Avstriya-Macarıstan kronu

Avstriya-Macarıstan kronu (alm. Österreichisch-ungarische Krone‎, mac. Osztrák-magyar korona) — 18921918-ci illər arasında Avstriya-Macarıstan və həmçinin bu imperiyanın dağılması nəticəsində yaranan ölkələrin pul vahidi. 1⁄100 krona bərabər xırda pul valyutası ölkənin Avstriya hissəsində "heller" (alm. heller‎), Macarıstan hissəsində "filler" (mac. filler) adlanırdı.

Avstriya-Macarıstan kronu
Krone, Korona, Corona
1912-ci ilə aid 100 kron 1916-cı ilə aid 1 krona
1912-ci ilə aid 100 kron1916-cı ilə aid 1 krona
Kod və simvol
Simvol K, kr, Cor
Dövriyyə ərazisi
Emitent ölkə  Avstriya-Macarıstan İmperiyası
   Lixtenşteyn
Monteneqro knyazlığı
 Avstriya
 Macarıstan
 Çexoslovakiya
Fiume
İtaliya, Polşa, Ukrayna, Rumıniya, Serblər, xorvatlar və slovenlər krallığı ərazilərinin bir hissəsi
Əvəzedici və paralel vahidlər
Kiçik Heller / Filler (1100)
Əvəzedici Yuqoslaviya kronu
Çexoslovakiya kronu
Avstriya kronu
  Fiume kronu
Rumıniya leyi
Polşa markası
  Macarıstan kronu
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 1, 2, 5, 10, 20, 100 kron, 1, 2, 10, 20 heller
Əsginas 1, 2, 10, 20, 25, 50, 100, 200, 1000, 10 000 kron
Tarixi
Dövriyyəyə buraxılma 1892-ci il
Əvvəlki valyuta Avstriya-Macarıstan quldeni
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Avstriya-Macarıstan bankı
Sikkəxana Avstriya zərbxanası
  Kremnitsa zərbxanası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İmperatorluğun dillərində 50 kron, 1914-cü il nüsxəsi

Krona (alm. Krone‎, mac. Korona) valyutanın rəsmi adıdır. Banknotların üstündə pulun adı imperiyanın digər dillərində də (çex, polyak, ukrayn, italyan, sloven, xorvat, serb və rumın) göstərilirdi. Bəzən latın dilində olan adı istifadə olunurdu:

Dil Tək şəkildə Cəm şəkildə, adlıq (yiyəlik) halında
Alman dili Krone Kronen
Macar dili Korona Korona
Çex dili Koruna Koruny (Korun)
Polyak dili Korona Korony (Koron)
Ukrayn dili Корона Корони (Корон)
İtalyan dili Corona Corone
Sloven dili Krona Krone (Kron)
Xorvat dili Kruna Krune (Kruna)
Serb dili Круна Круне (Круна)
Rumın dili Coroană Coroane
Latın dili Corona Coronæ

Kronun yeridilməsi

[redaktə | mənbəni redaktə et]

1873-cü ildə Avstriya-Macarıstanda beş illik iqtisadi böhran baş verdi, bunun nəticələrindən biri büdcə kəsiri idi ki, o, bəzən dövlət büdcəsinin 1/4-nə çatırdı. Böhrandan əvvəlki səviyyələrə yalnız 1881-ci ildə çatmaq mümkün oldu. Avstriya-Macarıstanın yaranmasından sonra, demək olar ki bütöv növbəti rüb ərzində sikkə ilə müqayisədə kağız quldenlərində ortalama 18% əlavə qiymət var idi. Qızıl və gümüş sikkələr demək olar ki, dövriyyədə yox idi, onları daha çox toplama üçün istifadə edilməyə üstünlük verilirdi. Hesablamalar əməli olaraq tamamilə kağız quldenləri ilə aparılırdı. 1889-cu ilə qədər büdcəni sabitləşdirmək və onun profisitini təmin etmək mümkün oldu.[1]

2 avqust 1892-ci ildə yeni pul vahidi "krona" təqdim edildi.[2] Əvvəllər mövcud olmuş pul sistemində də "krona" adlı sikkə buraxılırdı, o, 11,1111 q. ağırlığında 900-cü nümunəli qızıl sikkə idi ki, onun zərb edilməsi 1866-cı ildə dayandırıldı.[3] Pul vahidinin adı "corona" sözündən əmələ gəlir.

Pul islahatı zamanı gümüş standartından qızıl standartına (1 kq qızıl = 3280 kron) keçid edildi. 1900-cü ilə qədər Avstriya quldenləri (florinləri) çərçivəsində əvvəllər buraxılmış sikkələr və əskinaslarla paralel dövriyyədə olan sikkələrin buraxılması 1892-ci ildə başlandı, onların nisbəti: 1 qulden = 2 krona, 1 kreytser = 2 heller. 20 sentyabr 1900-cü ildə kronlarda əskinasların buraxılması başlanıldı.

İslahat layihəsi, Avstriya-Macarıstan bankı tərəfindən qulden əskinaslarının 1⁄3-ü gümüş sikkələr və 2⁄3-ü qızıla dəyişilən kron əskinaslarının alınmasını nəzərdə tuturdu. Ancaq 1899-cu ildə qızıla dəyişmə təklifi ləğv edildi. Dörd il sonra, hökumət Avstriya parlamentinə əskinasların qızıla dəyişdirilməsi haqqında qanun layihəsi təqdim etdi. Parlament bu məsələni üç il nəzərindən keçirtmədi və qanun hökumət tərəfindən geri çağrıldı. Nəticədə, məsələ heç vaxt qanunverici üsul ilə həll olunmadı, buna baxmayaraq nisbi maliyyə sabitliyi I Dünya müharibəsinin başlanğıcına qədər krona və normal iqtisadi inkişafa inamı təmin etməyə imkan verdi.[1] 1901-ci ildə əskinasların qızıla dəyişdirilməsi yenə də başlandı.

Dövriyyədən çıxarılması

[redaktə | mənbəni redaktə et]
1902-ci ilə aid 1000 kron, üstünə avstriya "DEUTSCHÖSTERREICH" peçatı vurulub

Kronun istifadəsindən imtina edən ilk ölkə Monteneqro oldu ki, onun əvvəl öz valyutası yox idi və ölkədə Avstriya-Macarıstan kronu və digər məzənnələrdən (fransız frankı, türk lirəsi, rus rublualman markası) istifadə olunurdu. 1906-cı ildə Monteneqro öz pul valyutası Monteneqro perperini təqdim etdi. Krona və dövriyyədəki digər valyutaların əvəzlənmə prosesi tədricən aparılırdı. 1906-cı ildə Monteneqro para xırda sikkələri, 1909-cu ildə perper sikkələri, 1912-ci ildə isə banknotların çıxarılışı başladı.[4][5]

1914-cü il avqustun 1-də Birinci Dünya müharibəsinin başlaması ilə əskinasların qızılla mübadiləsi dayandırıldı və birdə bərpa edilmədi.[6] Hərbi xərclərin artması əlavə emissiyaya əl atmağa məcbur etdi. Birinci Dünya müharibəsi dövründə dövriyyədəki əskinasların sayı 13,17 dəfə artdı. 1914-cü il avqustun 1-dək qızıl tədarükü 75%, Avstriya-Macarıstan dağılanda isə cəmi 1% idi. Yaşayış xərcləri 16,4 dəfə artmışdır. Dövriyyədə qiymətli metallardan hazırlanan sikkələr dövriyyədə müharibədən əvvəl buraxılmayan kağız pullarla əvəz olundu, bura həmçinin yenidən tətbiq olunan 1 və 2 kronluq banknotlar da daxil idilər. Xırda sikkələr daha ucuz ərintilərdən zərb olunmağa başlandı. 1918-ci ildə ən böyük nominallı banknot 10.000 kron buraxıldı (müharibədən əvvəl ən böyük nominallı 1000 kron idi).[7][8]

Kronanın qeyri-sabitliyi bütün əmtəə iqtisadiyyatının fəaliyyətinə ağır nəticələr verdi. İstehsalçılar praktiki olaraq pul mədaxilləri ilə maraqlanmağı dayandırdı və fəal şəkildə barter əməliyyatlarına keçməyə başladılar. Həmçinin, olan inamın aşağı düşməsi banklardan əmanətlərin əhəmiyyətli dərəcədə geri götürülməsinə səbəb oldu, çünki əmanətlərə olan maraq kəskin mənfi oldu. Belə şəraitdə normal istehsal aparmaq praktiki olaraq mümkün deyildi. Kronanın təcili şəkildə sabitləşdirilməsinə dair ehtiyac məsələsi müharibənin bitməsindən dərhal sonra gündəmdə idi. Yeni müstəqil olan bütün dövlətlər bu məsələnin həllində iştirak etməli idilər, çünki onların heç birinin öz pul vahidi yox idi.

Avstriya və Macarıstanın birgə idarə etdiyi Avstriya-Macarıstan bankı Avstriya-Macarıstan kronunu emissiyasını davam etdirdi, bu məzənnə Avstriya, Macarıstan, Çexoslovakiya və digər ölkələrin tərkibinə daxil olmuş ərazilərdə ortaq pul vahidi olaraq qalırdı.

Yeni dövlətlərin həll etməli olduğu ən vacib problem məzənnəni sabitləşdirmək və onun daha da dəyərdən düşməsinin qarşısını almaq idi. Vəziyyəti düzəltmək üçün Çexoslovakiya təşəbbüsü öz üzərinə götürdü. İlk öncə oranın hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödənişləri və Avstriya və Macarıstan hökumətlərinə borc verməyi dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni yaranmış dövlətlər arasında danışıqlar aparıldı, emissiyaya nəzarət etmək üçün bütün yeni dövlətlərin öz emissarlarını təyin etmələrinə icazə verilməsi qərara alındı. Bank, öz növbəsində, bütün emissarların xəbəri olmadan kredit verməyəcyini vəd etdi.

Bununla birlikdə, bank tezliklə yeni dövlətlərin hökumətləri ilə bağlanmış müqavilə şərtlərini pozdu, istiqraz ödənişlərini bərpa etdi və Avstriya hökumətinə kreditlər verdi. 1919-cu ildə banka güvənlərini itirən yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar.[1]

Ölkə (ərazi) Avstriya-Macarıstan kronunun ləğv edilmə tarixi Avstriya-Macarıstan kronunu əvəz edən məzənnə Kron/yeni məzənnə

nisbəti

Əvəzləmə üsulu
Monteneqro 1912-ci il Monteneqro perperi
1 : 1
1906-cı ildə sikkələrin buraxılması, 1912-ci ildə isə əskinasların buraxılmasına başlanıldı
Serblər, xorvatlar və slovenlər krallığına daxil olan yeni ərazilər (Xorvatiya və s.) Yanvar 1919-cu il Serblər, xorvatlar və slovenlər krallığının kronu (yuqoslav kronu)
1 : 1
Banknotların (1 və 2 kron pul nişanları istisna olmaqla) yapışdırılmış müvafiqlik markasının üstündə və ya markasız bir neçə növ ştempellər ilə ştempelvurulması. 1920-ci ildə krona yuqoslav dinarı ilə əvəz olundu, nisbət 4 tac = 1 dinar idi
Çexoslovakiya Mart 1919-cu il, Slovakiya ərazisində oktyabr 1920-ci il Çexoslovakiya kronu
1 : 1
Müvafiqlik nişanların yapışdırılması (1 və 2 kron banknotlarından savayı). 1919-cu ildə Çexoslovakiya kronlarında əskinasların buraxılmasına başlanıldı. Müvafiqlik nişanların yapışdırıldığı Avstriya-Macarıstan bankının banknotları və müvafiqlik nişanları olmayan 1 və 2 kron əskinasları 1920-ci ildə dövriyyədən çıxarıldı[9]
Avstriya Mart 1919-cu il Avstriya kronu
1 : 1
"DEUTSCHÖSTERREICH" ştampı ilə əskinasların ştempelvurulması. 1922-ci ildə yeni pul nişanlarının buraxılışı başladı. 1925-ci ildə krona Avstriya şillingi ilə əvəzləndi, nisbət 10.000 kron = 1 şillinq idi
Lixtenşteyn Mart 1919-cu il Avstriya kronu
1 : 1
"DEUTSCHÖSTERREICH" ştampı ilə əskinasların ştempelvurulması. 1921-ci ildə Avstriya kronası İsveçrə frankı ilə əvəzləndi
Fiume Aprel 1919-cu il Fiume kronu
1 : 1
"CITTA DI FIUME" və "INSTITUTO CREDITO.CONSIGLIO NAZIONALE.CITTA DI FIUME" ştampları ilə əskinasların ştempelvurulması. 1920-ci il sentyabr ayında Fiumedə İtaliya lirəsi tətbiq olundu (2,5 krona = 1 lirə). Krona əskinaslarının dövriyyədən çıxarılması prosesi 1924-cü il 30 aprel tarixinədək aparılırdı
Rumıniyanın tərkibinə daxil olan ərazi Avqust 1919-cu il Rumıniya leyi
2 : 1
1 dekabr 1918-ci ildən Rumıniya leyinin istifadəsinə başlandı. 1919-cu il 10 iyundan 28 avqustadək Avstriya-Macarıstan bankının "TIMBRU SPECIAL ROMANIA" (1 və 2 kron əskinaslarından başqa) ştempeli ilə əskinaslarının ştempelvurulması həyata keçirildi. Ştamplanmış krona əskinasları və ştampsız 1 və 2 krona əskinasları 1 ley = 2 kron nisbətiylə ley məzənnəsi ilə birlikdə dövriyyədə qalırdılar. Krona əskinaslarının dövriyyədən çıxarılması prosesi 1 sentyabr 1920-ci ildə başlamış və 1921-ci ilin axrına qədər davam etmişdir[10]
Polşanın tərkibinə daxil olan ərazi Yanvar 1920-ci il Polşa markası
100 : 70
Krona pul nişanlarının Polşa markası ilə əvəzlənməsi. 15 yanvar 1920-ci ildə məzənnə müəyyən edilmişdir, mübadilə həmin ilin may ayında bitirilmişdir
Macarıstan Mart 1920-ci il Macarıstan kronu
1 : 1
1919-cu ildə yeni pul nişanlarının çıxarılması, 1920-ci ilin mart ayında Avstriya-Macarıstan bankının əskinaslarının Macarıstanın gerbi və "MAGYARORSZÁG" yazısı olan qırmızı dəyirmi möhür ilə ştempelvurulması (möhürün müxtəlif növləri mövcud idi). 1927-ci ildə krona pengö ilə əvəzləndi, nisbət 12 500 kron = 1 pengö[11] idi

Avstriya-Macarıstan kronun sikkələri iki növdə hazırlanırdılar: "avstriya" və "macar".

"Avstriya" növlü sikkələr

[redaktə | mənbəni redaktə et]

Sikkələr Vyanada yerləşən zərbxanada zərb olunurdu. 1908-ci ildə 1, 5, 10, 20 və 100 krondan ibarət xatirə sikkələri I Frans İosifin hakimiyyətinin 60 illiyi şərəfinə buraxılmışdır.[12][13][14] Bütün yazılar latın dilində idilər.

Avers Revers Nominal Diametr, mm Kütlə, q Metal Çevrəsi Zərb olunma illəri
1 heller 17 1,66 Mis/Qalay/Sink (950/40/10) hamar 1892—1903, 1909—1916
1 heller 17 1,66 Mis/Qalay/Sink (950/40/10) hamar 1916
2 heller 19 3,33 Mis/Qalay/Sink (950/40/10) hamar 1892—1915
2 heller 17 2,78 Dəmir hamar 1916—1918
10 heller 19 3 Nikel nahamar 1892—1895, 1907—1911
10 heller 19 3 Mis/Sink/Nikel (500/400/100) nahamar 1915, 1916
10 heller 19 3 Mis/Sink/Nikel (500/400/100) nahamar 1916
20 heller 21 4 Nikel nahamar 1892—1895, 1907—1909, 1911, 1914
20 heller 21 3,33 Dəmir nahamar 1916—1918
1 krona 23 5 Gümüş/Mis (835/165) VIRIBVS VNITIS[a 1] 1892—1907
1 krona 23 5 Gümüş/Mis (835/165) VIRIBVS VNITIS 1908
1 krona 23 5 Gümüş/Mis (835/165) VIRIBVS VNITIS 1912—1916
2 kronы 27 10 Gümüş/Mis (835/165) VIRIBVS VNITIS 1912, 1913
5 kron 36 24 Gümüş/Mis (900/100) VIRIBVS VNITIS 1900, 1907
5 kron 36 24 Gümüş/Mis (900/100) VIRIBVS VNITIS 1908
5 kron 36 24 Gümüş/Mis (900/100) VIRIBVS VNITIS 1909
5 kron 36 24 Gümüş/Mis (900/100) VIRIBVS VNITIS 1909
10 kron 19 3,3875 Qızıl/Mis (900/100) naxış 1892, 1893, 1896, 1897, 1905, 1906
10 kron 19 3,3875 Qızıl/Mis (900/100) naxış 1908
10 kron 19 3,3875 Qızıl/Mis (900/100) naxış 1909
10 kron 19 3,3875 Qızıl/Mis (900/100) naxış 1909—1911
20 kron 21 6,7751 Qızıl/Mis (900/100) VIRIBVS VNITIS 1892—1905
20 kron 21 6,7751 Qızıl/Mis (900/100) VIRIBVS VNITIS 1908
20 kron 21 6,7751 Qızıl/Mis (900/100) VIRIBVS VNITIS 1909
20 kron 21 6,7751 Qızıl/Mis (900/100) VIRIBVS VNITIS 1909—1914, 1916
20 kron 21 6,7751 Qızıl/Mis (900/100) VIRIBVS VNITIS 1916
20 kron 21 6,7751 Qızıl/Mis (900/100) PACE BELLOQVE OMNIA PRO PATRIA CVM POPVLO MEO[a 2] 1918
100 kron 37 33,8753 Qızıl/Mis (900/100) VIRIBVS VNITIS 1908
100 kron 37 33,8753 Qızıl/Mis (900/100) VIRIBVS VNITIS 1909—1914
  1. Birgə səylərlə (lat.)
  2. Vətən uğrunda xalqla müharibə və sülh içində (lat.)

"Macar" növlü sikkələr

[redaktə | mənbəni redaktə et]

Sikkələr Kremnitsa zərbxanasında istehsal olunurdu, yerli zərbxananın işarəsi "KB" ("Körmöcbánya" şəhərin macar dilində adının qısaldılmış forması idi).

1896-cı ildə macar dövlətinin qurulmasının 1000 illiyi şərəfinə 1 kron nominallı xatirə sikkəsi buraxıldı, 1907-ci ildə isə I Frans İosifin taclandırılmasının 40 illiyi şərəfinə 5 və 100 kron nominallı xatirə sikkələri işıq üzü gördülər.

1920-ci ilə aid 10 filler və 1920—1922-ci illərə aid 20 filler sikkələri Kremntisada yox, Budapeştdə zərb olunmuşdur, çünki zərbxananın təchizat avadanlıqları bu şəhərə gətirilmişdir. Sikkələrin görünüşü və xüsusiyyətləri dəyişməz qaldı, o cümlədən Kremntisa zərbxanasının işarəsi "KB" yerində qaldı.[15][16][17]

Avers Revers Nominal Diametr, mm Kütlə, q Metal Çevrəsi Zərb olunma illəri
1 filler 17 1,66 Mis/Qalay/Sink (950/40/10) hamar 1892—1904, 1906, 1914
2 filler 19 3,33 Mis/Qalay/Sink (950/40/10) hamar 1892—1910, 1914, 1915
2 filler 17 2,78 Dəmir hamar 1916—1918
10 filler 19 3 Nikel nahamar 1892—1896, 1906, 1908, 1909, 1914
10 filler 19 3 Mis/Sink/Nikel (500/400/100) nahamar 1914—1916
10 filler 19 2,5 Dəmir nahamar 1915, 1916, 1918, 1920
20 filler 21 4 Nikel nahamar 1892—1894, 1906—1908, 1914
20 filler 21 3,33 Dəmir hamar 1914—1918, 1920—1922
1 krona 23 5 Gümüş/Mis (835/165) BIZALMAM AZ ŐSI ERÉNYBEN[b 1] 1892—1896, 1906
1 krona 23 5 Gümüş/Mis (835/165) BIZALMAM AZ ŐSI ERÉNYBEN 1896
1 krona 23 5 Gümüş/Mis (835/165) BIZALMAM AZ ŐSI ERÉNYBEN 1912—1916
2 krona 27 10 Gümüş/Mis (835/165) BIZALMAM AZ ŐSI ERÉNYBEN 1912—1914
5 kron 36 24 Gümüş/Mis (900/100) BIZALMAM AZ ŐSI ERÉNYBEN 1900, 1906—1909
5 kron 36 24 Gümüş/Mis (900/100) BIZALMAM AZ ŐSI ERÉNYBEN 1907
10 kron 19 3,3875 Qızıl/Mis (900/100) узор 1892—1915
20 kron 21 6,7751 Qızıl/Mis (900/100) BIZALMAM AZ ŐSI ERÉNYBEN 1892—1913
20 kron 21 6,7751 Qızıl/Mis (900/100) BIZALMAM AZ ŐSI ERÉNYBEN 1914—1916
20 kron 21 6,7751 Qızıl/Mis (900/100) HARCBAN ÉS BÉKÉBEN A NEMZETTEL A HAZÁÉRT[b 2] 1918
100 kron 37 33,8753 Qızıl/Mis (900/100) BIZALMAM AZ ŐSI ERÉNYBEN 1907
100 kron 37 33,8753 Qızıl/Mis (900/100) BIZALMAM AZ ŐSI ERÉNYBEN 1907, 1908
  1. Qədim gücə inanıram
  2. Vətən uğrunda xalqla müharibə və sülh içində

Avstriya zərbxanası Avstriya-Macarıstan sikkələrinin xüsusiyyətlərinə tam uyğun olan krona sikkələrini buraxmağa davam edir. "Avstriya" tipli sikkələr zərb olunur: 10 kron (zərb edilmə ilinin qeydi ilə, 1912), 20 kron (1915), 100 kron (1915).[18]

Krona banknotların buraxılışı 1900-cü ildə başladı. Banknotların bir tərəfinə alman, digər tərəfinə macar dilində mətn yazılmışdır. Əskinasların bu şəkildə tərtibatı Avstriya-Macarıstanda 1880-ci ildən bəri istifadə olunurdu. istisna kimi 1916-cı ilə aid 1 krona və 1914-cü ilə aid 2 kronanı göstərmək olar, onların üstündə iki dildə olan mətin hər iki tərəfə yerləşdirilmişdir, eyni zamanda 1918-ci ilə aid 25 və 200 krona dəyərində pul bir tərəfli əskinaslardan ibarət idilər. "2 yanvar 1913" tarixi qeydi ilə 1918-ci ildə buraxılmış 20 kron banknotları 1913-cü ildə buraxılmış əskinaslardan "II. AUFLAGE" (banknotun "alman" tərəfində) və "II. KIADÁS" (banknotun "macar" tərəfində) yazıları ilə fərqlənirdilər. 1918-ci il nüsxəli 25 və 200 kron dəyərində bir tərəfli əskinaslar müvəqqəti banknotlar kimi buraxılmışdılar və onların üstündə 1919-cu il iyunun 30-dək adi banknotlarla dəyişdirilməli olduğuna dair qeyd var idi. Əslində, belə bir mübadilə baş tutmadı, bu əskinaslar həmin tarixdən sonraki dövriyyədə də istifadə edilməyə davam edildi.[19]

Şəkil Nominal Ölçüsü, mm Tarixi
Avers Revers banknotda qeyd olunan dövriyyəyə buraxılması dövriyyədən çıxarılması
1900—1902-ci illər nəşri
10 kron 121 × 80 31 mart 1900-cü il 2 sentyabr 1901-ci il 28 fevral 1907-ci il
20 kron 131 × 87 20 sentyabr 1900-cü il 30 iyun 1910-cu il
50 kron 150 × 100 2 yanvar 1902-ci il 26 may 1902-ci il 31 dekabr 1916-cı il
100 kron 160 × 106 20 oktyabr 1902-ci il 31 avqust 1912-ci il
1000 kron 191 × 127 2 yanvar 1903-cü il bax: Dövriyyədən çıxarılması
1904—1910-cu illər nəşri
10 kron 140 × 80 2 yanvar 1904-cü il 25 fevral 1905-ci il 31 dekabr 1918-ci il
20 kron 150 × 89 2 yanvar 1907-ci il 22 iyun 1908-ci il 31 dekabr 1915-ci il
100 kron 163 × 107 2 yanvar 1910-cu il 22 avqust 1910-cu il 31 may 1915-ci il
1912—1914-cü illər nəşri
20 kron 150 × 89 2 yanvar 1913-cü il 29 sentyabr 1913-cü il bax: Dövriyyədən çıxarılması
50 kron 162 × 100 2 yanvar 1914-cü il 18 dekabr 1916-cı il
100 kron 163 × 107 2 yanvar 1912-ci il 13 dekabr 1912-ci il
Müharibə dövrü nəşri
1 krona 112 × 67 1 dekabr 1916-cı il 21 dekabr 1916-cı il bax: Dövriyyədən çıxarılması
2 krona 112 × 67 5 avqust 1914-cü il 16 avqust 1914-cü il 31 iyul 1917-ci il
2 krona 125 × 85 1 mart 1917-ci il 9 iyul 1917-ci il bax: Dövriyyədən çıxarılması
10 kron 150 × 80 2 yanvar 1915-ci il 24 iyul 1916-cı il
Müharibədən sonrakı nəşr
20 kron
(II nəşr)
150 × 89 2 yanvar 1913-cü il 28 oktyabr 1918-ci il bax: Dövriyyədən çıxarılması
25 kron 135 × 80 27 oktyabr 1918-ci il 30 oktyabr 1918-ci il
200 kron 168 × 100
10 000 kron 191 × 127 2 noyabr 1918-ci il 19 dekabr 1918-ci il

Valyuta məzənnələri və qiymətlər

[redaktə | mənbəni redaktə et]
1892—1914
1 kq золота = 3280 kron
1 krona = 1,05 İsveçrə frankı = 1,05 Fransa frankı = 1,05 İtaliya lirəsi = 1,05 Rumıniya leyi (Latın Valyuta Birliyinin məzənnələri)
1 krona = 0,8505 Almaniya markası
100 kron = 39,38 rubl
1 ABŞ dolları = 4,94 kron
1 funt sterlinq = 24,02 kron[20]
1900
"Kronenzeitung" (qəzet) = 4 heller
1913
1,5 kq şəkər = 1 krona
1 tramvay bileti (Vyana) = 19 heller
1914
1 ABŞ dolları = 5,08 kron
1915
1 ABŞ dolları = 6,50 kron
1 krona = 0,7143 Almaniya markası
1916
1 ABŞ dolları = 7,95 kron
1 krona = 0,6896 Almaniya markası
1917
1 krona = 0,6493 Almaniya markası
1918
1 tramvay bileti (Vyana) = 40 heller
"Salzburger Volksbote" (qəzet) = 14 heller (yanvar)
"Illustrierte Kronenzeitung" (qəzet) = 8 heller (noyabr)
1 krona = 0,50 Almaniya markası (noyabr)
"Telegraf" (qəzet) = 10 heller (dekabr)
1919
1 ABŞ dolları = 16,10 kron (yanvar)
"Illustrierte Kronenzeitung" = 10 heller (yanvar — iyun)
"Illustrierte Kronenzeitung" = 12 heller (iyul — dekabr)
100 kron = 11,60 İsveçrə frankı (avqust)
1 krona = 0,3125 Almaniya markası (oktyabr)
4 kron = 1 Yuqoslaviya dinarı = 2 Rumıniya leyi (noyabr)
100 kron = 2,75 İsveçrə frankı (dekabr)
  1. 1 2 3 Травин, Маргания, 2004, Глава 4. Австро-Венгрия: Развод по габсбургскому счёту
  2. СН, 2006—10, статья «[http://www.numizm.ru/html/z/zolota8_kronova8_val7ta.html Золотая кроновая валюта»
  3. Cuhaj, 2009. səh. 89—90
  4. Cuhaj, 2011. səh. 1538—1539
  5. Cuhaj, 2008. səh. 859—860
  6. Rádóczy, 1984. səh. 16
  7. Cuhaj, 2011. səh. 121—122, 1045-1046
  8. Cuhaj, 2008. səh. 86—87
  9. Graichen, 1983. səh. 84—87
  10. Buzdugan, 1977. səh. 358—364
  11. Rádóczy, 1984. səh. 26—38
  12. Cuhaj, 2009. səh. 93
  13. Cuhaj, 2011. səh. 121—123
  14. Graichen, 1983. səh. 36—49
  15. Cuhaj, 2009. səh. 598—599
  16. Cuhaj, 2011. səh. 1045—1046
  17. Rádóczy, 1984. səh. 67—78
  18. "Сайт Австрийского монетного двора, Modern re-strikes". // muenzeoesterreich.at. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
  19. Cuhaj, 2008. səh. 84—91
  20. Rádóczy, 1984. səh. 15
  • Нумизматический словарь. / Зварич В. В. — 4-е изд. — Львов, 1980.
  • Словарь нумизмата: Пер. с нем. / Фенглер Х., Гироу Г., Унгер В. — 2-е изд., перераб. и доп. — М.: Радио и связь, 1993.
  • Современный экономический словарь. — 4-е изд., перераб. и доп. — М.: Инфра-М, 2005.
  • Cuhaj G., Michael T., Miller H. Standard Catalog of World Coins 1801-1900 (6-е изд). Iola: Krause Publications. 2009. ISBN 978-0-89689-940-7.
  • Cuhaj G., Michael T., Miller H. Standard Catalog of World Coins 1901-2000 (39-е изд). Iola: Krause Publications. 2011. ISBN 978-1-4402-1172-8.
  • Cuhaj G.S. Standard Catalog of World Paper Money. General Issues 1368—1960 (12-е изд). Iola: Krause Publications. 2008. ISBN 978-0-89689-730-4.
  • Buzdugan G., Luchian O., Oprescu C.C. Monede şi banknote româneşti. Bucureşti: Sport - turism. 1977.
  • Graichen G. Die Geldzeichen der Tschechoslowakei. Berlin: Transpress. 1983.
  • Rádóczy G. A legújabb kori magyar pénzek (1892-1981). Budapest: Corvina. 1984. ISBN 963-13-1528-2.
  • Травин Д., Маргания О. Европейская модернизация. В 2 томах. «Philosophy». 1 (3000 nüs.). М.; СПб.: АСТ, Terra Fantastica. 2004. ISBN 5-17-027096-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]