 1000 (), 2000 (çox rəngli), 5000 (göy) nominalında buraxılır. Hal-hazırda 10, 50 və 100 nominallıq əskinazlar buraxımır. 2012-ci il valyuta kursu 126 ISK 1 ABŞ dollarına bərabərdir.
İsveç kronu
İsveç kronu (İsveçcə:svensk krona) — 1873-cü ildən bəri istifadə edilən İsveçin rəsmi pul vahidi. İsveç kronu İsveçlə yanaşı Aland adalarınında rəsmi pul vahidi hesab olunur. 2006-cı ilə olan infilyasiya 4,4% təşkil edir..
Rassel Krou
Rassel Krou (7 aprel 1964[…], Vellinqton) — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. 3 nominasiya üzrə 2001-ci il "Oskar" mükafatı laureatı. Əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "Ağıl oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanmışdır. == Həyatı == Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zelandiyanın Vellinqton şəhərində, Aleks və Cosel Krounun ailəsində anadanolub. Özündən böyük bir qardaşı var – Terri Krou. Rasselin 4 yaşı olanda ailə Sidneyə köçür. 5 yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşı olanda Rassel Krounun ailəsi yenidən Yeni Zellandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı. Rassel Krou ailəyə kömək etmək üçün təhsilini yarımçıq qoyur.
Avstriya-Macarıstan kronu
Avstriya-Macarıstan kronu (alm. Österreichisch-ungarische Krone‎, mac. Osztrák-magyar korona) — 1892—1918-ci illər arasında Avstriya-Macarıstan və həmçinin bu imperiyanın dağılması nəticəsində yaranan ölkələrin pul vahidi. 1⁄100 krona bərabər xırda pul valyutası ölkənin Avstriya hissəsində "heller" (alm. heller‎), Macarıstan hissəsində "filler" (mac. filler) adlanırdı. == Adı == Krona (alm. Krone‎, mac. Korona) valyutanın rəsmi adıdır. Banknotların üstündə pulun adı imperiyanın digər dillərində də (çex, polyak, ukrayn, italyan, sloven, xorvat, serb və rumın) göstərilirdi.
Cim Krou qanunları
Jim Crow qanunları (ing: Jim Crow laws), 19-20-ci əsrlərdə ABŞ-nin cənub əyalətlərində çıxarılan ayrı-seçkilikçi yerli qanunlar idi. Qanunlar, ABŞ-nin yenidən qurulması dövründə zəncilərin əldə etdiyi siyasi və iqtisadi qazanclarına qarşı qəbul edilmişdir. Qanunlar afroamerikalılar və ağların ictimai və siyasi həyatda ayrı qurumlardan istifadə etmələri üçün nəzərdə tutulmuşdu və “ayrı, lakin bərabər” (İngiliscə: separate but equal) hüquq doktirini ilə əsaslandırılmışdı. Dəmir yollarında və tramvaylarda irqi-ayrıseçkiliyi qəbul edən ilk qanun 1875-ci ildə Tennesseedə qəbul edildi və daha sonra bütün Cənub əyalətlərində dəmir yollarında irqi ayrı-seçkilik tətbiq olunmuşdur. Bu qanunları qəbul edən regionlarda “sadəcə ağlar üçün” və “qaralar” lövhələri asılmışdı. Bu iş o qədər geniş yayılmışdı ki, otelləri, teatrları, kitabxanaları, liftləri və məktəbləri də əhatə etməyə başlamışdır. Amerika Birləşmiş Ştatları Ali Məhkəməsi 1954-cü ildə dövlət məktəblərində irqi-ayrıseçkiliyi Brown v. Board of Education davasında konstitusiyaya zidd olduğunu bildirmişdir. Brown v. Tərəfindən dövlət məktəblərində irqi ayrı-seçkilik elan etdi.
Mişa Kross
Mişa Kross (ing. Misha Cross; 27 noyabr 1989, Varşava) — Polşa pornoaktrisası.
Mitsar
Mitsar və ya Mizar qədimdən insanlara məlum olan adı gözlə müşahidə oluna bilən ulduzlardan biridir. Koordinatlar: 13h 23m 55,5s + 55°31' 54" Mitsar (Mizar) və Əlqul Böyük Ayı Bürcündə adi gözlə qoşa ulduz kimi görünən iki ulduzdur. Mizar Böyük Ayı Bürcünün qolunda sondan ikinci ulduzdur, Əlqul isə onun zəif yoldaşıdır. Mitsar Zeta Böyük Ayı (qısaltması Zeta UMa, ζ UMa) olaraq da adlandırılır və kvadrupol sistem təşkil edir, eyni zamanda Əlqul da 80 Böyük Ayı (80 UMa) olaraq adlandırılır və qoşa sistem təşkil edir. Bu cütlər birlikdə bir altılıq sistem təşkil edir. Hipparcos astronomik peyki tərəfindən ölçmələri nəticəsində müəyyən olunmuşdur ki, bu sistem Günəşdən təxminən 83 işıq ili uzaqlıqda yerləşir. == Ulduz sistemi == Mitsar biri -birindən 14.4 arcsaniyəlik bucaq ölçüsü fərlənən iki ulduzdan ibarət spektroskopik qoşa sistemdir. Görünən ulduz ölçüsü 2m.23 və spektral sinfi A2V-dir. Adi gözlə müşahidə zamanı Əlqul Mitsardan təxminən 12 arcdəqiqə sonra ortaya çıxır. Əlqulun görünən ulduz ölçüsü 3m.99 və spektral sinif A5V-dir.
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. == Pizzanın yaranma tarixi == Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. == Həyatı == 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.
Gumista (Suxumi)
Gumista (gürc. გუმისთა) - Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 10 m hündürlüktə, Suxumidən 6 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 2, თბ., 2012. — გვ. 203.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.
Qumista çayı
Qumista bəzən Qumısta (abx. Gəymsta — Qumsta) Abxaziyadan Qara dənizə axan çay. Çayın keçmiş adları: Qumps — "Gum çayı",, Gumpsta, Gumsta olub. == Coğrafiyası == Qərbi və Şərqi Qumistanın birləşdiyi yerdən başlanır. Çay vadinin cənub-qərb istiqamətində axır və Yeni Afon yaşayış məntəqələri ilə Abxaziyanın paytaxtı Suxumi ərazisindən keçərək Qara dənizə axır. Çay dağ çayıdır, buzlaqlar və yağış suları ilə qidalanır. Kanalın böyük hissəsi dərədən keçir, lakin son 6 kilometr çay kənara axır. == Tarixi == Müharibə zamanı cəbhə xətti çay boyunca (Qumista cəbhəsi adlanırdı) keçirdi. Çayın hər iki tərəfində şiddətli döyüşlər gedirdi. Hazırda kəndlərdəki çay dərəsində, eləcə də Suxumiyə gedən yolun kənarında, çayın üstündən keçən körpünün yaxınlığındakı qayalıqlarda, həlak olanların xatirəsinə ucaldılmış abidələr var.
Kaoru
Kaoru — Yapon adı.
Kedrovu
Kedrovu (rus. Кедро́вый, tərc. "Sidrli"), Rusiyanın Tomsk vilayətində şəhərdir. Kedrovu şəhər bölgəsinin mərkəzidir. == Coğrafiya == Şəhər Tomskun 480 km qərb istiqaməti uzaqlığında Yamar çayının hövzəsində olan Çüzik adlı çayın dərəsində yerləşir.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Korfu
Kerkira (yun. Κέρκυρα) və ya Korfu (it. Corfù) — Yunanıstanda, İon adaları qrupuna aid ada. Əsas şəhər Kerkiradır. == Tarixi == XIV–XVIII əsrlərdə adada eyniadlı Venesiya qalası var idi. Kerkira 1797-ci ildə digər İon adaları ilə birlikdə Fransa tərəfindən tutulmuşdur. 1798-ci ilin noyabrında Fyodor Uşakovun 1798–1800-cü illər Aralıq dənizi səfəri zamanı qala Rusiya desant qoşunları tərəfindən mühasirəyə alınmış, ​​19 fevral 1799-cu ildə təslim olmuşdur. == Coğrafiya == İon adaları qrupuna aiddir. Ərazisi 592 km2-dir. Hündürlüyü 906 metrə qədərdir.